Hab - Wikipedia
Hab (ing. Hub — fəaliyyət mərkəzi və ya toplanma mərkəzi) — kompüterin şəbəkəyə qoşulması üçün istifadə olunur. Əsasən Token-Ring-də kompüterlər kabellərlə ortadakı mərkəzi bir qutuya qoşulurlar (fiziki ulduza). Bu qutu Hub (hab) adlanır.[1]
Hab əslində çox portlu bir repeater olduğu üçün şəbəkədəki bütün kompüterlər eyni toqquşma sahəsi (collision domain) içində olacaqlardır. Bu bütün şəbəkənin işləmə gücünün kompüter sayına bölünərək azalması deməkdir.[2]
Ümumi məlumat
redaktəBütün kompüterlərdən Haba ayrı-ayrı kabellər getməsi lazımdır. Hub-lar öz içlərində ethernetin çalışma məntiqini, yəni məntiqi bus quruluşunu özündə birləşdirir. Hub-ın etdiyi sadəcə, bir portundan gələn siqnalın surətlərini yaradıb, digər bütün portlara yollamaqdır. Bu yönü ilə hub üçün bir çox portu olan və hər portuna bir kompüter bağlana bilən bir repeater (təkrarlayan) deyə bilərik. Hub-lar eyni repeater kimi OSI Modelinin 1-ci layında, yəni fiziki layda çalışırlar.
Hub-lar 4, 8, 12, 16, 24, 32 və ya daha çox porta sahib ola bilərlər. Əslində bir hub nəzəri olaraq 1024-ə qədər porta sahib ola bilir. Amma belə hub-lar yerinə çox daha az porta sahib hub-lar istehsal olunur. Siz öncə ehtiyacınız olan qədər porta sahib hub alırsınız, daha sonra ehtiyac artdıqca başqa hub-lar alıb bir-birinə bağlaya bilərsiniz. Ancaq hub-ları bağlayarkən 5-4-3 qaydasına diqqət edilməlidir. Əlavə olaraq bir-birinə bağlı hub-lar (repeater-dən yada salın) eyni toqquşma sahəsinə sahib olurlar. 10BaseT hublar və ya əsasən deyildiyi kimi 10Mbit hublar çox vaxt bir də BNC konnektoruna sahibdir. Beləcə 10Base2 şəbəkənizi 10BaseT şəbəkəsinə bağlaya bilərsiniz. Bu portu iki hub-ı bir-birinə bağlamaq üçün də istifadə etmək olar.[3]
İstinadlar
redaktə- ↑ "Topoloji tipləri və inkişafı". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-18.
- ↑ "Kompüter Şəbəkələri". 2011-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-18.
- ↑ "HUB". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-18.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Kompüter şəbəkəsi Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine