Heqiqet Qezet - Wikipedia
Həqiqət (az.-əski. حقيقت) — gündəlik ictimai-siyasi və ədəbi qəzet.
Həqiqət | |
---|---|
az.-əski. حقيقت | |
Sahibi | Oruc Orucov |
Nəşriyyat | Orucov Qardaşları Mətbəə Nəşriyyatı |
Baş redaktor | |
Yaranma tarixi | 1909 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 1910 |
Baş ofis | |
Ölkə |
Haqqında
redaktə1909-1910-cu illərdə Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr edilirdi. 156 sayı çıxmışdır. Naşiri və baş redaktoru Üzeyir bəy Hacıbəyov idi; 121-ci sayından sonra redaktoru O. Orucov olmuşdur. Üzeyir bəy Hacıbəyovun "Bəyani-məslək" ünvanlı baş məqaləsi ilə nəşrə başlayan "Həqiqət"də onun onlarca dəyərli publisist məqaləsi ("Halımıza dair", "Qədrşunaslıq", "Hər işi öz əhlinə tapşırmalı", "Dil" və s), çoxlu duzluməzəli felyetonu ("Purişkeviç və Hacı Xudu" və s), 2 açıq məktubu, neçə-neçə səhnəciyi dərc olunmuşdur. Üzeyir bəy Hacıbəyovun 1910-cu il mayın 30-da rus dilində çıxan "Kaspi", "Baku" qəzetlərində dərc edilmiş məktubunda onun daha "Həqiqət" qəzetində işləmədiyi və həmin qəzetlə heç bir əlaqəsi olmadığı bildirilirdi.