Goranboy Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Goranboy Tarix Diyarsunasliq Muzeyi - Wikipedia - Haqqında Məlumat
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi — Goranboy rayonunda yaradılmış muzey.[1]
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1981 |
Mövzu | Tarix |
Yerləşir | Goranboy rayonu |
Kolleksiyası | 2658 eksponat |
Muzeyin tarixi
redaktəGoranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyətə başlayıb. 2014-cü il dekabr ayında muzey yeni inzibati binaya köçürülmüşdür. Muzey Heydər Əliyev prospekti 5 ünvanında yerləşir. Muzey 1 mərtəbəli binadan ibarətdir: ekspozisiya zalı, fond otağı, işçi otağı və yardımçı otaq.[1]
Muzeyin eksponatları
redaktəMuzeyin ümumi sahəsi 954 kv.m-dir. Ekspozisiya sərgisinin sahəsi 167 kv.m, fond saxlama otağının sahəsi 56 kv.m-dir. Muzeydə keçmiş və müasir dövrümüzü əks etdirən 2658 ədəd eksponat qorunub saxlanılır. Eskpozisiya zalında 1600 çox eksponat nümayiş etdirilir. Muzey üç bölmədən ibarətdir: qədim, orta və müasir dövr. 2017-ci ildə muzeyin fonduna 58 ədəd əşya verilmişdir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "Mədəniyyət müəssisələri". ganja.mctgov.az. 2021-01-17 tarixində orijinalından arxivləşdirilib.