Hesen Sabbah - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həsən Sabbah (Ərəbcə:حسن الصّباح) – Ələmut qalasında yaratdığı Nizari İsmaililər dövlətinin ilk hökmdarı (hakimiyyət illəri: 1090–1124). Əsl adı Həsən ibn Əli ibn Məhəmməd əs-Sabbahdır.
Həsən Sabbah | |
---|---|
Həsən ibn Əli ibn Məhəmməd ibn Cəfər ibn Hüseyn ibn Məhəmməd əs-Sabbah əl-Həmyari əl-Yəməni (Fəzlullah Rəşidəddinə görə) | |
Doğum tarixi | |
Doğum yeri | İran, Qum |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | Yoluxucu xəstəliklər |
Vətəndaşlığı |
Böyük Səlcuq İmperiyası Fatimilər xilafəti Nizari-İsmaili dövləti |
Uşağı | 4[1] |
Milliyyəti | Pers və Kürd |
Dini | İsmaili məzhəbi, Batinilik, Nizari İsmaililiyi |
Təhsili | |
Fəaliyyəti | dini rəhbər[d], hərbi lider[d], siyasətçi, qubernator, yazıçı, avtobioqraf[d], dai, ilahiyyatçı, fəqih, astronom, astroloq, riyaziyyatçı, filosof |
Tanınır | Nizari-İsmaili dövlətinin hökmdarı (Hakimiyyət illəri: 4 sentyabr 1090-23 may 1124; Xələfi -- Kiya Büzürgümmüd); Xaşxaşi Fədailərinin lideri |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1055-ci ildə İranda Qum şəhərində dünyaya gəlmişdir. (Bəzi tarixçilərə görə bura Kufədən köç etmişdir.) Zamanın qabaqda gələn məktəblərində oxumaq şansı tapmışdır. Özünün danışdığı mənbələrdə [[fars ]] olduğu deyilir. Hətta Həsən Sabbah Özünə Sasanilərin Nəvəsi deyirdi. Fatimilerin hakim olduğu Qahirəyə getmişdir. İrana döndüyündə Səlcuqlu sarayında məşhur Böyük Səlcuqlu vəziri Nizamülmülkün əmrində işə başlamışdır.
Bəzi iddialara görə Nizamülmülk, Ömər Xəyyam və Həsən Sabbah birlikdə eyni dövrlərdə tələbə və yaxın dost olduqlarına bağlı olmuşlar. Ömər Xəyyam, Həsən Sabbah və Nizamülmülk orta məktəbdə oxuyanda söz verirlər ki, əgər biri mövqe qazansa, o birilərini himayə etsin. Amma Həsən Sabbahla Nizamülmülk arasında olan münasibətin dostluğa heç bir dəxli yoxdur. Belə ki, Sabbah saraya gələndən bir az sonra Nizamülmülklə toqquşmalı olur. Məlumata görə, vergi və maliyyə işləri ilə tanış olan Həsən Sabbah bu qərara gəlir ki, çoxlu yeyinti və mənimsəmə var, bunları üzə çıxarsa, özünə yaxşı mövqe qazana bilər. O, saraya Nizamülmülkün təqdimatı ilə gəldiyindən böyük nüfuz qazanmışdı. Amma bu, Nizamülmülkdə qısqanclıq doğurur. Bir gün Sabbah sultanın qulağına çatdırır ki, maliyyə işlərində yoxlama aparmaq lazımdır. Təcrübəli Nizamülmülk yoxlamaya altı ay vaxt lazım olduğunu deyir. Həsən Sabbah isə iki həftə vaxta bu işi çözəcəyini bildirir. Hesabatın belə qısa müddətdə baş tutması Nizamülmülkün sonu demək idi. Ona görə o, yaxın adamlarını Sabbahın qrupuna daxil edir. Onlar hər şey haqda onu xəbərdar edir, sonra vərəqləri bir dəftərdən başqasına qoymaqla hər şeyi pozurlar. Hesabat günü məlum olur ki, hər şey alt-üstdür. Sabbah rüsvay olur və şahın hüzurundan qovulur. Bundan qeyzlənən Həsən əvvəl Misirə qaçır, sonra Ələmut qalasına çəkilir, gizli terrrorçu təşkilat yaradır və səlcuqilərə qarşı mübarizə aparır. O, türklərlə mübarizə üçün çox orijinal metod seçir: elan edir ki, türklər Adəmdən əmələ gəlməyiblər. Onlar cindən törəyiblər və onlara xidmət edənləri öldürməklə cənnətə düşmək olar. O, Nizamülmülkə də "borclu qalmır". Ömrünün qoca çağlarında vəzir onun göndərdiyi terrorçunun əli ilə öldürülür. Bu barədə sonra.. Lakin bu əfsanənin doğruluğuna dair hər hansı bir məlumat yoxdur. Digər tərəfdən Nizamülmülk ilə Həsən Sabbah arasında təxminən 30 illik yaş fərqi vardır. Digər tərəfdən bunun doğru ola bilməsi üçün üçünün də Nişapurda oxumuş olması lazımdır. Halbuki Həsən Sabbah təhsilini doğulduğu şəhər olan Qumda və daha sonra Reydə almışdır. Bu mövzuda maraqlı bir rəvayət də, Həsən Sabbahın, Ömər Xəyyamla bir söhbəti əsnasında Ömərin ona, "bu insanlar cənnət üçün yaşayırlar, ancaq onlara bir cənnət verbilseən onları idarə edərsən " sözündən bir strategiya çıxardığı istiqamətindədir.
Nizamülmülk və Həsən Sabbah
redaktəSəlcuq dövlətində özünə yer tutmaq üçün fars zadəganları xüsusi canfəşanlıq göstərirdilər. Hətta belə rəvayət var ki, Ömər Xəyyam, Həsən Sabbah və Nizamülmülk orta məktəbdə oxuyanda söz verirlər ki, əgər biri mövqe qazansa, o birilərini himayə etsin. Amma Həsən Sabbahla Nizamülmülk arasında olan münasibətin dostluğa heç bir dəxli yoxdur. Belə ki, Sabbah saraya gələndən bir az sonra Nizamülmülklə toqquşmalı olur. Məlumata görə, vergi və maliyyə işləri ilə tanış olan Həsən Sabbah bu qərara gəlir ki, çoxlu yeyinti və mənimsəmə var, bunları üzə çıxarsa, özünə yaxşı mövqe qazana bilər. O, saraya Nizamülmülkün təqdimatı ilə gəldiyindən böyük nüfuz qazanmışdı. Amma bu, Nizamülmülkdə qısqanclıq doğurur. Bir gün Sabbah sultanın qulağına çatdırır ki, maliyyə işlərində yoxlama aparmaq lazımdır. Təcrübəli Nizamülmülk yoxlamaya altı ay vaxt lazım olduğunu deyir. Həsən Sabbah isə iki həftə vaxta bu işi çözəcəyini bildirir. Hesabatın belə qısa müddətdə baş tutması Nizamülmülkün sonu demək idi. Ona görə o, yaxın adamlarını Sabbahın qrupuna daxil edir. Onlar hər şey haqda onu xəbərdar edir, sonra vərəqləri bir dəftərdən başqasına qoymaqla hər şeyi pozurlar. Hesabat günü məlum olur ki, hər şey alt-üstdür. Sabbah rüsvay olur və şahın hüzurundan qovulur. Bundan qeyzlənən Həsən əvvəl Misisrə qaçır, sonra Ələmut qalasına çəkilir, gizli terrrorçu təşkilat yaradır və səlcuqilərə qarşı mübarizə aparır. O, türklərlə mübarizə üçün çox orijinal metod seçir: elan edir ki, türklər Adəmdən əmələ gəlməyiblər. Onlar cindən törəyiblər və onları və onlara xidmət edənləri öldürməklə cənnətə düşmək olar. O, Nizamülmülkə də "borclu qalmır". Ömrünün qoca çağlarında vəzir onun göndərdiyi terrorçunun əli ilə öldürülür.
Qalereya
redaktə-
Naməlum bir rəssamım təsəvvüründə Həsən ibn Sabah.
-
Həsən Sabbah.
-
Həsən Sabbahın xristianlar tərfindən çəkilən portreti.
İstinadlar
redaktə- ↑ (unspecified title). S. 344. ISBN 978-0-521-61636-2
- ↑ Encyclopædia Iranica (ing.). / N. Sims-Williams, A. Ashraf, H. Borjian, M. Ashtiany USA: Columbia University, 1982. ISSN 2330-4804
Xarici keçidlər
redaktə- The life of Hassan-i-Sabah from an Ismaili point of view. Focuses on assassination as a tactic of asymmetrical warfare and has a small section on Hasan-i-Sabah's work as a scholar.
- Introduction to The Assassin Legends Arxivləşdirilib 2014-03-18 at the Wayback Machine (From The Assassin Legends: Myths of the Isma‘ilis, London: I. B. Tauris, 1994; reprinted 2001.)
- The life of Hassan-i-Sabbah as part of an online book on the Assassins of Alamut. Arxivləşdirilib 2005-03-16 at the Wayback Machine
- Arkon Daraul on Hassan-i-Sabbah.
- An illustrated article on the Order of Assassins.
- William S. Burrough's invocation of Hassan-i-Sabbah in Nova Express.
- Assassins entry in the Encyclopedia of the Orient. Arxivləşdirilib 2011-11-23 at the Wayback Machine
- Review of the book, "The Assassin Legends: Myths of the Isma'ilis (I. B. Tauris & Co. Ltd: London, 1994), 213 pp." by Babak Nahid, Department of Comparative Literature, University of California, Los Angeles
- hasan bin sabbah and the secret order of hashishins Arxivləşdirilib 2009-06-30 at the Wayback Machine