Han Lue - Wikipedia
Han Lue və ya Han Seoul-Oh — Forsaj franşizasından Sunq Kanqın canlandırdığı uydurma personaj.
Han Lue | |
---|---|
Forsaj personajı | |
İlk görünmə | Bəxtin bəlkə sabah gətirər (2002) |
Son görünmə | Forsaj 10 (2023) |
Canlandıran | Sunq Kanq |
Komanda üzvləri |
Dominik Toretto Letti Ortiz Rico Santos Tego Leo Gisele Yaşar (öldü) Brian Okonner Roman Pirs Tej Parker Vins (öldü) Luk Hobbs Şon Bosvell |
Məlumat | |
Cinsi | kişi[d] |
Peşə | Küçə yarışçısı |
Əlaqələri | Gisele Yaşar |
Han Lue, Cənubi Koreya əsilli amerikalı küçə yarışçısıdır. Han ilk dəfə 2002-ci il istehsalı "Bəxtin bəlkə sabah gətirər" filmində çıxış etmiş və son olaraq Forsaj 10-da görünmüşdür. Yaxın dostu Dominik Toretto ilə iş birliyi yaratmış və öz aralarında bir qrup qurmuşdular. Forsaj 4-də Dominik Toretto ilə birlikdə yanacaq tankerini oğurlamışdılar. Han Lue seriyanın növbəti filmlərində iştirak etsə də, hadisələrdən daha sonra baş vermiş, lakin digər filmlərdən daha əvvəl yayımlanmış Forsaj 3: Tokio drifti filmində ABŞ-dən küçə yarışlarına görə uzaqlaşdırılmış Şon Bosvell adlı şəxsə yardım etmişdi. Forsaj 3: Tokio drifti filmində köhnə dostu Takaşi ilə Tokio küçələrində avtomobil qaçdı-tutdusundan sonra Han Dekard Şovun maşını ilə toqquşub. Maşından düşən Dekard Hanın avtomobilini alova verərək partladır. Hanın öldüyünü düşünən Dominik Dekardan qisas almaq üçün onu təqib edir və həbsxanaya göndərir. Forsaj 9 filmində məlum olur ki, Han həmin qəzada ölməyib.
Həyatı
redaktəHan Seoul-Oh ABŞ-də doğulub boya-başa çatmışdı. Cara Mirtha böyüdükdən sonra onun ilk sevgilisi olmuşdur. Bundan əlavə, Han kiçik yaşlarından bəri siqaret çəkməyə vərdiş etmişdi. Əllərini bu vərdişdən yayındırmaq üçün həmişə bir şeylər yeyirdi.
Dominik ilə tanış olması
redaktəHan bir müddət Meksikanın Baja şəhərinə yaşamışdır. Burada küçə yarışlarının təşkil olunduğu yerlərdən birində ilk dəfə Dominik Toretto görüşmüşdür. Bu görüşdən sonra Dom və Han ortaqlıq qurdular.
Bu ortaqlıq külli miqdarda pul gətirən təhlükəli cinayətlərlə dolu idi. Yanacaqla dolu tankerin oğurlanması, Rioda varlı birinin bank seyfini oğurlamaq kimi. Han Seul-Oh, Dominik və komandasından ayrıldıqdan sonra Tokioya getmişdir.
