Hesen Huseynov Muhendis - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həsən Hüseynov (7 sentyabr 1944, Cəbrayıl) — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi.
Həsən Hüseynov | |
---|---|
Doğum tarixi | 7 sentyabr 1944 (80 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHəsən Əhməd oğlu Hüseynov 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır. Professor H.Ə.Hüseynov 150-dən artıq çap olunmuş elmi-metodiki materialların, 4 ixtiranın, 3 monoqrafiyanın, onlarla dərslik və dərs vəsaitinin müəllifidir. Madaqaskar Demokratik Respublikasında onun fransız dilində 4 dərsliyi çap edilmişdir. Professor H.Ə.Hüseynov 6 nəfər texnika elmləri namizədi hazırlamışdır. 2005-ci ildə prof. H.Hüseynovun təşəbbüsü və yaxından iştirakı ilə AzTU-nun 55 illiyinə həsr edilmiş “Maşınqayırma və Cihazqayırmanın müasir problemləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçirilmişdir. Prof H.Ə.Hüseynov dövlət orqanları olan “Respublika” və “Azərbaycan” qəzetlərində ölkənin ali təhsil sistemi üçün prioritet əhəmiyyət kəsb edən Boloniya konvensiyasının baza prinsiplərinin tətbiqinə, maşınqayırma kompleksinin mövcud problemlərinin həllinə,Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının tətbiq müxanizmlərinə,Difernsial əmək haqqı sisteminin tətbiqi imkanlarına və digər aktual məsələlərə həsr olunmuş iri həcmli məqalələrlə çıxış etmişdir. H.Ə.Hüseynovun rəhbərliyi ilə iki elmi istiqamət üzrə yerinə yetirilmiş dövlət büdcəli elmi-tədqiqat işlərinin mühüm nəticələri dövlət qeydiyyatından keçmiş və Respublika sənayesinin müxtəlif sahələrində tətbiq olunmaq üçün nəzərdə tutulmuşdur.H.Ə.Hüseynovun beynəlxalq əlaqələrinin coğrafiyası genişdir. O,dəfələrlə DAAD xəttilə, TEMPUS proqramı çərçivəsində Avropanın bir çox aparıcı unuiversitetlərində uzun müddətli elmi ezamiyyətlərdə olmuşdur.Hal hazırda isə onun koordinatorluğu ilə regional Tempus və Erazmus+ layihələri fəaliyyət göstərir. Onun yetirmələri Almaniyanın müxtəlif universitetlərində müəllim vəzifəsində çalışırlar. Professor H.Ə.Hüseynov “Texnoloji maşınlar” fakultəsinin, Universitetin Elmi Şurasının, Elmi-metodiki şuranın, Dissertasiya Şurasının üzvü və Dissertasiya şurası nəzdində fəaliyyət göstərən Elmi seminarın sədridir. Professor Həsən Hüseynov Ölkə Pesidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.
Monoqrafiyalar:
redaktə- Гусейнов Г.А. Программное управление точностью механической обработки. Баку. Çaşıoqlı. 2000, c.281.
- Гусейнов Г.А., Багиров С.А. Программное управление внутренним шлифованием: Баку. Çaşıoqlu, 2001, 137c.
Dərsliklər:
redaktə- Hüseynov H.Ə. Avtomatlalşdırılmış layihələndirmə sistemlərinin əsasları. Bakı “Təhsil” NPM, 2010. 408s.
- Hüseynov H.Ə. Maşın və cihazqayırmada texnoloji proseslərin avtomatlalşdırılmış layihələndirmə sistemləri. Bakı “Təhsil”NPM, 2013.336s.
- Hüseynov H.Ə., Nərimanov V.Ə. Biotibbi alətlər, Bakı “Təhsil”NPM, 2013.330s.
Dərs vəsaitləri:
redaktə- Hüseynov H.Ə. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsasları. Bakı, azTU, 1995. 113s.
- Hüseynov H.Ə. Maşınqayırmada texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirmə sistemləri. AzTU, 1990, 113s.
- Hüseynov H.Ə., Mirzəyev A.M., Əliyev R.R. və b. İnformasiya axtarış sistemlərinin texnoloji təminatı. azTU, 1990, 843s.
- Hüseynov H.Ə., Şükürov A.ə. Metalkəsən dəzgahların avtomatlalşdırılmış layihələndirilməsi. azTU, 2001,120s.
Elektron tədris vəsaitləri
redaktə- Hüseynov H.Ə. Avtomatlalşdırılmış layihələndirmə sistemlərinin əsasları, 2010.408s.
- Hüseynov H.Ə. Maşın və cihazqayırmada texnoloji proseslərin avtomatlalşdırılmış layihələndirmə sistemləri, 2013.336s.
- Hüseynov H.Ə., Nərimanov V.Ə. Biotibbi alətlər, 2013.330s.
