Hesen Tufan - Wikipedia
Hizbulla Gülsizin-Həsrətov-Kusinov (tam adı: Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov, rus. Хисбулла Фахриевич Гульзизин-Хазратов-Кусинов; təxəllüsü: Həsən Tufan, tatar. Хәсән Туфан, rus. Хаса́н Туфа́н; 27 noyabr (10 dekabr) 1900, İske Karmət[d], Aksubay volostu[d], Çistay qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 10 iyun 1981, Kazan) — Tatarıstan şairi və yazıçısı, milli fiqur, Abdulla Tuqay adına Tatarıstan MSSR Dövlət Mükafatı laureatı (1966).[2]
Hizbulla Gülsizin-Həsrətov-Kusinov | |
---|---|
tatar. Хисбулла Гульзизин-Хазратов-Кусинов | |
Doğum adı | Хисбулла Фахриевич Гульзизин-Хазратов-Кусинов |
Təxəllüsü | Həsən Tufan |
Doğum tarixi | 27 noyabr (10 dekabr) 1900 |
Doğum yeri |
|
Vəfat tarixi | 10 iyun 1981 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Milliyyəti | Tatar |
Uşaqları |
Gülyenə (qızı) İdegey (oğlu)[1] |
Təhsili | |
İxtisası | Ədəbiyyat |
Fəaliyyəti | Yazıçı, şair |
Fəaliyyət illəri | 1924–1981 |
Əsərlərinin dili | tatar dili |
Janr | Şeir |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov 9 dekabr 1900-cu ildə Rusiya imperiyasının Kazan quberniyasının Çistay mahalının Aksubay nahiyəsinə daxil olan Müqəddəs Kiremet (indiki Tatarıstan Respublikasının İske Karmət kəndi) bir kəndli ailəsində anadan olmuşdur. O, oxumağı və yazmağı atasından öyrənmiş, ibtidai təhsilini isə kənd məktəbində almışdır. 1914-cü ildə onun qardaşları Həsən Tufanı Ural dağlarına aparmışdır ki, o, buradakı mis mədənlərində kəşfiyyatçı kimi işləmişdir.
O, təhsilini regionun ən öncül tədris müəssisələrindən biri olan Ufa şəhərindəki «Qaliya» mədrəsəsində davam etdirmişdir. O, burada Şeyxzadə Babiçin musiqi və ədəbi sferasına daxil olmuşdur. 1915-ci ildən onun ədəbiyyat müəllimi Alimcan İbrahimov olmuşdur. Burada o, Sakit Rəmiyev, Məcid Qafuri və Sakit Sunçalyay ilə tanış olmuşdur.[3]
Həsən Tufan 1918–1928-ci illərdə Sibirdə, Uralətrafı ərazilərdə və Kazan şəhərində dərs keçmişdir. 1928–1930-cu illərdə o, Qafqaz və Mərkəzi Asiyaya getmişdir.
Həsən Tufan 1930–1934-cü illərdə Tatar Radio Komitəsinin redaktoru olmuşdur. Az sonra o, «Sovet ədəbiyyatı» jurnalının («Совет әдәбияты») icraedici katibi olmuşdur.
Həsən Tufan 1940-cı ildə repressiyaya məruz qalmış, ancaq daha sonra bəraət qazanmış və Kazan şəhərinə qayıtmışdır.
Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov 10 iyun 1981-ci ildə SSRİ-nin RSFSR-na daxil olan Tatarıstan MSSR-nın paytaxtı Kazan şəhərində 80 yaşında vəfat etmişdir. Onun meyiti Kazan şəhərindəki tatar qəbiristanlığında dəfn edilmişdir.
Yaradıcılığı
redaktəHəsən Tufanın əsərləri 1924-cü ildən nəşr olunurdu. Bir neçə il ərzində həm oxucular, həm tənqidçilər, həm də ki, ədəbi ictimaiyyətin diqqət mərkəzinə çevrilmişdir. Həsən Tufan işçi təbəqə mövzusunu, onların mübarizəsini və əziyyətini işıqlandıran ilk tatar şairi olmuşdur. 1920–1930-cu illərdə o, lirik və epik janrlarda şeirlər yazmağa başlamışdır ki, bu əsərlər Tatarıstan şeiriyyətinin əsasını təşkil etmişdir.
