Haput - Wikipedia
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd.
Haput | |
---|---|
41°08′40″ şm. e. 48°12′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 505 (2009) nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBaş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi.[1]
Toponimikası
redaktəHaput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik tayfa olan haputlular Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Azərbaycan dilinin dialektlərində həm hapıtdı, həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir.[2]Haputlular < Hər> taryfasının nümayəndələridi. Qədim Alban tayfaları olan qırızlılar, əliklilər ,ceklilər ,yergüclülər, haputlura hərəd ,Haput kəndinə isə Hərə kum (haputluların kəndi ) deyirlər [3]
Əhalisi
redaktəKəndin əhalisinin etnik tərkibini "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən haputlular təşkil edir. Haputlular Azərbaycanın milli etnik nümayəndələridir. Haputlularin ana dili haput dilidir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 505 nəfər əhali yaşayır.[4] 2016-cı ilin dekabr ayına olan məlumata görə Haput kəndində 95 ev var.[5].
Əhalinin məşquliyyəti 1950 illərə qədər əkinçilikə olmuşdur. Sonradan heyvandarlıq kalxozları yaradılmışdır. Hal hazırda kənd əhalisi heyvandarlıqla məşğuldur.
Təhsili
redaktə- Kənddə ibtidai məktəb fəaliyyət göstərir.
İqtisadiyyatı
redaktəKənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqdа, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.
İstinadlar
redaktə- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.223.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ "Azərbaycan Milli Kitabxanası". www.millikitabxana.az. 2024-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ Qudyalçay donub - Fotolar Arxivləşdirilib 2016-12-27 at the Wayback Machine. qafqazinfo.az, 23.12.2016 (az.)
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |