Halfdan Hvitserk - Wikipedia
Halfdan Hvitserk - Wikipedia - Haqqında Məlumat
Halfdan Hvitserk — Raqnar Lodbrokun oğullarından biri, Yorvik krallığının qurucusu.
Halfdan Hvitserk | |
---|---|
Halvdan Ragnarsson norv. Halvdan Kvitserk | |
Yorvik krallığının I kralı | |
875 – 877 | |
Sonrakı | Qutred |
Şəxsi məlumatlar | |
Doğum tarixi | IX əsr |
Doğum yeri | |
Vəfat tarixi | |
Fəaliyyəti | hərbi lider[d], rəhbər |
Atası | Raqnar Lodbrok |
Anası | Aslauq |
Ailəsi | Munsyö sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəÖncəki həyatı haqqında az şey məlumdur. 865-ci ildə Şərqi Anqliya krallığını işğal etmiş, qardaşları ilə birlikdə York şəhərini tutmuşdur. Ridinqin ələ keçirilməsində müstəsna rol oynamış, Böyük Alfredi məğlub etmişdir[1]. Lakin 4 gün sonra Ashdown döyüşündə məğlub olmuşdur. 871-872-ci illərdə London şəhərini ələ keçirən Halfdan öz adından pul tökdürməyə başlamışdı. 875-ci ildə Nortumbriya krallığını işğal etmiş, onun yerinə Yorvik krallığını qurmuşdur. Həddən artıq qəddar olması onun əhali tərəfindən sürgün edilməsinə şərait yaratmışdır. 877-ci ildə bir döyüşdə öldürülmüşdür[2].
İstinadlar
redaktə- ↑ Crofton, Ian (2006). The Kings & Queens of England. Quercus Publishing. p. 9. ISBN 9781847246288.
- ↑ Raqnar Lodbrok saqası (Norveçcə)[ölü keçid]