Huseyn Ejderov - Wikipedia
Hüseyn Qədim oğlu Əjdərov (15 mart 1933, Gədəbəy rayonu – 15 mart 1984, Bakı) — İqtisadçı alim, İqtisad elmləri namizədi (1970), Azərbaycanın Əməkdar iqtisadçısı.[1]
Hüseyn Əjdərov | |
---|---|
Hüseyn Qədim oğlu Əjdərov | |
| |
Doğum tarixi | 15 mart 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 15 mart 1984 (51 yaşında) |
Vəfat yeri | |
Atası | Qədim Əjdərov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | İqtisadçı |
Təhsili |
Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Marksizm - Leninizm Universiteti |
Fəaliyyəti | İqtisad elmləri namizədi |
Elmi dərəcəsi |
|
Mükafatları |
Həyatı
redaktəƏjdərov Hüseyn Qədim oğlu 1933-cü ilin mart ayının 15-də Gədəbəy rayonunun Poladlı sovetliyinin Kəlaman kəndində anadan olmuşdur. 1951-ci ildə M.Füzuli adına Böyük Qaramurad kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1951-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı institutunun ticarətin-iqtisadiyyatı fakültəsinə daxil olmuşdur. 1956-cı ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı institutunu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra Azərbaycan Respublikası ticarət Nazirliyinin göndərişi ilə 26 Bakı komissarı adına rayonda (indiki Səbail rayonunda) iqtisadçı vəzifəsində çalışmışdır. 1958-ci ildə Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi yanındakı Marksizim-Leninizm Universitetini bitrmişdir. 1961–1965-ci illərdə Moskva Dövlət Universitetinin Fəlsəfə fakultəsində təhsilini davam etdirir. 1965-cildə isə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. 1969-cu ildə "Dövlət ticarətinin maddi-texniki bazası və onun daha da inkişaf etdirilməsi yolları" barədə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, 1970-ci ildə SSRİ ali attestasiya komissiyasının qərarı ilə iqtisad elmləri namizədi alimlik elmi dərəcəsi almışdır.
1969-cu ildə Azərbaycan Respublikası dövlət plan komitəsinin nəzdində olan elmi tədqiqat iqtisadiyyat institutunda elmi işçi vəzifəsində çalışmış və şöbə rəisi vəzifəsinə qədər yüksəlmişdir. 1972-ci ildən 1984-cü ilə qədər SSRİ-nin Ticarət Nazirliyinin Ümumittifaq elmi tədqiqat institutunun Bakı filialında şöbə rəisi, direktor müavini və direktor vəzifələrində çalışmışdır.
1976-cı ildə SSRİ Nazirlər Kabinetinin ali attestasiya komisyasının qərarı ilə Əjdərov Hüseyn Qədim oğluna baş elmi işçi elmi rütbəsi verilmişdir. Əjdərov Hüseyn Qədim oğlu iqtisadiyyatın çox sahəli problemlərinə həsr olunmuş yüzə qədər elmi əsərin, 5-dən çox səmərələşdirici təklifin, 6 tədris və elmi metodik tövsiyənin, 4 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 200-ə qədər diplom işi, 6 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Türkmənistanda, Özbəkistanda, Ukraynada, Qazxıstanda, Gürcüstanda, Belarusiyada, Pribaltikada, Rusiyada, elmi konfranslarda məruzələrlə çıxış edərək Azərbaycanı ləyaqətlə təmsil etmişdir.
1983-cü ildə doktorluq dissertasiya işi müzakirə edilərək, elmi şuranın iclasından keçmişdir, lakin ağır xəstəliyi ilə əlaqədar işi tam başa çatdıra bilməmiş, 1984-cü ildə vəfat etmişdir.
Təltif və mükafatları
redaktəİqtisadi sahədə göstərdiyi xidmətlərə görə əməkdar iqtisadçı fəxri adına layiq görülmüşdür.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-04.