Hevariler Kilsesi - Wikipedia
Həvarilər Kilsəsi — Türkiyəinin Qars ilinin Ani şəhər xarabalığında yerləşən qədim erməni kilsəsi.
Həvarilər kilsəsi | |
---|---|
Սուրբ Առաքելոց եկեղեցի | |
40°30′36″ şm. e. 43°34′12″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Qars |
Yerləşir | Ani |
Aidiyyatı | Erməni Qriqoryan Kilsəsi |
Tikilmə tarixi | XI əsr |
Üslubu | Erməni memarlığı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəPahlavuni sülaləsi dövründə inşa etdirilmiş bu abidənin elə həmin dövrdə Ani patriarxları tərəfindən mərkəz kimi istifadə edildiyi güman edilir. Abidənin divarlarında nə zaman inşa olunması haqqında bir qeyd yoxdur. Kilsə divarlarındakı ən qədim yazı 1031-ci il tarixinə aiddir və Abuğamir Pahlavuninin kilsəyə torpaq bağışlamasından bəhs edir.
Akademik N. Y. Marr Həvarilər kilsəsi və ona bitişik olan bidələr ərazisində arxeoloji qazıntıları 1909-cu ildə tamlamışdır və 1912-ci ildə kilsənin ən zəif hissələri və cənub narteks müəyyən qədər bərpa edilmişdir. Həvarilər kilsəsi ərazisində XX əsrin əvvəllərində aparılan qazıntılar zamanı əldə edilən nəticələrdən dövrümüzə bir şey çatmamışdır. Belə ki, baxımsızlıq üzündən bütün tapıntılar itirilmiş və ya məhv olmuşdur.
Kilsənin zəmin planı memarlıqda "inscribed quatrefoil with corner chambers" olaraq bilinən tərzdə inşa edilmişdir. Başqa sözlə, düzbucaqlı planın içinə oturdulmuş dörd apisli iç quruluşun künclərdə əmələ gətirdiyi boşluqlar dörd şapellə doldurulub. Bu erməni abidələrində VII əsrdən sonra meydana gələn bir layihələşdirmə növüdür, lakin bu binada istifadə edilmiş naxışlar binanı XI əsrin ilk otuz ilinə aid etməyə imkan verir. Kilsəyə Şimal və Cənub apislərdəki qapılardan girilirmiş. Kilsənin üst qismindən çox az şeyin qalmasına baxmayaraq, 1909-cu il qazıntıları nəticəsində əldə edilən məmulatlara əsasən kilsəsnin uyğun modelini hazırlamaq mümkün olmuşdur. Mərkəzi qübbənin ağırlığını zəiflətmək üçün boş torpaq qapılardan istifadə edilmişdir. Kilsənin konik damının kirəmitlərinin arası nar və üzüm salxımı oymaları ilə bəzədilibmiş. Dörd künclərdəki şapellərin hər biri ayrıca kiçik kilsələrə bənzəyirmiş və hər birinin özünəməxsus incə dizaynı varmış. Hətta iki şərq şapelinin öz daxili hücrələri belə varmış. Ən qəribə cəhət isə kilsənin dörd küncündəki şapellərin də qübbəylə örtülməsidir ki, bu da Həvarilər kilsəsini bütün erməni kilsələrindən fərqləndirən ən mühüm cəhətdir.
Memarlıq xüsusiyyətləri
redaktəCənub narteksin zəngin naxışlarla bəzədilmiş divarları Səlcuqlu və İran memarlığının təsiri altında inşa edilib. Giriş baştağ şəklində hazırlanmışdır. Bu, eyvan şəklindəki bir nişin içinə yerləşdirilmiş və bəzəkli çərçivə ilə əatə olunmuş bir girişdir. Nişin tavanı şəbəkə şəkilli oymalardır ki, bu da sırf müsəlma memarlığına məxsus elementdir. Çərçivəsi isə yumru təpəli kəmərdir.
Abidə başqa bir xüsusiyyəti ilə də diqqəti cəlb edir. Belə ki, fasadının sadəliyi və daxili interyerin çevikliyi və mürəkkəbliyi indiyə qədər heç bir binada bu qədər ziddiyyət təşkil etməyib.
Tavan divarla kəsişmə yerində stalaktit formalı bir birinin üstündə olan kəmərlərlə dəstəklənib. Mərkəzi qübbənin tam ortasında kiçik bir pəncərənin olduğu qeyd edilsə də bu gün əlimizdə həmin iddianı dəstəkləyəcək bir dəlil yoxdur. Digər bölümlərin isə qırmızı, qəhvəyi və qara daşlardan inşa edilmiş, qabartma daş işləmələri ilə zəngin şəkildə bəzədilmiş düz tavanları vardır. Abidənin içi tamamilə daşişləmə sənətinin hünər göstəricisidir.
Narteksin kəmərlərinin divar səthinin dikinə yerləşdirilmələri ilə bərabər, həmçinin künclərdə çarpışmaları erməni memarlığında təkrarı olmayan nümunədir. Planda iki qarşı tərəfin aldadıcı dərəcədə sadə zəmin planı, içərisinin alt bölmələrində çıxıntı əmələ gətirən plastorlarla vurğulanır. Ancaq qübbəli orta bölmənin bu sahənin üstündə yerləşdirilməsi, Barokko memarlıq üslubu xaric digər üslub və məktəblərdə nadir görünən boşluqların bir — birinin içinə girərək davam etdiyi görüntüsünü verən əsrarəngiz bir təsir yaradır.
Cənub narteks
redaktəKilsənin Cənub divarına dayalı bir narteks var. Ermənicə "gavit" olaraq bilinən bu tikili böyek bir ehtimalla XIII əsrin əvvəllərinə aiddir. Narteksin Cənub və Qərb divarları tavanın Qərb tərəfi ilə birgə uçmuşdur. Narteksin yalnız Şərq hissəsi ilin görünüşü ilə günümüzə çatmışdır. Onu da qeyd edək ki, bu abidə bəzi türk qaynaqlarında səlcuqlu karvansarası kimi də təqdim olunur. Narteksin divarlarında erməni dilində çoxlu kitabələr vardır ki, onlardan da ən qədimi 1215-ci ilə aiddir. Yazıların əksəri dinlə əlaqəsi olmayan mövzulara aiddir. Bunların arasında vergi, ticarət sənədlərinə kimi ən müxtəlif yazılara təsadüf edilir. Onlar Ani şəhərinin qədim həyatına işıq tutmaları və narteksin yalnız dini məqsədlər üçün istifadə edilmədiyini göstərmələri baxımından qiymətlidir.
Kiçik kilsə
redaktəNarteksin Cənubunda isə ordakı bütün tikililərdən qədim olan bir kiçik kilsə var imiş. Kilsənin yarımdairə apisi olan tək nefi varmış. Apisin Cənubunda əlavə hücrə var imiş, amma Şimalında yoxmuş. Akademik N. Y. Marr bu kilsənin Cənub divarının narteksə yer vermək üçün söküldüyünü düşünmüşdür.