1930-cu illərin ortalarında Həsən Tufanın yazdığı şeirlər epik janrından lirik janrına keçir. Onun bu janrda yazdığı bir çox şeiri populyar mahnılara çevrilir. Həsən Tufan 1950–1960-cı illərdə Tatarıstan şeiriyyətinin mirvariləri hesab edilən əsərlər yazır. Onun yaradıcılıq fəaliyyətinin son dövrlərində yazdığı əsərlərində sosial analiz dərinləşir, problemlərin əhəmiyyəti və fəallığı, eləcə də fikir artır.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Мин сине ничек яраттым. Kazan: «Ак Барс». 2004.
- ↑ "Лауреаты премии Тукая — 1966 год". gabdullatukay.ru (rus). Tatmedia. 12 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2019.
- ↑ "Туфан Хасан Фахриевич (Хасан Туфан) – поэт". gabdullatukay.ru (rus). Tatmedia. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2019.
Ədəbiyyat
redaktə- A. Хасан Туфан // Писатели Советского Татарстана: Биобиб-лиогр. Kazan: Tatarıstan Kitab Nəşriyyatı. 1970. səh. 406—411.
- Yuzeyev, N. Хасан Туфан // Мир поэта: О творчестве Х. Такташа, М. Джалиля, Х. Туфана, С. Хакима. Kazan: Tatarıstan Kitab Nəşriyyatı. 1987. səh. 125—163.
- Mustafin, R. A. Любовь к жизни и приверженности к правде // Древняя и вечно молодая: Литературные портреты татарских поэтов. Kazan: Tatarıstan Kitab Nəşriyyatı. 1991. səh. 135—163.
- Mustafin, F. "Дело Туфана". Татарстан (№ 3). 1992: 28—39.
- Hakim, S,. "Грустит Лебяжье озеро …". Лит. Россия (11 нояб). 1984: 16.
- Kərim, M. О Хасане Туфане // Притча о трех братьях. Moskva: Современник. 1988. səh. 136—139.
- Kaşapov, Q. По следам поэта Хасана Туфана // С песнями прошел я Барабу …. Сов. Татария. 1989.
- Litvin, A. L. Арест поэта (или Рассказ о том, как Хасан Туфан сравнил Кирова с Дантоном) // Запрет на жизнь. Kazan: Tatarıstan Kitab Nəşriyyatı. 1993. səh. 151—164.
- Rəşidov, A. "Немеркнущая звезда; Кутуй Р. Очарованный странник". Веч. Казань. 10 dekabr 1985.
- Mustafin, R. "Песчинка звездной пыли…". Веч. Казань. 8 dekabr 1990.
- Yelizarova-Tomus, T. "Свет поэта: О Хасане Туфане". Идель (№ 4). 1995: 75—79.
- Arifzyanova, İ. "Мой стих итог пережитого …". М¦гариф (№ 4). 1996: 46—48.
- Aleşkov, N. "Баллада о любви: Памяти выдающегося татарского поэта Х. Туфана и его жены актрисы Луизы Салиасгаровой". Веч. Казань. 24 aprel 1987.
- Kərim, M. Хасану Туфану // Стихи и поэмы: Пер. с башкир. Moskva: Сов. Россия. 1982. səh. 128.
- Kudaş, S. "Хасану Туфану: Стихи". Сов. Татария. 21 oktyabr 1984.
- Kutuy, R. "Тишина памяти Хасана Туфана: Стихи". Сов. Татария. 22 iyul 1984.
- Norden, A. "Хасану Туфану: Стихи". Сов. Татария. 9 iyul 1989.
- Sərçin, R. Ş. "«Тюремная» лирика Фатиха Карима и Хасана Туфана". Филология и культура (№ 4 (42)). 2015: 246-250.
Xarici keçidlər
redaktə- Həsən Tufan Arxivləşdirilib 2009-11-07 at the Wayback Machine — Tatar Elektron Kitabxanası saytında.
- Həsən Tufan[ölü keçid] — Ropnet.ru saytında.
- Həsən Tufan Arxivləşdirilib 2016-10-16 at the Wayback Machine — "ГАСЫРЛАР АВАЗЫ-ЭХО ВЕКОВ" jurnalında.