Huseyn Memmedov Siyasetci 1915 - Wikipedia
Bu məqalə Ermənistan SSR-də fəaliyyət göstərmiş Hüseyn Məmmədov haqqındadır. Digər siyasətçilər üçün Hüseyn Məmmədov (siyasətçi) səhifəsinə baxın. |
Hüseyn Teymur oğlu Məmmədov (iyul 1915, Uluxanlı – aprel 1994, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Ermənistan Kommunist Partiyası Amasiya, Zəngibasar və Vedi rayon komitələrinin birinci katibi, Vedi və Zəngibasar rayon ZDS icraiyyə komitələrinin sədri, Ermənistan SSR kənd təsərrüfatı nazirinin müavini (1950–1951), Ermənistan SSR Ali Sovetinin II, IV və V çağırış deputatı.
Hüseyn Məmmədov | |
---|---|
1960 – 1963 | |
Əvvəlki | Həbib Həsənov |
Sonrakı | Azad Hovhannisyan |
1951 – 1960 | |
1950 – 1951 | |
1946 – 1947 | |
Əvvəlki | Riza Rizayev |
Sonrakı | Qəşəm Şahbazov |
1943 – 1946 | |
1941 – 1943 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | iyul 1915 |
Doğum yeri | |
Vəfat tarixi | aprel 1994 (78 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Uşağı | |
|
|
Təltifləri |
Həyatı
redaktəHüseyn Teymur oğlu Məmmədov 1915-ci ilin iyul ayında keçmiş İrəvan quberniyası İrəvan qəzasının (sonralar Zəngibasar rayonunun) Uluxanlı kəndində anadan olmuşdur. İki yaşında ikən anasını, 13 yaşında isə atasını itirmişdir. Uluxanlı kənd yeddillik məktəbində təhsil almış, buranı bitirdikdən sonra 1930–1933-cü illərdə İrəvandakı Azərbaycan Kənd Təsərrüfatı Texnikumunda oxumuşdur. Baytarlıq ixtisasına yiyələnməsinə baxmayaraq, Ağbaba (Amasiya) rayonuna klub müdiri göndəriilmiş, lakin ailə vəziyyətinin ağırlaşması ilə əlaqədar doğulduğu kəndə qayıtmalı olmuşdur. Burada о, 1939-cu ilədək məktəbdə təbiət, tarix, coğrafiya müəllimi işləmiş, eyni zamanda məktəbin dərs hissə müdiri vəzifəsində çalışmışdır.[1]
Hüseyn Məmmədov 1939-cu ildən Ermənistan LKGİ Zəngibasar Rayon Komitəsinin ikinci, sonra birinci katibi olmuşdur. Bir neçə ay sonra isə Ermənistan KP Zəngibasar Rayon Komitəsinin təbliğat-təşviqat şöbəsinə başçılıq etmişdir. 1941-ci il iyun ayında Hüseyn Məmmədov Zəngibasar Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1943–1946-cı illərdə Ermənistan Kommunist Partiyasının Vedi, 1946–1947-ci illərdə isə Zəngibasar Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1947–1950-ci illərdə Moskvada ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində[rus.] təhsil almışdır. Oradan qayıtdıqdan sonra 1951-ci ilin mart ayına qədər Ermənistan SSR kənd təsərrüfatının müavini kimi fəaliyyət göstərmiş, sonra "Sovet Ermənistanı" qəzetinə məsul katib vəzifəsinə təyin edilmiş, bir neçə aydan sonra isə Vedi Rayon ZDS İcraiyyə Komitəsinin sədri seçilmişdir.<ref name="iz">
1960-cı ildə Hüseyn Məmmədov Ermənistan KP Amasiya Rayon Komitəsinin birinci katib seçilmişdir. Bu vəzifədə 3 il çalışdıqdan sonra Ermənistan SSR Xalq Nəzarəti Komitəsində təşkilat şöbəsi müdirinin müavini təyin edilmişdir. О, 1970-ci ilin sonuna qədər bu vəzifədə işləmiş və 55 yaşında respublika dərəcəli fərdi təqaüdə çıxmışdır.[1]
1971-ci ildə Hüseyn Məmmədov ailəsilə Bakıya köçmüş və 1971–1975-ci illərdə Bakının Lenin (hazırkı Sabunçu) Rayon ZDS İcraiyyə Komitəsində şöbə müdiri, 1976–1989-cu illərdə isə əvvəlcə Xırdalan, sonra isə Binəqədi dəmir-beton zavodlarında kadr işi üzrə böyük inspektor işləmişdir.[1]
Hüseyn Məmmədov Ermənistan SSR Ali Sovetinin II, IV və V çağırış deputatı olmuş, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü, sonra isə Ali Sovet sədrinin müavini seçilmişdir. О, "Vətən müharibəsi" ordeni və bir çox medallarla təltif olunmuşdur.[1]
Hüseyn Məmmədov 1994-cü ilin aprel ayında Bakıda vəfat etmişdir.[1]
Ailəsi
redaktəMemarlıq doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın atasıdır.