Heft Ovreng - Wikipedia
Heft Ovreng - Wikipedia - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
"Həft övrəng" (fars. هفت اورنگ, azərb. Yeddi taxt) — farsdilli ədəbiyyatın klassiki Əbdürrəhman Cami tərəfindən 1468-1485-ci illərdə yazılmış yeddi poemadan ibarət məsnəvi toplusudur. Həft övrəng ifadəsi Böyük ayı bürcündən yeddi ulduzun adına işarədir. Topluya daxil olan mısnəvilər dini, fəlsəfi, etik və sufi məzmunludur.
Həft övrəng | |
---|---|
fars. هفت اورنگ | |
Müəllif | Əbdürrəhman Cami |
Janr | məsnəvi |
Orijinalın dili | fars dili |
Orijinalın nəşr ili | 1468-1485 |
Vikianbarda əlaqəli mediafayllar |
Məsnəvilər
redaktəHəft övrəng toplusuna yeddi məsnəvi daxildir:
- Qızıl zəncir (fars. سلسلة الذهب) – didaktik lətifələr toplusu şəklində yazılmış məsnəvidir
- Yusif və Züleyxa (fars. یوسف و زلیخا) – Yusif və Potifarın həyat yoldaşı Züleyxanın romantik münasibətlərini İslam ənənələri əsasında təsvir edən romantik poemadır.
- Peyğəmbərin ruzusu (fars. سبحة الابرار) - didaktik lətifələr toplusu şəklində yazılmış məsnəvidir
- Salman və Absal (fars. سلامان و ابسال) – Şahzadə və onun dayəsi arasında mümkünsüz sevgidən bəhs edən romantik məsnəvidir. Qədim yunan mənşəli bu hekayə erkən İslam dövründə İbn Hunayun tərəfindən ərəb dilinə tərcümə edilmiş, daha sonra isə ərəbcə həmin hekayə əsasında Cami poema yazmışdır. Dehxuda hekayənin yunan yox yəhudi mənşəli olmasını ehtimal edir.
- Azadlığın həqiqəti (fars. تحفة الاحرار) – didaktik poema.
- Leyli və Məcnun (fars. لیلی و مجنون) – Nizaminin eyni adlı əsərinin təsiri altında yazılmış romantik məsnəvidir.
- Xirədnameyi İskəndəri (fars. خردنامهٔ اسکندری) – İskəndərin ölümündən qabaq baş verənlərin təsvir olunduğu məsnəvidir.
Frir əlyazması
redaktəŞah I Təhmasibin qardaşı oğlu və kürəkəni şahzadə Sultan İbrahim Mirzə 1556-1565-ci illərdə Məşhəd hakimi olduğu vaxt Həft övrəngin səfəvi miniatürləri ilə bəzədilmiş nəfis əlyazmasının hazırlanmasını sifariş etmişdir. Hazırda həmin əlyazması Frir Sənət Qalereyasında saxlanılır və ingilis dilli mənbələrdə Frir Camisi (ing. Freer Jami) adı ilə tanınır.
Naməlum rəssam - "Yusif və Züleyxanın şəhərə daxil olması". 1565-ci ildən əvvəl | Mirzə Əli - "Müdrik dilənçinin şagirdi olmuş hökmdar". 1556-1565 | Müzəffər Əli - "Yusifin su quyusundan çıxması". 1492 | Naməlum rəssam - "Məcnun Leylinin çadırı qarşısında". 1556-1565 | Mirzə Əli - "Eşşəyin satılması". 1556-1565 |
Ədəbiyyat
redaktə- Simpson, J.R.R. Marianna Shreve. Sultan Ibrahim Mirza's Haft Awrang: A Princely Manuscript from Sixteenth-Century Iran. Yale University Press. 1997. hardback: ISBN 978-0-300-06802-3