Hemid Nuri Isi - Wikipedia
Həmid Nuri işi — keçmiş İslam İnqilabı Keşikçiləri Korpusu əməkdaşı və 1988-ci ildə İran siyasi məhbuslarının kütləvi edamında iştirak etmiş Həmid Nurinin məhkəmə prosesi.
Həmid Nuri işi | |
---|---|
Başlama tarixi | 10 avqust 2021 |
Bitmə tarixi | 4 may 2022 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəHəmid Nuri 29 aprel 1961-ci ildə İranın şimalında, Damğan şəhərində anadan olmuşdur. Həmid İİKK-də həbsxana gözətçisi kimi xidmət etmişdir. O, Evin və Göhərdəşt həbsxanalarında hakimiyyətə hər cür köməklik etmişdir. Nuri 1988-ci ildə Göhərdəşt həbsxanasının "Ölüm hakimləri" komitəsinin üzvü olmuş, 1988-ci ildə İran siyasi məhbuslarının kütləvi edamında iştirak etmişdir. 2019-cu ildə İsveçdə olarkən həbs edilmişdir.[1]
2022-ci ilin mayında o, təqsirli bilinərək universal yurisdiksiya prinsipi əsasında ömürlük həbs cəzasına məhkum edilmişdir.[2]
2024-cü ilin iyununda İranda həbs edilmiş iki İsveç vətəndaşı ilə dəyişdirilmişdir.[3]
İstinadlar
redaktə- ↑ "Revealed: Iranian charged over 1988 prison massacres 'duped' by ex-inmate". Nnews (ingilis). 2024-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-15.
- ↑ "Иранский тюремщик получил в Швеции пожизненный срок за массовые казни оппозиционеров". BBC News Русская служба (rus). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ Gambrel, Jon, Associated Press. "Sweden frees an Iranian man convicted over 1988 mass executions in exchange for 2 men held by Iran". ABC News (ingilis). 2024-06-15. 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-15.