Hakaru Hasimoto - Wikipedia
Hakaru Haşimoto (橋本 策, Haşimoto Hakaru; * 1881 Midai (indiki: İqa) Mie prefekturası; † 1934) – yapon patoloqanatomu və cərrahı, ilk dəfə olaraq autoimmun tireoidit xəstəliyini aşkar etmişdir. Hal-hazırda bu xəstəlik onun şərəfinə Haşimoto uru adlandırılmışdır. Haşimoto həkim ailəsində dünyaya gəlmiş, dindar buddist olmuşdur. O, 53 yaşında qarın yatalağından vəfat etmişdir.
Hakaru Haşimoto | |
---|---|
橋本策 | |
| |
Doğum tarixi | |
Doğum yeri | Yaponiya, Midai (indiki:İqa), Mie prefekturası |
Vəfat tarixi | |
Vəfat yeri | Yaponiya |
Vəfat səbəbi | tif qızdırması[d] |
Vətəndaşlığı | Yaponiya |
Elm sahəsi | Tibb |
Elmi dərəcəsi | Doktor |
İş yeri | Hayari Miyakenin rəhbərlik etdiyi cərrahiyyə klinikasında |
Alma-mater | Kyüşü universiteti |
Təhsili | ali |
Elmi rəhbəri | Hayari Miyaken |
Tanınır | Autoimmun tireoidit xəstəliyini aşkar etmişdir, xəstəlik onun şərəfinə Haşimoto uru adlandırılmışdır. |
Vikianbarda əlaqəli mediafayllar |
Təhsili və elmi fəaliyyəti
redaktəHaşimoto 1903–1907-ci illərdə Fukuokada Kyuşu Universitetində təhsil almış və oranı müvəffəqiyyətlə başa vurmuşdur. 1908–1912 ci illərdə professor Hayari Miyakenin rəhbərliyi altında cərrahiyyə klinikasında fəaliyyət göstərmişdir. 1912-ci ildə "lat. Struma limfamatosa" adı altında dissertasiya müdafiə edir. Dissertasiyasında o, qalxanabənzər vəzin sonralar onun şərəfinə adlandırılmış Haşimoto uru xəstəliyinin 4 histoloji xarakteristikasını təsvir etmişdir:
- Diffuz limfositar infiltrasiya,
- Limfoid follikul əmələgəlmə,
- Epitel hüceyrələrin dağılması,
- Fibroz toxuma proliferasiyası.
Haşimoto dissertasiyasını Berlində "Archiv für klinische Chirurgie" ("Klinik Cərrahiyyə Arxivi") jurnalında dərc etdirərkən öz vətənində hələ tanınmırdı. Bir müddət Berlin, Qöttingen və Londonda qaldıqdan sonra atasının vəfatı və Birinci Dünya müharibəsinin başlanması səbəbindən Yaponiyaya qayıdır və orada visseral cərrah kimi fəaliyyət göstərir.
Xatirəsi
redaktəHakaru Haşimotonun təhsil aldığı Kyuşu Universiteti Maidashi kampusundakı yolu bu cərrah-alimin şərəfinə adlandırıb.
Mənbələr
redaktə- Sawin CT: The heritage of Dr. Hakaru Hashimoto (1881-1934).[ölü keçid] Endocr J. 2002 Aug;49(4):399-403. PMID 12402970
- Amino N, Tada H, Hidaka Y, Hashimoto K: Hashimoto's disease and Dr. Hakaru Hashimoto.[ölü keçid] Endocr J. 2002 Aug;49(4):393-7. PMID 12402969
Xarici keçidlər
redaktə- Die Geschichte der Schilddrüsenmedizin Arxivləşdirilib 2010-06-24 at the Wayback Machine
- Hakaru Hashimoto - www.whonamedit.com