Tokio drifti
redaktəBöyük Rio Soyğunundan sonra komandadakı hər kəs milyonçu oldu və arzularını reallaşdırmağa başlamışdı. Hanın arzusu Tokioda yerləşmək idi. İkinci və sonuncu sevgilisi olan Gisele Yasharın təyyarədən düşərək ölməsindən sonra Han, Tokioya gələrək burada investisiya qoymağa başladı və bölgədəki ən böyük Yakuza olan Kamatanın bölgəsində işləməyə başladı. Ayrıca olaraq Kamatanın qardaşı oğlu olan Takashi ilə də dost münasibətlər yaradaraq onunla ortaqlıq yaratdı. Takashi və Han, Tokiodakı drift yarışlarında müntəzəm sürətdə görünürdülər. Kamatanın qardaşı oğlu Takashi, Tokio küçələrində Drift Kralı olmuş və qapalı avtopark yerlərində təşkil edilən drift yarışlarında Han və yaxın dostu Morimoto ilə birlikdə yarışırdılar. Soyğunçuluqdan qazandığı pulla Han, Tokioda Drift Dünyasının Mona Lizası adlandırdığı Nissan Silvia S15 markalı avtomobilini yaratmışdı. Bu maşına xarici modifikasiya, daxili modifikasiya, gücləndirilmiş pistonlar, Nitro Oksid sistemi ilə külli miqdarda pullar xərclənmişdir. Digər bir avtomobili isə Mazda RX-7-dir. Bu maşın Hanın əsas maşınıdır və Veilside şirkəti tərəfindən istehsal olunan Fortune avtomobilidir.
Yaponiyaya yeni gələn Sean Boswell, Amerikada küçə yarışlarında iştirak edən, maşın sürməyi sevən bir yeniyetmədir. ABŞ-dakı cinayətlərinə və yol hərəkəti qaydalarını həddindən artıq çox pozmasına görə anası tərəfindən Tokioya getməyə məcbur edilmişdir. Sean məktəbə davam edir və burada Twinkie ilə tanış olaraq drift yarışlarında iştirak edir. Sean Amerikada drift edilmədiyinə görə necə drift efəcəyini bilmir. Burada o, məktəbdən tanış olduğu Neela ilə görüşür və bu işi Yakuzanın qardaşı oğlu Takaşi bəyənmir və onların arasında mübahisə yaranır və iş sonda drift yarışına çevrilir, lakin Seanın avtomobili olmur. Han Seanın necə yarışacağını bilmək üçün Nissan Silvia S15 maşınının açarlarını Seana verir. Sean drifti bilmirdi, buna görə qəzaya uğrayır və yarışı D.K qazanır. Han Seana şəhəri tərk etməməyi tapşırır. Ertəsi gün məktəbdən sonra Seanı götürüb gəzməyə gedirlər ve dost olurlar. Han Seana müəllimlik edir və ona necə drift edəcəyini öyrədir. Sean Boswell Tokioda ilk avtomobilini Han tərəfindən qazanır. Han Seana Mitsubishi Lancer Evo markalı maşın hədiyyə edir. Hər gün Han Yakuza Kamatanın və qardaşı oğlu Takaşinin pullarını gizli şəkildə oğurlayırdı. Kamata bunu öyrəndi və vəziyyəti izah etmək üçün qardaşı oğlunun barına getdi. Takashi Han Luenin qarajına basqın edir və Hana silah qaldırır. Bir hərəkətlə, Twinkie Hanı vəziyyətdən qurtarır və Tokio küçələrində bir avtomobil təqibi başlayır. Bu vaxt Dominik Torettonun düşmənlərindən olan Ouen Şounun (Owen Shaw) qardaşı Deckard Shaw, Domdan qisas almaq üçün komandasının üzvlərini öldürməyə başlayır. Tokio küçələrində ən son model 4 modifikasiya edilmiş avtomobil bir-birini təqib edərkən polislər radiolar vasitəsilə qruplara yarış haqqında məlumat bildirirlər, Deckard bu elanı öz avtomobilindəki radio vasitəsilə eşidir və Hanın avtomobilinin haradan hərəkət etdiyinə diqqət edərək yolun sağ tərəfindən hərəkət edərək Mazda RX-7 markalı avtomobilin sürətli və düz getdiyi yolda ona çırpılır. Toqquşmadan sonra maşın bir neçə metr sürüklənir, Hanın idarə etdiyi avtomobil tərsinə çevrilərək yanacaq sızdırmağa başlayır. Avtomobilin içində sıxışmış vəziyyətdə qalan Han avtomobildən çıxmağı bacarmır və yanacağın alov alması ilə yanaraq öldüyü güman edilib.