Habomai Arxipelaqi - Wikipedia
Habomai arxipelaqı (yap. 歯舞群島[1][2]) — əslinə qalanda Habomai adı əslində Hokkaydo adasında yerləşən eyni adlı rayonun eyni adlı kəndindən götürülmüşdür. Bu adalar qrupuna ümumilikdə 20 ada daxildir. Onlar arasında Polonski adası, Oskolki adaları, Zelyonı adası, Dyomin adaları, Yuri adası, Anuçin adası, Tanfilev adası sahəsinə görə xüsusi ilə seçilir. Bu qrupun adaları Hokkaydodan Sovet boğazı ilə ayrılır. Adaların ümumi sahəsi km² təşkil edir.
Habomai arxipelaqı | |
---|---|
yap. 歯舞群島 | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 100 km² |
Əhalisi |
|
Yerləşməsi | |
43°31′00″ şm. e. 146°05′00″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Etimalogiyası və adın istifadəsi
redaktəYaponlara məxsus olan Habomai adı onların işğalından öncə mövcud olmuşdur. Hətta 1959-cu ilin 1 aprelinə qədər burada Hamboi uezdi mövcud idi. Bir ara hətta bu adın rəsmi rus mənbələrində işlədilməsi Saxalin vilayət dumasında qərar qəbul olunur. Onlar hətta bu adın rus kütləvi informasiya mənbələrində səslənməsini və beynəlxalq iki tərəfli müqavilələrdə belə bu adın işlənməsini əsas gətirirdilər. Rusiya Xarici İşlər naziri bu adı hələ 1956 19 oktyabr deklarasiyasında belə qeyd olunduğunu, üstəlik Rus-Yapon anlaşmalarında belə Habomai olaraq qeyd olunduğu bildirir. Bununla belə 2006-cı ilin yayında «Sakh.com» saytında «Habomai» termininin işlənməsi ilə əlaqədar sayt rəhbərliyi inzibati hüquq pozma ilə əlaqədar 3000 rubl cərimə ödəməli olmuşdur[3].
Təsviri
redaktəAdalar Böyük Kuril cərgəsinə paralel şəkildə uzanır. Adalar arasındakı boğazlar dərin deyillər. Bəziləri isə rif və su altı qayalardan ibarətdir. İti axınlar və güçlü duman buradan gəmilərlə gərəkəti onluqca təhlükəli edir. Adaların nöyük qismi düzəndir. Səthi daşlı, yarımsəhralıqdır. Meşə yoxdur. Kolluqlar və bataqlıqlaşmış ərazilər müşahidə edilir. Bu qrupa daxil adalarda iqlim mülayim dəniz iqlimtipinə aitdir.,sərin yays və mülayim qışa sahibdir. Burada bəzi gəmiricilərin bala vermə dövrü noyabr ayına qədər davam etməsi onun Kunaşirdən daha yumşaq iqlimə malik olmasına dəlalət edir[4].
Adada əhali yaşamır. Sahəcə rus sərhədçiləri yerləşmişdir[5].
Habomai arxipelaqı Kunaşir, İturup və Şikotan adaları ilə birlikdə Rusiya və Yaponiya arasıbda mübahisə predmetidir. 1956-cı ildə Sovet-Yapon deklarasiyası imzalanmışdır. Burada Habomai və Şikotan adalarının Yaponiyaya qaytarılması nəzərdə tutulurdu. Ancaq Sovetlər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasından sonra qeyd edilən əraziləri Yaponiyaya qaytaracağınl bildirmişdir. Mübahisəli adaların həll edilməsi ilə əlaqədar 1993-cü ildə Tokio deklarasiyasınln əsasında adaların mübahisəli məsələlərinin həl edilməsi ilə əlaqədar danışıqların davam etdirilməsinə qərar verilmişdir.
Adaların siyahısı
redaktə- Polonski adası (Taraku-to)
- Qağayı qayası
- Oskolki adaları
- Kiri qayalarl
- Peşernaya qayası (Kanakuso)
- Lisi adaları (Тodo)
- Yelkən qayası (Hokoki)
- Şişki adaları (Katuba)
- Sveç qayası (Rosoku)
- Zelyonı adası (yap. 志発島, sibosu-to;
- Dyomin adaları (yap. 春苅島, harikari-to;
- Yuri adası (yap. 勇留島, yu:ri-to;
- Anuçin adası (yap. 秋勇留島, akiyu:ri-to;
- Uviditelnaya qayası (Havare)
- Tanfilev adası (yap. 水晶島, suysyo:-şima;
- Opasnaya bankəsi;
- Storojevoy adası, (yap. 萌茂尻島, hoemosiri-tо;
- Rifovı adası, yap. オドケ島, odike-şima;
- Siqnalnı adası yap. 貝殻島, kayqara-şima;
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Пономарев С. А. "Что такое «северные территории»?". // Интернет-газета «Столетие», 07.11.2007. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-21.
- ↑ Адашова Т.А. "Южные Курилы — геополитическое пространство России". // Электронная версия газеты «География». 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ Крапивина Н. "Стереть Хабомаи — 2". // Sakhalin.info, ИА Sakh.com. 7 июня 2006. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-15.
- ↑ Cənubi Kuril sdaıarınln kiçik məməliləri Arxivləşdirilib 2017-03-10 at the Wayback Machine // DisCollection.ru
- ↑ Страноведение: Южные Курилы или северные территории? Arxivləşdirilib 2022-02-21 at the Wayback Machine // Newsru.com