Gregorian Musiqi Qrupu - Wikipedia
Gregorian Frenk Petersonun rəhbərlik etdiyi, Qriqoryan xoru tərzində modern pop və rok musiqiləri ifa edən Almaniya kişi musiqi qrupudur. Qrup vokal harmoniyası və instrumental müşayəti ilə seçilir.
Gregorian | |
---|---|
Əsas məlumatlar | |
Üslub | Qriqoryan xoru, nyu-eyc, korossover, simfonik rok |
Fəaliyyət illəri | 1991, 1999-bu günə kimi |
Ölkə | Almaniya |
Leybl | Edel |
Heyət |
Riçard Nakston Conni Klukas Kris Tikner Devid Tilley Cerry O'Beirn Lourens Vayt Rob Fardell Deniel Vilyams Brendan Metyu Eşli Turnell |
Əlaqəli layihələr | Enigma |
gregorian.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrupun ifa etdiyi musiqilər ənənəvi Qriqoryan xorundan çox fərqlənsə də, qrup üzvləri səhnə obrazı üçün orta əsr monaxlarının geyimlərini xatırladan geyimlərdən istifadə edirlər. Əksər hallarda mahnıları 8-10 nəfərlik xorla ifa edən qrup üzvləri konsretlərdə sutana ilə səhnəyə çıxır.
Həqiqi qriqoryan xorlarından fərqli olaraq, Gregorian mahnılarında musiqi müşayəti kimi gitara (mahnılardan fərqli olaraq elektron və ya akustik), zərb alətləri və dilli alətlərdən istifadə edir.
Tarixi
redaktəGregorian qrupu Enigma qrupunun daha pop yönümlü qolu kimi yaradılmışdır. Qrupun yaradıcısı və prodüseri olan Frenk Peterson 1990-cı ildə Mişel Kretu ilə birlikdə Enigmanın MCMXC a.D. adlı debüt albomunun yazılmasında iştirak etmişdir (albomun üz qabığında onun adı F.Gregorian psevdonimi ilə qeyd edilir). Bundan əvvəl isə Frenk Peterson Sandra Kretunun ilk solo albomunun hazırlanmasında iştirak etmişdir.
1991-ci ildə Mişel Kretu ilə yollarını ayıran Frenk müstəqil layihə kimi Gregorianın "Sadisfaction" adlı ilk albomunu çıxarır. Lakin, tezliklə o başa düşür ki, auditoriya pop musiqinin qriqoryan xoru ilə birləşməsini qəbul etməyə hazır deyil və bu istiqamətə marağı olan kütləni artıq Enigma ələ ala bilmişdir. 1998-ci ildə Qriqoryan xoru stilində pop mahnıları ifa etmək üçün Peterson və onun qrup yoldaşları Jan-Erik Kors, Maykl Soltau və Karsten Heysmann layihəni dirçəltmək qərarına gəlirlər. Mahnı seçiminə qoyulan tələb çox sərt idi; qrupun ifa etməsi üçün seçilən mahnıları yeddi tonluq şkalada tərcümə edilə bilən olmalı idi. Hər albom üçün mahnıları böyük diqqət və ehtiyyatla seçilmiş, bundan əlavə Jan-Erik Kors, Ameliya Braytman və Karsten Heyssman tərəfindən qrup üçün orijinal mahnılar da yazılmışdır. Daha sonra mahnıların ifası üçün on iki xor ifaçısı cəlb edilmişdir.
Qrupun albomlarına daxil olab bütün mahnıların musiqisi əvvəlcə Petersonun Hamburqdakı "Nemo" adlı studiyasında yazılır. Daha sonra vokalistlərin hissəsi az işıqlı və şamlarla əhatə olunmuş atmosferdə yazılır. Petereson 2001-ci ildə verdiyi müsahibədə mahnılarda yarana biləcək "quru studiya atmosferi"ndən qaçmaq üçün bu addımı atdığını deyir.[1]
Bu konsepsiya uğurlu alınır və qrup eyni stilli bir neçə "Masters of Chant" albomları yazır. Gregorianın 2004-cü ildə çıxardığı "The Dark Side" albomu adına uyğun olaraq qaranlıq repertuarı ilə qrupun əvvəlki albomlarından kəskin fərqlənir.
2005-ci ildə canlı DVD " The Masterpieces" adlı ümumiləşdirici albom çıxarılır. Bunun ardınca 31 mart 2006-cı ildə beşinci Master of Chant albomu təqdim edilir. Həmin ildə qrup "Christmas Chants" adlı bayram albomu da təqdim edir. 28 sentyabr 2007-ci ildə altıncı, 2009-cu ildə isə yeddinci Masters of Chant albomu çıxarılır.
8 sentyabr 2010-cu ildə Gregorianın "Dark Side of the Chant" adlı növbəti solo albomunun 15 oktyabr 2010-cu ildə çıxarılacağı elan edildi.[2] 14 sentyabr 2012-ci ildə isə Rusiya ifaçısı Eva Mali ilə birlikdə "Epic Chants" adlı yeni albom təqdim edildi.
2015-ci ildə qrupun Masters Of Chant seriyasından olan "Final Chapter" adlı onuncu albomu çıxarılmışdır. Qrupun rəsmi saytında qeyd edilir ki, bu, "fövqəladə müvəffəqiyyət hekayəsinin son fəslidir" və onlar bu albom vasutəsiylə "sadiq fanatarı ilə sağollaşırlar". 2016-cı ildə isə qrupun vida turnesinin keçirilməsi nəzərddə tutulur.
Heyət
redaktə- Frenk Peterson — layihə rəhbəri, aranjimançı
- Xor: Riçard Nakston (Naksos), Conni Klucks (Conni), Kris Tikner (Kris T), Riçard Kollier (Riç), Cerri O’Beyrn (Cerry), Lourens Vayt (Lorro), Rob Fardell (Bobbi B), Deniel Vilyams və Brendan Metyu (Bren)
- Qadın vokalı: Sara Braytman (həmçinin Hepsibah və Sarah Hellmann psevdonimləri ilə qeyd edilir), Ameliya Braytman (Violet, Sara Braytmanın kiçik bacısı), Mərcan Şaki
- Dilli alətlər: Jan-Erik Kors, Karsten Heysmann
- Perkussiya, zərb alətləri: Roland Peyl
- Gitara, akustik gitara, solo: Gunter Lodan
Diskoqrafiya
redaktəGregorian "Masters of Chant" seriyasından on albom çıxarmışdır. Bundan əlavə, qrupun, bayram albomları da daxil olmaqla bu seriyaya daxil olmayan albomları da vardır. Qrup iki tipli video albomlar çıxarmışdı: canlı musiqi ifaları və musiqi videoları.
Albomlar
redaktəMasters of Chant albomları
redaktə- 1999: Masters of Chant
- 2001: Masters of Chant Chapter II
- 2002: Masters of Chant Chapter III
- 2003: Masters of Chant Chapter IV
- 2004: The Dark Side (Masters of Chant V adlandırılsa da, 2006-cı ildə çıxarılmış eyni adlı albomla qarışdırılmamalı)
- 2006: Masters of Chant Chapter V
- 2007: Masters of Chant Chapter VI
- 2009: Masters of Chant Chapter VII
- 2010: Dark Side of the Chant
- 2011: Masters of Chant Chapter VIII
- 2012: Epic Chants
- 2013: Masters of Chant Chapter IX
- 2014: Winter Chants
- 2015: Masters of Chant The Final Chapter
Digər albomlar
redaktə- 1991: Sadisfaction
- 2005: The Masterpieces (Ən yaxşı CD və Live DVD seçmələri)
- 2006: Christmas Chants
- 2007: Masters of Chant (Curb Records)
- 2011: Best Of 1990-2010 (ən yaxşı mahnıların yığması[3])
Sinqllar
redaktə- 1991: Once in a lifetime
- 1991: So Sad
- 2000: I still haven’t found what i’m looking for
- 2001: Still Haven't Found What You're Looking For?
- 2001: Moment of peace
- 2002: Voyage, Voyage
- 2003: The Gift / Angels
- 2003: Join Me
- 2004: Where The Wild Roses Grow
- 2004: Engel (Rammstein)
- 2010: O Fortuna (Starwatch Entertainment)
- 2012: World Without End (sinql iTunes-da yayımlanıb)
Video albomlar
redaktə- 2001: Masters of Chant in Santiago de Compostela
- 2001: Moments of Peace in Ireland
- 2002: Masters of Chant Chapter III
- 2003: Gold Edition
- 2005: The Masterpieces
- 2007: Masters of Chant: Live at Kreuzenstein Castle
- 2008: Christmas Chants & Visions
- 2011: Masters of Chant Chapter 8 (Gregorian Live in Europe 2011: The Dark Side Of The Chant) - Limited Edition (CD & DVD)
- 2012: Epic Chants "Dark Side of the Chants Live In Zagreb" - Limited Edition (CD & DVD)
- 2013: Epic Chants Tour 2013 "Live In Belgrade" - Deluxe Edition (CD & DVD)
İstinadlar
redaktə- ↑ "Q&A: Frank Peterson". The Age. 2001-08-26. 2001-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2016.
- ↑ The announcement of the new album Arxivləşdirilib 2011-03-19 at the Wayback Machine, Dark Side of Chant.
- ↑ Dark City jurnalının № 62, 2011 tarixli nömrəsində yazılmış resenziya
Xarici keçidlər
redaktə- Rəsmi sayt (alm.) (ing.)
- Danimarka saytı