Son illərdə çap olunmuş elmi məqalələr:
redaktə- Гусейнов Г.А. Разнозернистый шлифовальный круг//Вестник машиностроения.2008,№9,с.56-58.
- Гусейнов Г.А. Эмпирическое моделирование герметичности плоского стыка, Сб. Математическое и компьютерное моделирование. Киевский Национальный Университет им. Тараса Шевченко.2008,с.51-58.
- Гусейнов Г.А. Исследование условий повышения точности геометрической формы поверхностей шлифованных стандартным и разнозернистым кругами. «Известия вузов «машиностроения» МГТУ им.Баумана,2011, №3.
- Гусейнов Г.А. Новая конструкция торцевого шлифовального круга // Вестник машиностроения, 2011, №1, с.37-40. Guseynov G.A. A.New Design for End Grinding Wheels.Russian Engineering Research,2011,Vol.31,№1,p. 37-40.
- Гусейнов Г.А Сравнительные экспериментальные исследования погрешности формы поверхности шлифованной стандартным и разно-зернистым шлифовальными кругами // Известия ВУЗов. Машиностроения, 2010, № 12 , с.14
- Məmmədov H.Ə., Hüseynov H.Ə.Yüksək elmi potensial, səmərəli innovasiya sistemi və yeni təhsil texnologiyaları dayanaqlı iqtisadiyyatın əsas resursları / Elektron hökuməti Azərbaycanda: Nailiyyətlər və perspektivlər. Beynəlxalq konfransın materialları. Bakı, 26-28 aprel 2010, s. 275-278
- Məmmədov H.Ə., Hüseynov H.Ə Elektron Universitet konsepsiyasının baza prinsipləri / Elektron hökuməti Azərbaycanda: Nailiyyətlər və perspektivlər.
- Beynəlxalq konfransın materialları. Bakı, 26-28 aprel 2010. s. 279-281
- Гусейнов Г.А.Способ плоского шлифования торцом круга. Патент İxtira №İ20120008 Азербайджанской Республики, Баку,2012.
- Гусейнов Г.А. Абразивный круг для обработки деталей. Патент İxtira №İ2012009 Азербайджанской Республики, Баку,2012.
- Huseynov H.A.,Baqirov S. A. Surfaces Ground by Standard Wheels and Wheels with Graduated Grain Seizes //Russian Engineering Research. pp. 50–54
- Ali təhsil sistemində yeni tədris texnologiyaları və elmmetrik meyarlar2013,АзТУ,Elmi əsərlər
- Guseinov Gasan Ahmad,Bagirov Sahib Abbas Main Features of the Mechanism of formation the surface grinding with the peripheriy of a striaight disk International Jurnal of Advances in Engineering &Technology,mar,2014,Vol.7.Issue1,pp. 66–74
- Исследование образование погрешностей формы при внутреннем шлифовании2014,январь,Москва,Вестник Машиностроения №1
- Guseinov Gasan Ahmad,Bagirov Sahib Abbas The Analysis of the Joint characteristics,based on the processing Methodes of the contacting surfases International Jurnal of Advances in Engineering &Technology,mar,2014,Vol.7.Issue2,pp. 318–326
Beynəlxalq əlaqələri
redaktəProfessor Həsən Hüseynovun Rusiya Federasiyasının «Moskva Dövlət Texnologiya Universiteti-CTAНКИН»,İ.E.Bauman adına ”Moskva Dövlət Texniki Universiteti”,Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyası, Almaniyanın: “Frayberq Dag Akademiyası”Texniki Universiteti”,DerezdenTexniki Universiteti,Nyürenberq- Erlangen Texniki Universiteti, Essen Duysburq Universiteti, Braunsveyq Texniki Universiteti, Hemnеts Texniki Universiteti; Fransanın: Оrlеan Texnoloji Universitei və Qrеnоbl Akadеmiyası, Italiyanın Telematika Univеrsitеti,Portuqaliyaın Espinyo Universiteti,İspaniyanın Jiron Universiteti,Rumıniyanın İoan Aleksandru Cuza Universiteti,Bolqarıstanın Aqrobiznes Universiteti,Görcustan Texniki Universitei,Moldova Dövlət Universiteti və s., ilə sıx elmi-pedaqoji əməkdaşlıq əlaqələri mövcuddur.
Beynəlxalq layihələrin koordinatoru:
redaktə- “544191 Tempus 1-2013-1-PT JPCR Azərbaycan Görcüstan və Moldovada turizm sənayesinin inkişafı ilə əlaqədar Mehmanxanaçılıq menecmenti ixtisasları üzrə bakalavr ,magistr hazırlığı” 2014-2016
- 561732-EPP-1-2015-1-FR-EPPKA2-CBHE-JP« Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ətraf mühit səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı»2016-2019