Halkbank - Wikipedia
Halkbank — Türkiyədə fəaliyyət göstərən dövlət bankı.
Halkbank | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Anonim şirkət[d] |
Sənaye | Bank |
Məhsulu | Maliyyə xidmətləri |
Təsis tarixi | 1938 |
Baş qərargahın yeri | Ataşəhər, İstanbul |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər | 457.0 Milyard Türk lirəsi (2019)[1] |
Ümumi gəliri | 13.4 milyard Türk lirəsi (2019)[2] |
Xalis mənfəəti | 1.7 Milyard Türk lirəsi (2019)[2] |
Əməliyyat mənfəəti | 2.0 Milyard Türk lirəsi (2019)[2] |
Struktur | |
İşçi sayı | 18,967 nəfər (2019)[3] |
Rəhbərlik | |
Rəhbərlik |
Rəcəb Süleyman Özdil (Rəhbər) Osman Arslan (Baş Direktor) |
halkbank.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəHalkbank 1933-cü ildə qurulmuş və 1938-ci ildən başlayaraq xidmətə başlamışdır[4]. 1938-1950-ci illər arasında, Türkiyədə iqtisadi böyüməyə dəstək olmaq üçun kiçik sahibkarlara kredit verən bir kredit ittifaqı kimi fəaliyyət göstərmişdir.
1950-ci ildə yeni filiallarını açmağa və digər müştərilərə də kreditlər verməyə başlayır. 1964-cü ildə Halkbank, kapitalının artırılması və Türkiyənin bütün ərazilərini əhatə edəcək ümummilli filial şəbəkəsi yaradacaq bir layihəyə başlayır.
Halkbank ötən əsrin 90-cı illərinin sonlarından etibarən bir neçə kiçik dövlət banklarının satınalmasını həyata keçirmişdir(1992-ci ildə Töbank, 1993-cü ildə Sümerbank, 1998-ci ildə Etibank və 2001-ci ildə Emlakbank). Halkbank üçün ən böyük dönüş nöqtələrindən biri, 2004-cü ildə "Pamukbank"ın aksiyalarının alınmasıdır[5]. Bundan sonra özəlləşdirməyə hazırlaşmaq üçün əhəmiyyətli bir yenidənqurma prosesi keçirilmişdir.
10 May 2007-ci il tarixində Halkbank səhmlərinin 24.98 faizi İstanbul Fond Birjasına çıxarılmış və satılmışdır. 16 Noyabr 2012 tarixində satılmış səhmlərin faizi 48.9-a yüksəlmişdir.[6]
2016-cı ildə bankın toplam ǝmanǝt miqdarı 130,5 milyard lirəyə yüksəlir və 2016-ci ilin ilk yarısında toplam kreditlərinin mǝblǝği 183,4 milyard , ǝldǝ etdiyi xalis gǝlir isǝ 1 milyard 566 milyon lirə tǝşkil edir[7].
Halkbankın baş ofisi 2015-ci ilin iyun ayında Ankaradan İstanbula köçürülmüşdür.
İstinadlar
redaktə- ↑ Halkbank Annual Report, 2019. səh. 4
- ↑ 1 2 3 Halkbank Annual Report, 2019. səh. 149
- ↑ Halkbank Annual Report, 2019. səh. 5
- ↑ https://web.archive.org/web/20180524152148/https://www.dunya.com/kose-yazisi/halk-bankasi-80-yasinda/416783
- ↑ "Arxivlənmiş surət". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
- ↑ "Halkbank In Brief" Arxivləşdirilib 2020-04-12 at the Wayback Machine Retrieved 2020-04-12.
- ↑ "Arxivlənmiş surət". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.