Haciko Bir Itin Taleyi Film 2009 - Wikipedia
Haçiko, bir itin taleyi (ing. Hachi: A Dog's Tale və ya Hachiko: A Dog's Story) – 2009-cu ildə çəkilən və real hadisələrə əsaslanan ABŞ dram filmi. Bu film 1987-ci ildə çəkilən "Haçikonun taleyi" filminə əsasən çəkilmişdir. Filmin rejissoru Lasse Hallstrom və ssenarisi Stiven P. Lindsiyə məxsusdur. Filmdə baş rollarda Riçard Gir, Coan Allen və Sara Remer çəkilmişdir.
Haçiko, bir itin taleyi | |
---|---|
Hachiko: A Dog's Story | |
Janr | dram |
Rejissor | Lasse Hallstrom |
Prodüserlər | Riçard Gir, Bill Conson, Vikki Şigekuni Vonq |
Ssenari müəllifi | Stiven P. Lindsi |
Baş rollarda |
Riçard Gir Coan Allen |
Bəstəkar |
|
İstehsalçı | Columbia Pictures |
Studiya | Overbook Entertainment, JW Productions, China Film Group, Sony Pictures Relasing |
Distribütor | Stage 6 Films[d], Netflix, Sony Pictures |
İlk baxış tarixi | 13 iyun 2009 |
Müddət | 104 dəqiqə |
Büdcə | 16 milyon $ |
Gəlir | 45 milyon $ |
Ölkə | ABŞ |
Dillər |
ingilis yapon |
İl | 2009 |
Rəng | rəngli |
Çəkiliş yeri | ABŞ |
IMDb | ID1028532 |
Filmin premyerası 8 avqust 2009-cu ildə Yaponiyada olmuşdur.
Məzmun
redaktəƏsl Haçiko Yaponiyada olmuşdur və ilk Haçiko filmi də burada çəkilmişdir. Filmdə illər əvvəl Akita iti Birləşmiş Ştatlara Yaponiyadan göndərilir, ancaq onun qəfəsi Amerikan vağzalında arabadan düşür və bu vaxt onu Parker Vilson (Riçard Gir) tapır. Stansiya müfəttişi iti kötürməkdən imtina edəndə Parker iti evinə aparır. Keyt (Coan Allen) iti evlərində saxlamağa razı olur. Növbəti gün Parker iti vağzala aparır və vağzal müffətişi itin xaltasındakı yazının yapon dilində olduğuna görə onu Yapon kollec professorunun yanına göndərir. Professor Ken (Hiroyuki Taqava) xalta 8 simvolunun olduğunu və itin adının "Hati" olduğunu deyir. Parkerdə iti Hati çağırmağı qərara alır. Bir gün Parker səhər işə gedəndə Hati də gizlicə evdən çıxdı və onun yanıyla getməyə başladı. Parker onu evə qaytardı. Parker işdən gələndə gördü ki, Hati stansiyanın yanındakı böyük ağacın qarşısındaki daşın üzərində oturub onu gözləyir. Beləliklə, Hati hər gün Parkeri stansiyaya aparır, o qatara minəndən sonra Hati evə qayıdır və Parker işdən evə qayıdan vaxt Hati stansiyaya gəlir və Parkeri evə aparır. Bu bir müddət belə davam eir. Bir gün Parker işə gedəndə Hati hürür və onun işə getməsini istəmir. Lakin Parker gedir və günorta ürək tutmasından vəfat edir. Hati vağzalda onu gözləyir və qatar gəlib çatır, amma Parker yoxdu. Hati bir neçə saat qarlı havada onu gözləyir. Bu vaxt Maykl (Robbi Sablit) gəlib Hatini öz evinə aparır. Növbəti gün Hati yenidən vağzala qayıdır və bütün günü orada gözləyir.Bu vaxt Keyt evlərini satır və qızı Endi (Sara Remer)və Mayklın evinə köçür. Buna baxmayaraq, Hati ilk imkan yaranan kimi qaçır və vağzala qayıdır. O, hər gün Ces (Erik Everi) tərəfindən verilən hotdoqları yeyir. Endi bir qədər sonra gəlib çatır və onu evə aparır və ancaq stansiyaya qayıtmaq üçün növbəti gün onu azad edir.
Növbəti 9 il ərzində, Hati hər gün vağzalda sahibini gözləyir. Onun şəkli qəzetdə təsvir edilir. Parkerin ölümündən sonra onun qəbrini ziyarət edib qayıdanda Keyt Hatini görür və növbəti qatarı gözləmək üçün o Hatinin yanında oturur. Hati indi qocalıb və yorğun halda gecə vağzala qayıdır və sonuncu dəfə o gözlərini bağlayır.
Filmin sonunda Ronini (Endi və Mayklın oğlu) sinifdə lövhənin qabağında göstərir və bu vaxt o deyir ki, Hati onun həmişəlik qəhrəmanı olacaq. Sonra o öz Akita iti ilə gedir və o da öz itini Haçiko adlandırıb.
Əsl Haçiko
redaktəƏsl Haçikonun sahibi Hidesaburo Ueno 1925-ci ildə öldükdən sonra Haçiko növbəti doqquz il ərzində hər gün Şibuya vağzalında onu gözlədi. Real Haçiko 1934-ci ildə (faktiki olaraq 1935) vəfat etdi. Şibuya vağzalında onun oturduğu yerdə heykəli qoyuldu.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi : Stiven P. Lindsi
- Rejissor : Lasse Hallstrom
- Bəstəkar : Yan Kaçmarek
- Prodüserlər : Riçard Gir, Bill Conson, Vikki Şigekuni Vonq
Rollarda
redaktə- Riçard Gir – Parker Vilson
- Coan Allen – Keyt Vilson
- Keri-Hiroyuki Taqava – Ken Ficoyoşi
- Sara Remer – Endi Vilson
- Ceyson Aleksandr – Karl Boilins
- Erik Everi – Cascit
- Daveniya MakFadden – Meri Enn
- Kevin DeKoste – Ronni
- Tora Hallstrom
- Robbi Sablit – Maykl
- Robert Kepron – şagird