Heft Sin - Wikipedia
Heft Sin - Wikipedia - Haqqında Məlumat
Həft Sin (başqa cür Həft Sīn (Yeddi S)) (fars. هفتسین) yaxud yeddi s adlanan Novruzun ənənəvi süfrə bəzədilməsidir. "Yeddi S" süfrəsi hər biri fars əlifbasında sīn (س) ilə başlayan yeddi əşyanı özünə daxil edir.
Yeddi S əşyaları bunlardır:
- Sabzeh (fars. سبزه) — qabda böyüdülən buğda, arpa, paxla yaxud mərci cücərtisi olan səməni. Yenidən doğuluşu simvolizə edir.
- Samanu (fars. سمنو) — şirin pudinq buğda dənindən hazırlanır. Rifahı simvolizə edir.
- Senjed (fars. سنجد) — qurudulmuş iydə. Sevgini simvolizə edir.
- Sir (fars. سیر) — sarımsaq. Tibbi simvolizə edir.
- Sib (fars. سیب) — alma. Gözəllik və sağlamlığı simvolizə edir.
- Somāq (fars. سماق) — Sumaq. Günəşin doğuşunun rəngini simvolizə edir.
- Serkeh (fars. سرکه) — sirkə. Qocalığı və səbri simvolizə edir.
Digər süfrə atributları:
- Güzgü
- Lampa
- Nar
- Rənglənmiş yumurtalar