Haci Sehla Mescidi - Wikipedia
Hacı Şəhla məscidi — Bakının Balaxanı qəsəbəsində yerləşən XIV əsrə aid memarlıq abidəsi. Məscidin kitabəsində onun 1385-1386-cı illərdə Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinin sifarişi ilə Ustad memar Arif bin ustad Musa Cibal tərəfindən inşa edildiyi göstərilib.
Hacı şəhla məscidi | |
---|---|
40°27′49″ şm. e. 49°55′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Balaxanı |
Memar | Musa Cibal |
Sifarişçi | Hacı Şəhla bin Şakir bin Mustafa Köşki |
Tikilmə tarixi | 1385/86[1] |
Vəziyyəti | bərpa olunub |
Tipi | Mədəni |
İstinad nöm. | 127 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi
redaktəHacı Şəhla məscidi 1385-1386-cı illərdə[2] Şirvanşahlar dövründə Balaxanı qəsəbəsinin qəbiristanlığında hündür bir təpənin üzərində tikilib.[3] Məscid giriş portalı və daxili otaqdan ibarətdir. Giriş qapısının üstündə iki sətirlik kitabədə bunlar yazılıb[1]:
"Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci il (787-1385/86)”.
Bu kitabədən bir az solda, qapı çərçivəsindən bir az aralı yerləşən kitabədə məscidi tikən ustanın adı yazılıb. İki sətirlik bu kitabədə “Ustad Arif bin ustad Musa Cibalın işidir” yazılıb. Qeyd edək ki, üzərində olan kitabələrdə məscid imarət adlandırılıb.[1]
1918-ci ildə erməni daşnakları tərəfindən törədilən Mart soyqırımı Balaxanı kəndində də davam edib. Kənd camaatı da məscidin yerləşdiyi təpədə səngər qazaraq düşməndən müdafiə olunublar. Bu hadisədən sonra qəsəbə sakinləri tərəfindən məscidin yerləşdiyi təpə “səngər” adlandırılıb.
Sovet işğalında
redaktəSovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[4]
Bundan sonra məscid bağlanıb istifadəsiz qaldığına görə dağıntılara məruz qalıb.
Müstəqillikdən sonra
redaktəAzərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[5][6]
2017-ci ildə Hacı Şəhla məscidi Balaxanı qəsəbəsi sakinlərindən olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə bərpa edilib. Təmir-bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında mütəxəssislər tərəfindən həyata keçirilib. Abidə bərpa olunarkən tarixi tikilinin divarlarında Mart soyqırımında baş tutmuş döyüşlərdən qalan güllə izləri saxlanılıb.[7]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Hacı Şəhla məscidi bərpa olunub". azertag.az. AzərTac. 08.01.2019. 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2019.
- ↑ Щеблыкин, И.П. Памятники Азербайджанского зодчества эпохи Низами (rus). Bakı: Изд-во АзФАН. 1943. 33. 2023-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
- ↑ "Hacı Şəhla məscidi bərpa olunub". medeniyyet.az (ingilis). 2023-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
- ↑ Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-02.
- ↑ "Ölkə və yerli əhəmiyyətli Memarlıq və Arxeoloji abidələr". sabunchu-ih.gov.az. 2023-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
- ↑ ONA.az. "Balaxanıda erməni vəhşiliyi, güllələnmiş məscid - 31 MART GERÇƏKLƏRİ - VİDEO". ONA. 2021-03-31. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.