Hacidsurenqiyn Bolormaa - Wikipedia
Hacidsurenqiyn Bolormaa (monq. Хажидсүрэнгийн Болормаа; d. 18 yanvar 1965, Ulan-Bator, Monqolustan) — Monqolustan Respublikasının birinci xanımı.[1]
Hacidsurenqiyn Bolormaa | |
---|---|
monq. Хажидсүрэнгийн Болормаа | |
| |
Doğum tarixi | |
Doğum yeri | Ulan-Bator, Monqolustan |
Həyat yoldaşı | Tsaxia Elbeqdorj |
Uşağı | 5 |
Fəaliyyəti | siyasətçi, mineraloq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHacidsurenqiyn Bolormaa 18 yanvar 1965-ci ildə Monqolustanın paytaxtı Ulan-Bator şəhərində anadan olmuşdur.[1]
Orta məktəbi doğma şəhərində bitirən xanım Bolormaa ali təhsilini SSRİ-dəki ali məktəblərin birində davam etdirmək qərarına gəlir. 1983-cü ildən 1988-ci ilə qədər Ukrayna SSR-də Lvov Dövlət Universitetinin Geologiya fakültəsində təhsil alır.[1]
Hacidsurenqiyn Bolormaa geoloq təhsili ilə kifayətlənməyərək 2005-ci ildə Virciniyadakı Milli Biznes və Texnologiya kollecində təhsil almışdır.[1]
Ailəsi
redaktəUkraynada tələbə olarkən o, Monqolustandan olan gənc - gələcək Prezident Tsaxia Elbeqdorjla tanış olmuşdur. Elbeqdorj o zaman müddətli hərbi xidmət keçərkən fərqləndiyinə görə onu Lvov Ali Hərbi-Siyasi Məktəbinə göndərmişdilər. Orada hərbi jurnalistika ixtisası üzrə təhsil alan Elbeqdorj qərib ölkədə rastlaşdığı həmvətəni Hacidsurenqiyn Bolormaa ilə tanış olduqdan sonra onların arasında isti münasibət yaranır. Bundan bir müddət sonra onlar evlənmək qərarına gəlirlər. Bu nikahdan onların 5 övladları dünyaya gəlmişdir. Cütlüyün ilk övladı da məhz Lvov şəhərində anadan olmuşdur.[1] 1988-ci ildə təhsillərini başa vurduqdan sonra onlar vətənlərinə – Monqolustana geri dönürlər.[1]
Prezident ailəsinin böyük övladı Eleqdorj elm sahəsini özünə prioritet seçib. O, ABŞ-nin Virciniya Universitetini bitirərək, kimyəvi tibb üzrə elmlər doktoru adını qazanıb. Daha sonra isə Monqolustana geri dönüb. Hazırda o, ölkəsində fəaliyyət göstərən özəl farmasevtik kompaniyasına rəhbərlik edir.[1]
Ailənin ikinci oğlu Erden isə Monqolustan Silahlı Qüvvələrində hərbi xidmət keçir. 2013-cü ilin martından o, Birləşmiş Millətlər Təşkilatının Sudandakı sülhməramlı kontingentində xidmət aparır.[1]
2009-cu il mayın 24-də Tsaxia Elbeqdorj Monqolustan Demokratik Partiyasının nümayəndəsi kimi ölkə prezidenti seçilir. 2013-cü ilin iyun ayında Saxiaqiyn Elbeqdorj ikinci dəfə Monqolustan prezidenti seçilib. Nəticədə Hacidsurenqiyn Bolormaa da ikinci dəfə - daha 4 il ölkənin birinci ledisi titulunu daşımaq hüququ əldə edib.[1]
Birlikdə Ukraynaya rəsmi səfər
redaktəTanış olub evləndikdən illər sonra - 2011-ci ilin iyununda Tsaxia Elbeqdorj artıq Monqolustan prezidenti kimi həyat yoldaşı ilə birlikdə Ukraynaya rəsmi səfərə gəlir. Ukrayna prezidenti Viktor Yanukoviçlə və digər ukraynalı rəsmilərlə görüşlər keçirilsə də, monqol cütlüyün tələbəlik illərini keçirdikləri Lvov şəhərinə səfərləri daha davamlı olur. Lvov şəhərini həmişə sevgi ilə xatırladığını bildirən monqol prezident və xanımı illər əvvəl təhsil aldıqları ali məktəblərdə qrup yoldaşları ilə də görüşlər keçiriblər. Monqolustan prezidenti vaxtilə təhsil aldığı Lvov Quru Qoşunları Akademiyasında mətbuat konfransı keçirərək Ukraynadakı tələbəlik illəri, xüsusən xanımı Bolormaa ilə tanış olmaları barədə ətraflı danışaraq belə demişdir:
"Mən gələcək həyat yoldaşımı ilk dəfə "Danko" klubunda gördüm. Cəmi üç il sonra bizim oğlumuz doğuldu. Mənim yadıma gəlir necə mən gecə vaxtı dostlarım yatarkən, 2 nömrəli tramvayla onun qaldığı yataqxanaya gedərdim. Səhər çağı isə ordan birbaşa dərslərə gedirdim".[1]
İctimai fəaliyyəti
redaktəTsaxia Elbeqdorjun prezidentliyi dövründə Monqolustanın müsbətə doğru dəyişməsində birinci xanım Hacidsurenqiyn Bolormaanın da xüsusi rolu var. Birinci ledi kimi Bolormaa ölkədə geniş yayılan xərçəng xəstəliyinə qarşı mübarizəyə başlamışdır. Bu məqsədlə "Ümid - Monqolustan Xərçəngdən Azad" milli fondunu təsis edən xanım Bolormaa onkoloji xəstələrə hərtərəfli yadım ayırır. Xüsusən Monqolustanda geniş yayılan ağciyər və mədə xərçəngi xəstəliklərinə yoluxanların sayı azalır. Qeyri-sağlam qidalanma, alkoqol və stressdən əziyyət çəkən monqol əhaliyə yardım məqsədilə profilaktik yardımlar edilir.[1]
Hacidsurenqiyn Bolormaa xüsusən monqol uşaqlarının sosial müdafiəsinin gücləndirilməsi üçün müəyyən addımlar atmışdır. Şəxsən özü nümunə olaraq qayğısız böyüyən bir neçə uşağı övladlığa götürmüşdür. Hazırda Monqolustan prezidentinin ailəsində 30 uşaq böyüyür. Onların 5-ni birinci xanım dünyaya gətiribsə, 25-ni isə prezident və həyat yoldaşı tərəfindən övladlığa götürülmüş monqol uşaqlardır.[1]
Bolormaa rəhbəri olduğu fondların köməyi ilə daha 300 uşağın da ehtiyaclarını ödəyir. Bundan əlavə, 1999-cu ildən başlayaraq ABŞ-nin Monqolustandakı səfiri Con La Portanın təşəbbüsü ilə kimsəsiz monqol uşaqlarının amerikalı ailələrə övladlığa verilməsi proqramı başlayıb.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə- Тэргүүн хатагтай Х.Болормаа танд төрсөн өдрийн мэнд хүргэе! Arxivləşdirilib 2017-10-14 at the Wayback Machine emegteichuud.mn, 18.01.2014 (monq.)