Hakan Fidan - Wikipedia
Hakan Fidan (17 iyul 1968, Ankara) — kürdəsilli Türkiyə hərbçisi, bürokrat, Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri (2010–2023), Xarici İşlər Naziri (2023-cü ildən).
Hakan Fidan | |
---|---|
türk. Hakan Fidan | |
Vəzifədədir | |
3 iyun 2023-cü ildən | |
Əvvəlki | Mövlud Çavuşoğlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 iyul 1968 (56 yaş) |
Doğum yeri | |
Milliyyəti | türk |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | əsgər, dövlət rəsmisi, diplomat, kəşfiyyatçı |
Uşağı | 3[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və karyerası
redaktəAta tərəfdən vartolu kürddür,[2] və kürd Həsənan tayfasının bir üzvü.[3]
1986-dan 2001-ə qədər Türkiyə Silahlı Qüvvələrində ehtiyat zabit olaraq çalışmışdır. Hərbçi peşəsini öz istəyiylə buraxan Fidan, ABŞ-nın Merilend Universitetindən İdarəetmə və Politologiya sahəsində bakalavr dərəcəsi almışdır. Bilkənt Universitetində "Xarici Siyasətdə Kəşfiyyatın Yeri" adlı tezisiylə magistr dərəcəsi almışdır. Eyni universitetdə 2006-da da "Məlumat Əsrində Diplomatiya: Müqavilələrin Təsdiqlənməsində İnformasiya Texnologiyalarının İstifadəsi" başlıqlı tezis ilə doktorluq müdafiə etdi. Viyanada Beynəlxalq Atom Enerjisi Təşkilatında, Cenevredə Birləşmiş Millətlər Silahsızlanma İnstitutunda və Londonda Verification Technologies Research Centerdə akademik işlərini davam etdirdi. Hacəttəpə və Bilkənt universitetlərində elmi fəaliyyətlə məşğul olmuşdur. Almaniyadakı NATO Çevik Reaksiya Korpusunun Qərargahında da çalışan Fidan, 2001-dən etibarən iki il Avstraliyanın Türkiyə Səfirliyində Baş Siyasi və İqtisadi Məsləhətçi vəzifəsində çalışmışdır. 2003-də Baş nazirlik nəzdindəki Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başçısı təyin edildi.
14 noyabr 2007-də Baş nazirin məsləhətçisi vəzifəsinə gələn Hakan Fidan, 2008-ci il noyabr ayında Beynəlxalq Atom Enerjisi Təşkilatı İdarə heyəti üzvlüyünə təyin edildi. 8 mart 2008-də Beynəlxalq Əhməd Yəsəvi Universiteti qəyyumluq heyəti üzvü oldu və bu vəzifəsindən fevral 2011-də istefa etdi. 17 aprel 2009-da Milli İstihbarat Təşkilatı rəhbərinin köməkçisi vəzifəsinə gətirildi. Əmrə Tanerin vəzifə müddətinin bitməsinin ardından, 25 may 2010-cu il tarixində MİT rəhbəri vəzifəsinə təyin edildi.
7 fevral 2012-ci il tarixində Baş prokuror Sədrəddin Sarıkaya tərəfindən, KCK əməliyyatı çərçivəsində şübhəli sifətiylə ifadəyə çağırıldı. Bunun üzərinə Dövlət Kəşfiyyat Xidmətləri və Milli İstihbarat Təşkilatı Qanununun 26. maddəsində dəyişiklik edilərək MİT mənsublarının və ya xüsusi bir vəzifə icra etmək üzrə Baş nazir tərəfindən vəzifələndirilən şəxslərin vəzifənin xüsusiyyətindən doğan və vəzifəsinin icrası əsnasında işlədikləri iddia edilən cinayətlər səbəbiylə haqqlarında istintaq aparılması baş nazirin icazəsinə bağlanmışdır. Xatırlanan dəyişiklik mediada "Hakan Fidan qurtarma təklifi" olaraq bilinmişdir.
İstinadlar
redaktə- ↑ https://www.internethaber.com/iste-hakan-fidanin-sir-dolu-yasami-764871h.htm.
- ↑ Akin, Ezgi. "Who is Hakan Fidan, Turkey's new foreign minister with spy powers?". Al-Monitor. 4 June 2023. 5 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2023.
[...] Fidan, whose father is an ethnic Kurd [...]
- ↑ "İlk kez duyacaksınız! Hakan Fidan'ın aşiretinin 2. Abdülhamid ile bağlantısı ve Osmanlı paşası akrabaları". m.yeniakit.com.tr. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.