Hesen Ibn Rza Sirvani - Wikipedia
Həsən İbn Rza Şirvani - XVIII əsrdə yaşamış məşhur Azərbaycan əczaçısı və "Siracüt-tibb" ("Tibbin çırağı") əsərinin müəllifi
Həsən İbn Rza Şirvani | |
---|---|
Fəaliyyəti | həkim |
Həyatı
redaktəHəsən İbn Rza Şirvani XVIII əsrdə yaşamış məşhur Azərbaycan əczaçısı və "Siracüt-tibb" ("Tibbin çırağı") əsərinin müəllifidir. Fars dilində yazılmış bu məşhur əsərdə yüzlərlə dərman nüsxələri göstərilmişdir. "Siracüt-tibb" orta əsr Azərbaycan əczaçılarının stolüstü kitabı olmaqla yanaşı, qonşu Şərq ölkələrində də məşhur idi.
Kitabda mürəkkəb tərkibli nüsxələrdən bəhs olunur. Müəllif onları "mürəkkəbat" adlandırır. Bu dərmanlardan bəziləri 50-60 və daha çox bitkilərdən ibarətdir. Nümunə kimi, Həsən İbn Rza Şirvaninin nüsxələrindən birinini göstərək: "Bambukun içliyindən hazırlanan həblər ("qursi-təbaşir") ödqovucu təsirə malikdir, qan təzyiqini aşağı salır, spazmlara qarşı faydalıdır. Tərkibi: bambukun içi, qızılgül, ağ səndəl, xiyar toxumları, nilufər siropu, zirinc, ərəb qatranı, gəvən kitrəsi, dəvətikanın havada bərkimiş şirəsi. Bütün bunları yaxşıca döyürlər və sitron suyu ilə qarışdırıb yayma həblər düzəldirlər".
Həsən İbn Rza Şirvaniyə məxsus bu əsərinin əlyazma nüsxələri Azərbaycan MЕA-nın M.Füzuli adına Əlyazmalar Institutunda və еləcə də İranın əlyazma xəzinələrində saxlanır.