Hamburger - Wikipedia
Hamburger — kəsilmiş və doğranmış kotletdən və bulkudan ibarət olan sendviç növü.
Tarixi
redaktəABŞ mətbəxinin ayrılmaz tərkib hissəsi olan hamburger ilk dəfə Amerikada kəşf olunmayıb — buna bənzər yeməklər artıq Asiya və Avropa kulinar ənənələrində mövcud idi. Monqol tayfalarını isə bu fəstfud simvolunun təsisçiləri kimi hesab etmək olar — məhz onlar həmişə uzun yollar qət etməklə qiymə hazırlamağı öyrənmiş və onu çiy dadmışlar. Bu nemət Qızıl Ordaya mənsub olan torpaqlarda sürətlə yayılmaqda idi. Orta əsirlərdə Avropa mətbəxində qiymə çox nadir tapıntı idi, ümumiyyətlə ətin özü yalnız zadəganlara mənsub idi. O vaxtın kulinar kitablarında ətin əzilməsi haqqında çox az məlumat var idi — bunu əsasən kolbasa istehsalında edirdilər. Bəzi məlumatlara görə, vəhşi "tatar" resepti məhz XVII əsirdə rus gəmiləri vasitəsi ilə Avropanın liman şəhəri olan Hamburqda peyda olmuşdur. Bu yeməyi hətta indiyə qədər bir çox avropa restoranlarında "Tatar bifşteksi" (Steak tartare)[1] adı ilə tapmaq mümkündü. XIX əsrin ilk yarısına qədər Hamburq Avropanın ən böyük transatlantik limanlarından biri hesab edilirdi. Amerikaya yol tutan bir çox emiqrantlar məhz Hamburq limanından oraya yola düşürdülər. Amerikada, əsasən Nyu-Yorkda, yerli kiçik restoranlarda, alman gəmiçilərini cəlb etmək üçün "Hamburq sayağı steyklər" əmələ gəlməyə başlamışdı və nəticədə geniş yayılmışdır. Hazırkı kimi o yemək əsasən çiy (hərdən isə yarı hisə verilmiş) qiymədən, yanında isə soğan, ədviyyatlar, çörək qırıntıları və çiy yumurtadan ibarət idi. Bəs kimin ağlına ilk olaraq o kotleti bişirib bulkunun arasına qoymaq fikri gəlib — bizlər üçün hələ də sualdır. Amma müəyyən olunub ki, artıq 1904 ildə Sent-Luis yarmarkasında, bizim bu günlərdə hamburqer dediyimiz yeməyə çox bənzər yemək satılmaqda idi[2].
Növləri
redaktə- Çizburger (ing. cheeseburger, cheese sözündən— pendir)
- Fişburger (ing. fish — balıq)
- Çikenburger (ing. chicken — cücə)
- Verciburger
Luther Burger Amerika üslubunda qızardılmış şəkərli xəmir (Ponçik) üzərində çizburger.[3]
İstinadlar
redaktə- ↑ "Tatar biftiyi" necə "hamburger" oldu?[ölü keçid]
- ↑ "Hamburger hazırlanmasının qızıl qaydaları / İstipress". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
- ↑ "Arxivlənmiş surət". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-01.
Ədəbiyyat
redaktə- Barber, Katherine, editor (2004). The Canadian Oxford Dictionary, second edition. Toronto, Oxford University Press. ISBN 0-19-541816-6.
- Edge, John T. Hamburgers & Fries : an American Story. G.P. Putnam's Sons. 2005. ISBN 0-399-15274-1. History and origins of the hamburger
- Trage,. The Food Chronology: A Food Lover's Compendium of Events and Anecdotes, From Prehistory to the Present. Owl Books. 1997. ISBN 0-8050-5247-X.
- Allen, Beth. Great American classics Cookbook. Hearst Books. 2004. ISBN 1-58816-280-X.
- Smith, Andrew. Hamburger: A Global History. Reaktion Books. 2008. səh. 128. ISBN 978-1-86189-390-1.