Hacimurad Penahov - Wikipedia
Hacımurad Şirəli oğlu Pənahov (1911, Şağan, Bakı qəzası – oktyabr 1974, Bakı) — gəmi kapitanı, SSRİ Ali Sovetinin VII çağırış deputatı, uzaq səfərlərə çıxan ilk kapitanlardan biri.[1]
Hacımurad Pənahov | |
---|---|
Doğum tarixi | 1911 |
Doğum yeri | |
Vəfat tarixi | oktyabr 1974 |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Bakı Dənizçilik Texnikumu SSRİ Dəniz Donanması Nazirliyinin Akademiyası |
Mükafatları |
Həyat və fəaliyyəti
redaktəUzaq səfərlər kapitanı Hacımurad Şirəli oğlu Pənahov 1911-ci ildə Bakı şəhərinin Şağan kəndində anadan olub.
1936-cı ildə Bakı Dənizçilik Texnikumunu bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyinin Nəqliyyat donanmasında işləyib. Təşkilatçılıq qabiliyyəti, bacarığı və biliyi Hacımurad Şirəli oğlunu qısa müddətdə kapitanın üçüncü köməkçisindən kapitan vəzifəsinədək yüksəldib.
Böyük Vətən müharibəsinin ağır illərində "Sentrosoyuz" gəmisinin kapitanı olarkən H. Pənahovun ən yaxşı komandirlik keyfiyyətləri – heyəti monolit komandaya çevirmək, hər bir tapşırığı layiqincə yerinə yetirmək məharəti üz çıxıb.
1954-cü ildə SSRİ Dəniz Donanması Nazirliyinin Akademiyasını bitirən Hacımurad Pənahov Xəzər Dəniz Gəmiçiliyinin Dəniz üzgüçülüyü xidmətində məsləhətçi kapitan vəzifəsinə irəli çəkilib. O, onlarla gənc kapitan tərbiyə edib.
1961-ci ildə Bakı – Krasnovodsk (Türkmənbaşı) limanları arasında Avropada ən böyük gəmi-bərə keçidi açılarkən məhz Hacımurad Pənahov ən təcrübəli kapitan kimi gəmi-bərələrin ilki – "Sovet Azərbaycanı" dizel-elektroxodunun sükanı arxasına keçib. Onun səyi, işə yaradıcı münasibəti qısa müddətdə gəmi-bərənin istismarının mənimsənilməsinə kömək edib. O, gəmi-bərələrin səmərəli – sıxlaşdırılmış cədvəllə istifadə olunması təklifini irəli sürüb ki, bu da böyük iqtisadi fayda ilə nəticələnib.[1]
Hacımurad Pənahov uzaq səfərlərə çıxan ilk kapitanlardan olub, uzun müddət Qara dəniz və Aralıq dənizlndə üzən gəmilərimizin heyətlərinə başçılıq edib. Pənahov VII çağırış SSRİ Ali Sovetinin deputatı olub.[1]
Ailəsi
redaktəSənubər İsgəndərovanın dayısı, Pənahovlar sülaləsinin banisi, dörd övlad atası olub. Üç övladı ömrünü dənizlə bağlayıb.[1]
Vəfatı
redaktəHacımurad Şirəli oğlu Pənahov 1974-cü ilin oktyabrında 63 yaşında qəflətən vəfat edib.[1]
Mükafatları
redaktə- 1957 – "Dəniz Donanmasının fəxri işçisi" fəxri adı
- 1963 – Lenin ordeni
- 1971 – "Oktyabr inqilabı" ordeni
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb.[1]