Haputlular - Wikipedia
Haputlular, haputlar[1][2] və ya hapıtlar[3] — Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid xalq.[4] Əsasən Azərbaycanda, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Hapıtlı[5] və Mollaisaqlı kəndlərində məskunlaşmışlar. Füzuli rayonunun Saracıq kəndində də gəlmə tayfalardan biri hapıtlılardır[6].
Ümumi sayı | |||
---|---|---|---|
5000 nəfərdən çox | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Qafqaz dil ailəsinə mənsub haput dilində danışırlar.[7] Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar.[8] Dinləri islam dinidir. 1880-ci illərə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilirmişdir.[9][10]
İstinadlar
redaktə- ↑ "Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 12". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
- ↑ "Azad Nəbiyev. Azərbaycan aşıq məktəbləri. Bakı. 2004". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-01.
- ↑ "Azsaylı xalqlar: hapıtlar. xalqcebhesi.az". 2011-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
- ↑ "Uğur. Azsaylı xalqlar: haputlar. "Xalq cəbhəsi" qəzeti. 28 yanvar 2011, № 16 (2184), s. 11". 2011-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
- ↑ Azərbaycanın əsrarəngiz təbiət abidələri: İsmayıllı rayonu Arxivləşdirilib 2021-05-10 at the Wayback Machine (az.)
- ↑ Ənvər Çingizoğlu. Saracıq kəndi. "Soy" dərgisi, 7 (15), 2008. səh.116.
- ↑ Azərbaycanın müasir etnik palitrası Arxivləşdirilib 2011-10-07 at the Wayback Machine (az.)
- ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку: Изд. АН АзССР, 1986[ölü keçid]
- ↑ İmaməddin Zəkiyev. "Naməlum xınalıqlı alimlər". "Ədəbiyyat" qəzeti Arxivləşdirilib 2012-03-08 at the Wayback Machine (az.)
- ↑ H. Həvilov. Azərbaycan etnoqrafiyası. Bakı. Elm. 1991. səh. 40
Xarici keçidlər
redaktə- Azərbaycan Xalq Cəbhəsi qəzeti : Azsaylı xalqlar: hapıtlar Arxivləşdirilib 2011-10-12 at the Wayback Machine
- Хапутлинцы. www.terra.su (rus.)
- Большая Энциклопедия в 62 томах: Хапутлинцы Arxivləşdirilib 2011-08-27 at Archive.today (rus.)
- Российский Этнографический музей: Толковый словарь: Хапутцы Arxivləşdirilib 2007-08-16 at the Wayback Machine (rus.)
- Qudyalçay (film, 2001)
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |