Harayci Qu Qusu - Wikipedia
Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Harayçı qu quşu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Dəstəüstü: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Harayçı qu quşu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir.
Statusu
redaktəAdi saylıdır.
Qısa təsviri
redaktəFısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır. Dimdiyinin sarı hissəsi üçbucaq formalı qara rəngə daxil olur; qara və sarı rənglərin birləşməsi iti bucaq əmələ gətirir. Cavan quşun dimdiyi çəhrayıdır, yalnız ucu qaradır.
Yayılması
redaktəReproduktiv arealı Avropa və Asiyada yerləşib. Azərbaycana qışlamaq üçün gəlir və buradan keçən miqrant populyasiyası da var. Əsas qışlama yeri Xəzər dənizi və düzənlik rayonlarda olan böyük hövzələrdir. Adətən dekabr ayında gəlir, fevralda-martda reproduksiya yerinə (vətəninə) qayıdır. Amma qalın qarlı-şaxtalı illərdə ləngiyib aprel ayına qədər qalır, hətta populyasiyasının müəyyən qədəri qırılır.
Yaşayış yeri və həyat tərzi
redaktəRuhani mədəniyyətli yerli əhali qulələk cinsinə (Cygnus) "Məlakə" adı verib. Azərbaycanda tək-tək ovçulardan savayı heç kim bu quşa atəş açmır. Ona görə də populyasiyanın sıxlığı dinamik-stabil qalır.
Məhdudlaşdırıcı amillər
redaktəQışın uzun müddət qarlı-şaxtalı keçməsi, Rusiyada daha çox sərt olması.
Əhali üçün əhəmiyyəti
redaktəElmi, estetik və dekorativ əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması qadağandır. Ramsar, Bern konvensiyalarına və AEWA sazişinə daxildir. Şirvan, Ağgöl və Abşeron milli parklarında, Qızılağac Dövlət Təbiət Qoruğunda nəzarət altında saxlanılır.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəEkoloji qanunçuluğa tam riayət olunması, qış sərt keçən vaxtlarda əsas qışlaq yerlərində əlavə yemləndirilməsi.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3