Haci Qadir Qedirzade - Wikipedia
Hacı Qadir İbrahim oğlu Qədirzadə (20 may 1948, Cəhri, Naxçıvan rayonu – 8 mart 2018) — tarixçi-etnoqraf, tarix elmləri doktoru (2005). AMEA-nın müxbir üzvü (2007).[1]
Hacı Qadir Qədirzadə | |
---|---|
Qədirzadə Qadir İbrahim oğlu | |
Doğum tarixi | 20 may 1948 |
Doğum yeri | |
Vəfat tarixi | 8 mart 2018 (69 yaşında) |
Elm sahəsi | etnoqrafiya |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü |
İş yerləri | |
Alma-mater | Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı |
Mükafatları |
Həyatı
redaktəAzərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirmiş (1971), Cəhridə müəllim işləmişdir (1971-75).
AMEA-nın Regional Elm Mərkəzində (indiki AMEA-nın Naxçıvan Bölməsi) kiçik elmi işçi, arxeologiya, etnoqrafiya və folklor şöbəsinin (1979-86), Arxeologiya və Etnoqrafiya şöbəsinin (1987-92) müdiri, elmi işlər üzrə direktor müavini (1992-2002) işləmişdir.
2003-cü ildən 2018-ci ilə qədər AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub. Elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi,türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tutur. 150-dən çox elmi, elmi puplisistik məqalənin bir neçə kitabın müəllifidir. Əsərləri Moskvada, Ankarada, İstanbulda və digər yerlərdə dərc olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.
8 mart 2018-ci ildə vəfat edib.[2]
Təltif və mükafatları
redaktə- 2009 - Tərəqqi medalı
Əsas elmi əsərlərinin adları
redaktə- Əshabi Kəhf: Müqəddəslik, tarixilik və inancların genezisi. Bakı, 2002
- Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr. Bakı, 2003
- Adetler, inanclar və türklerin soy kütügü meselesi. Ankara, 2005
- Həzrəti insan. Bakı, 2005
- Cəhriçay vadisi. Naxçıvan, 2007
- Nuh peyğəmbər, Dünya Tufanı və Naxçıvan, Naxçıvan, 2008
- Türkün müalicəsi türkaçarə. Naxçıvan, 2010
- Naxçıvan: Nuh baba və Türk atadan gələn yol. Naxçıvan, 2011
İstinadlar
redaktə- ↑ "Qədirzadə Hacı Qadir İbrahim oğlu" (az.). science.gov.az. 2017. 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.
- ↑ "Azərbaycan elminə ağır itki üz verib". 2018-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-08.
Xarici keçidlər
redaktə- AMEA Arxivləşdirilib 2014-08-20 at the Wayback Machine
- Naxçıvan Ensklopediyası (I cild səhifə 335)