Huseyn Quliyev Diplomat 1939 - Wikipedia
Quliyev Hüseyn Abbasqulu oğlu (1939, Teymur Müskənli, Qubadlı rayonu – 1985, Moskva) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi.
Hüseyn Quliyev | |
---|---|
Hüseyn Abbasqulu oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Teymur Müskanlı, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Həyatı
redaktəHüseyn Quliyev 1939-cu ildə Azərbaycan SSR Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmağa çalışmışdır. Lakin bura qəbul olunmadıqda Ukrayna SSR Lvov şəhərinə gedərək orada Ali Hərbi Məktəbə qəbul olunmuşdur.
həmin təhsil müəssisəsində təhsilini bitirdikdən sonra, diplomatiya təhsili almışdır.
O, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, o cümlədən SSRİ-nin İrandakı səfirliyində 1-ci müavin, Türkiyədə konsul köməkçisi işləmişdir.
Hüseyn Quliyev 1970-ci illərin sonu 1980-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəisi vəzifəsinə təyin olunmuşdur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilmişdir.
Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilməmiş, Moskva yaxınlığında 1985-ci ildə qəzaya düşərək həlak olmuşdur.