Hem Ziyaret Hem Ticaret - Wikipedia
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi.
Həm ziyarət, həm ticarət... | |
---|---|
Janr | Dram |
Rejissor | Rasim Ocaqov |
Prodüser | Ağaəli Hüseynov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Hacı İsmayılov – Mustafa Nuriyyə Əhmədova – Nuriyyə Rasim Balayev – Davud Həsən Məmmədov – Əlimurad |
Operator | Rafiq Qəmbərov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçılar |
"Ocaq" Müstəqil Studiyası "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1995 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 81 dəqiqə |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 1995 |
Əvvəlki film | Ad günü |
Texniki məlumatlar |
9 hissə 2313 metr 35 mm "Fuji" kinolenti |
Rəng | Rəngli |
Çəkiliş yeri |
Şəki Bakı İstanbul, Türkiyə |
IMDb | ID1266068 |
Məzmun
redaktə"Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir.
Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir.
Film haqqında
redaktə- Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
- Filmin ssenarisi aktyor Hacı İsmayılovun oyunu nəzərə alınaraq yazılmışdır.
- Filmin çəkilişləri 6 ay nəzərdə tutulsa da 2 il çəkmişdir.
- Film "Ad günü" filminin məntiqi davamı kimidir.
- Nəsir Sadıqzadənin filmdə son işidir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
- Quruluşçu rejissor: Rasim Ocaqov
- Quruluşçu operator: Rafiq Qəmbərov
- Quruluşçu rəssam: Rafiq Nəsirov
- Bəstəkar: Emin Sabitoğlu
- Səs operatoru: Akif Nuriyev
- Rejissor: Ramiz Əliyev
- Operator: Nemət Rzayev
- Geyim rəssamı: Nailə Cəfərova
- Qrim rəssamı: Elbrus Vahidov
- Montaj edən: Gülşən Səlimova
- Assistent: M. Muradov
- Rejissor assistenti: Nazim Cəbrayılov
- Operator assistenti: Aydın Mustafayev
- İnzibatçı: Yusif Əlizadə, Həsən Tağıyev
- Çalır: Səyavuş Kəriminin İdarəsi ilə İnstrumental Ansambl
- Redaktor: S. Ocaqova
- Filmin direktoru: Nadir Əliyev
- Prodüser: Ağaəli Hüseynov
Rollarda
redaktə- Hacı İsmayılov – Mustafa
- Nuriyyə Əhmədova – Nuriyyə
- Rasim Balayev – Davud
- Həsən Məmmədov – Əlimurad
- Niyazi Əhmədov – Çingiz
- Fərman Abdullayev – Nazim
- Nərminə Həsənova – Ayan
- Sədayə Mustafayeva – Suğra
- Cahangir Novruzov – Sabir
- Nəsir Sadıqzadə – Davudun qohumu zənnedilən türk satıcı
- Qəmər Məmmədova
- Məmməd Verdiyev – Türk
- R. Yunusov
- Nazir Əliyev – Türk satıcı
- Muxtar Maniyev – Muxtar
- Əliqulu Səmədov – Türk satıcı
- Süleyman Əhmədov – Türk restoran işçisi
- Arif Kərimov – Türk polis
- Yusif Əlizadə
- Xanlar Həşimzadə – satıcı (titrlərdə yoxdur)
- Nazir Rüstəmov – inzibatçı
Filmi səsləndirənlər
redaktə- Kazım Abdullayev – Türk polis (Arif Kərimov) (titrlərdə yoxdur)
- Zərnigar Ağakişiyeva – Suğra (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)
- Ramiz Əzizbəyli – Davudun qohumu zənnedilən türk satıcı (Nəsir Sadıqzadə)
Sponsor
redaktə- "Bakımeyvətərəvəz" Sənayesi Birliyi
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.