Huseyn Huseynov Sair - Wikipedia
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq.
Hüseyn Hüseynov | |
---|---|
Hüseyn Paşa oğlu Hüseynov | |
Doğum tarixi | 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 1970 |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşaqları | Tofiq Hüseynov, Sabir |
Atası | Paşa |
Fəaliyyəti | pedaqoq, şair |
Mükafatları |
|
Həyatı
redaktəHüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub.
İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır.
Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər.[1]
Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır.
1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur.[2]
Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur. O heç vaxt əlinə saz alıb el məclisləri keçirməmişdir. Sazın hazırlanmasında usta kimi fəaliyyət göstərmişdir.
Səməd Vurğun, Hümmət Əlizadə, Şeyda Əziz, Miskin Əli və başqaları ilə dostluq etmişdir.
Təltifləri
redaktə- "Əməkdar müəllim" fəxri adı
- "Şərəf nişanı" ordeni
Ailəsi
redaktəTofiq Hüseynovun atasıdır.
Əsərləri
redaktə- "Qoşa qəlbin duyğuları", Bakı, "Təbib", 2008, 218 səh., tiraj 500.
İstinadlar
redaktə- ↑ Azərbaycan aşıq şeirindən seçmələr. II cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005. səh.235–257
- ↑ Aşıqlar. (toplayanı: Hümmət Əlizadə), Bakı, "Azərnəşr", 1938. səh. 240–288