Haci Mirze Eli Sebusteri - Wikipedia
Hacı Mirzə Əli Şəbüstəri (1898, Şəbistər, Şərqi Azərbaycan ostanı) — Azərbaycan Demokrat Firqəsinin fəalı, Azərbaycan Milli Məclisinin sədri[1].
Hacı Mirzə Əli Şəbüstəri | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1898 |
Doğum yeri |
Həyatı
redaktəHacı Mirzə Əli Şəbüstəri 1898-ci ildə Şəbüstərdə, tacir ailəsində doğulub. Xiyabani hərəkatında iştirak edib. Köhnə demokrat hesab edilirdi. Bir oğlu İran ordusunun kapitanı idi və ölkənin cənubunda xidmət edirdi. Daşınmaz əmlak və bağdan gələn gəliri hesabına yaşayırdı. Təbrizdə "Azadlıq Cəbhəsi"nin sədri idi.
1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında fəaliyyətə başlamış Azərbaycan Xalq Konqresinin Milli Məclisinin sədri seçilib.[2] 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Məclisinin ilk iclası keçirilir. Burada Məclisin çıxartdığı qanun və qərarların icrasını həyata keçirəcək, Mirzə Əli Şəbüstərinin sədrliyi ilə 9 nəfərlik rəyasət heyəti seçildi.[3]
1946-cı ilin aprelin 4-də S.C.Pişəvəri ilə Təbrizdəki Sovet konsulunun növbəti – ikinci görüşü keçirilir. Pişəvəri bu görüşə Sovetlərin mövqeyi ilə yaxından tanış olmaq üçün özü ilə birlikdə Milli Məclisin sədri Hacı Mirzə Əli Şəbüstərini, Daxili İşlər naziri Salamulla Cavidi və ADF rəhbərlərindən Sadıq Padeganı da aparır. Danışıqların növbəti raundunda məqsəd AMH rəhbərliyini Tehranla danışıqlara getməyə razı salmaq idi.
1946-cı il avqust ayının 1-də Salamulla Cavidin rəhbərliyi ilə, Hacı Mirzə Əli Şəbüstəri, Sadıq Padiqan, general Pənahiyan, polkovnik Murtəzavi, mayor Toğraidən ibarət olan nümayəndə heyəti Tehrana danışıqlara gedib.[4][5]
1946-cı il dekabrın 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[6] Bununla da Azərbaycan Milli Hökuməti süqut edir.[7] Milli Hökumət dağıldıqdan sonra həbs olunub Tehrana aparılıb.[8]
İstinadlar
redaktə- ↑ Cəmil Həsənli. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг. Moskva: Герои Отечества. 2006. səh. 203. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Rəhimli, 2003. səh. 70
- ↑ Rəhimli, 2003. səh. 72
- ↑ Rəhimli, 2003. səh. 133
- ↑ Cavid, 2005. səh. 59
- ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
- ↑ George Lenczowski. "United States' Support for Iran's Independence and Integrity, 1945–1959", Annals of the American Academy of Political and Social Science, Vol. 401, America and the Middle East. (may, 1972), s. 49
- ↑ Rəhimli, 2003. səh. 153
Ədəbiyyat
redaktə- Rəhimli, Əkrəm. Güney Azərbaycan milli-demokratik hərəkat (1941-1946) (az.). Bakı: Meqa nəşriyyatı. 2003. səh. 207.