Hemdat Israil Sinaqoqu - Wikipedia
Həmdat İsrail sinaqoqu (ivr. בית הכנסת חמדת ישראל) — 1899-cu ildə İstanbulun Heydərpaşa səmtində tikilmiş sinaqoqdur. Sinaqoqu, Baş Rabbinatdan icazə alınmaqla ziyarət etmək mümkündür.[1]
iudaizm | |
Həmdat İsrail sinaqoqu | |
---|---|
Din | |
Yeparxiya | Ortodoks iudaizm |
Statusu | fəaliyyətdədir |
Yerləşməsi | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yeri | Heydərpaşa |
Memarlıq | |
İnşa tarixi | 1894 – 3 sentyabr 1899 |
Memarı | Boris Lekav |
Üslubu | Səfərad memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Sinaqoq, Uzun Hafiz küçəsi ilə İzzətdin küçəsi arasında və bu iki küçəni birləşdirən keçiddə yerləşir. 1970-ci illərdə təhlükəsizlik məqsədi ilə Uzun Hafiz və İzzətdin küçələri arasındakı bu keçidə divar çəkildi.[2]
2017-ci ildə sinaqoq Conde Nast Traveller jurnalının "Dünyanın ən gözəl sinaqoqları" siyahısına daxil edilib.[3]
İzzətdin küçəsi tərəfdə yerləşən sinaqoqun əsas giriş qapısında aşağıdakı yazı vardır:
"Ki Beti Bet Tefila, Yikare Lehol Aamim/Pithu Li Şaare Tsedek /Avo Vam Ode Ya/Nigmor Abayit Be Sof Hodeş Rahamim. 5659"
(Tərcüməsi: Mənim evim dua evidir, bütün millətlərə də açıqdır./Mənə doğruluq qapısını açın./Ora gəlim ve Tanrıya şükr edim /Ev Ellul ayının sonunda tamamlandı. 5659)[4]
Tarixi
redaktə1872-ci ildə Kuzquncuqda baş verən böyük yanğından sonra yəhudilər[5] Heydərpaşaya köç edərək özlərinə sinaqoq tikmək üçün torpaq aldılar.[6] Bunun üzərinə bölgədə yaşayan yunanlar və ermənilər bu vəziyyətə qarşı çıxdılar və II Əbdülhəmidin Səlimiyə kazarmasından hərbi birləşmələr göndərməsi ilə tərəflər arasında qarşıdurmalar sona çatdı. Sinaqoqun adındakı Həmdat, Əbdülhəmidə təşəkkür olaraq qeyd olunur.[6]
21 dekabr 1311-ci il (1894) tarixli Sultan fərmanı ilə sinaqoqun tikintisinə rəsmən icazə verildi.[7] Sinaqoqun layihəsini avstriyalı memar Boris Lekav hazırlayıb. Dövrün məşhur belçikalı iş qadını Klara de Hirş sinaqoqun tikintisinə maddi yardım göstərmişdi. Sinaqoqun tikintisi 1898-ci ildə başa çatdırılsa da, interyerdəki çatışmazlıqların aradan qaldırılması bir il çəkdiyindən onun rəsmi açılışı 1899-cu il sentyabrın 3-də baş tutub.[2]
Memarlığı
redaktəSinaqoq klassik Səfərad üslubunda tikilmişdir.[4] Sinaqoqun ortasındakı böyük çilçıraq açılış mərasimi üçün Yıldız sarayının baş zərgəri Aronaci Əfəndi tərəfindən Modadakı evindən gətirilmişdir.[2] Yuxarı mərtəbədəki Azara, qadınlar bölməsi isə taxta konstruksiyaya malikdir.[7] Sinaqoqun bu hissəsi 1946-cı ildə bərpa edilmişdir.[2] Bundan əlavə, 2014-cü ildə Sinaqoqun xarici divarında da təmir işləri aparılmışdır.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Türkiye Hahambaşılığı". 25 Eylül 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 Mart 2008.
- ↑ 1 2 3 4 5 "Kados Kent Rehberi" (PDF). 23 Mart 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 Mayıs 2024.
- ↑ "Arşivlenmiş kopya". 23 Mayıs 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Nisan 2020.
- ↑ 1 2 "Arşivlenmiş kopya". 24 Şubat 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Nisan 2020.
- ↑ Guse Tarkan, EVALUATION OF URBAN REGENERATION ISSUES FOR AN EARLY 20TH CENTURY QUARTER: KADIKÖY-YELDEĞİRMENİ, ODTÜ Mimarlık Yüksek Lisans Tezi, 2010, s.161
- ↑ 1 2 https://www.avlaremoz.com/2017/07/03/kaybolan-yahudi-mirasi-yel-degirmeni-haydarpasa-1-ortakoylu-mison/ (#bare_url_missing_title). 20 Şubat 2020 tarixində arxivləşdirilib.
- ↑ 1 2 http://atilganblog.blogspot.com/2014/12/yeldegirmeni-13-hemdat-israel-sinagogu.html (#bare_url_missing_title). 14 Eylül 2019 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- Baş Rabbinatlığ (türk.)
- Şalom qəzeti (türk.)
- KADOS (türk.)