Harvard Universiteti - Wikipedia
Harvard Universiteti (ing. Harvard University) — ABŞ-nin və dünyanın ən məşhur universitetlərindən biri. Əsası 1636-cı ilin 8 sentyabrında qoyulmuşdur. Universitetin əsas kapitalı 34,9 milyard ABŞ dollarıdır.
Harvard Universiteti | |
---|---|
Harvard University | |
42°22′28″ şm. e. 71°07′00″ q. u.HGYO | |
Şüar |
Veritas (Həqiqət) |
Əsası qoyulub | 8 sentyabr 1636 |
Tip | özəl |
Prezident | Faust,Dryu Cilpin |
Tələbə sayı | 6650 |
Şəhər | Kembric |
Ölkə | |
Universitet şəhərciyi |
Şəhər 154 hektar |
Sayt | harvard.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə- Harvard Universiteti ABŞ-nin ən qədim ali təhsil ocağıdır. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. Devizi — Həqiqət (Veritas), simvolu tünd qırmızı rəngdir.
- Universitet müstəmləkəçilərın Amerika qitəsinə gəlişindən 16 il sonra — 8 sentyabr 1636-cı ildə yaradılıb. Universitetin tarixi Massaçusets vilayəti Ali Məhkəməsinin qərarı ilə kollecin yaradılmasından başlayır.
- Kollec ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Övladları olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib. 1639-cu ildə kollec minnətdarlıq hissi ilə Harvardın adı ilə adlandırılıb. Sonradan bu kitabxana qitənin ikinci kütləvi kitabxanasına çevrilib (birinci yezuitlər ordeni monastırının kitabxanası idi).
- 1643-cü ilə aid bir mənbədə Harvard Universitetinin məqsədi belə açıqlanıb: "Bilik axtarışı və onların gələcək nəslə ötürülməsi naminə! Bu yoldan qorxub çəkinənlər isə qoy cahilcəsinə kilsənin möcüzələrinə ümid bağlasınlar".
- XIX əsrin ilk rübündə kollecin universitetə çevrilməsi prosesi baş verir. Bu zamana qədər orada incil, müxtəlif dillər və riyaziyyat öyrədilirdi. Kollecin universitet statusu alması burada tibb (1810) və hüquq (1817) elmlərinin tədris edilməsi ilə bağlıdır.
- Harvardın ilk buraxılışı 9 nəfər olub. Onlar bir müəllimdən fəlsəfə elmlərinin çoxluq təşkil etdiyi ingilis universitetlərinin proqramına uyğun olaraq dərs almışdılar.
- Hazırda universitetin bir neçə muzeyi var. Onlardan botanika (şüşə bitkiləri kolleksiyası ilə), müqayisəli zoologiya, geologiya və mineralogiya, arxeologiya və etnologiya (burada mayya və asteklərin həyatları haqqında geniş məlumat əldə etmək mümkündür) muzeylərini qeyd etmək olar. Universitetin nəinki botanika bağı, hətta şəxsi meşə massivi də mövcuddur və bioloqlar burada öz tədqiqatlarını aparır.
- Pibodi Arxeologiya-Etnoqrafiya Muzeyi və Harvard Təbii Tarix Muzeyi universitetin filiallarıdır.
- Harvard Universitetinin Kitabxanası dünyanın ən böyük özəl kitabxanasıdır. Burada mərkəzi kitab toplusundan əlavə, nadir kitablar və əlyazmalar, tibb, çin-yapon kitabları və s. kitabxanalar yerləşir.
Fakültələr
redaktəUniversitetdə 9 fakültə fəaliyyət göstərir:
- İncəsənət və elmlər fakültəsi (Faculty of Arts and Sciences). Bura mühəndis və tətbiqi elmlər bölmələri daxildir:
- Harvard Kolleci (Harvard College) — bakalavr pilləsində təhsil alan tələbələr üçün (1636).
- İncəsənət və elmlər aspiranturası (Graduate School of Arts and Sciences) — aspirantlar üçün (1872).
- Təhsilin davam etdirilməsi bölməsi (Harvard Division of Continuing Education) — 2 məktəbdən ibarətdir: Harvard yay məktəbi (Harvard Summer School) (1871) və Harvard ixtisasartırma məktəbi (Harvard Extension School) (1909).
- Tibb Məktəbi (Medical School) (1782) — tibb fakültəsi (Faculty of Medicine) və stomatologiya (Harvard School of Dental Medicine) (1867) bölmələrindən ibarətdir.
- Harvard İlahiyyat İnstitutu (Harvard Divinity School) (1816).
- Harvard Hüquq Elmləri İnstitutu (Harvard Law School) (1817).
- Harvard Biznes İnstitutu (Harvard Business School) (1908).
- Dizayn Aspiranturası (Graduate School of Design) (1914).
- Pedaqoji Elmlər Aspiranturası (Harvard Graduate School of Education) (1920).
- Səhiyyə İnstitutu (Harvard School of Public Heath) (1922).
- Con F. Kennedi adına Dövlət İdarəetmə İnstitutu (Jonn F. Kennedy School of Government) (1936).
Universitetdə tibb, hüquq və idarəetmə ən məşhur fakültələrdir. Hazırda Harvard Universitetində bakalavr pilləsində təhsil alan tələbələrlə müqayisədə (6715) magistrant və aspirantlar çoxluq təşkil edir (12 424 nəfər).
- Burada 2300 müəllim fəaliyyət göstərir. Onların arasında 43 Nobel mükafatçısı var. Ümumiyyətlə, dünyaya ən çox Nobel mükafatı laureatı bəxş edən universitet Harvarddır. Harvardda 1 il təhsil almaq orta hesabla 42000 ABŞ dollarına başa gəlir. Tələbələrin üçdə iki hissəsi təqaüd alır, bu xarici tələbələrə də aiddir.
Prezidentləri və tələbələr
redaktə- 2007-ci ildə ilk dəfə olaraq Harvardın prezidenti Dryu Faust adlı tarixçi qadın seçilib. O, qadınların intellektual cəhətdən kişilərdən geri qalması, bunun üçün də yüksək akademik kürsülərdə az yer tutmaları haqqında kütləvi çıxışından sonra vəzifəsindən azad edilən Lourens Sammersin yerinə təyin edilib.
- 1909–1933 illərdə universitetə rəhbərlik etmiş prezident Lourens Louell tərəfindən "House Plan" adlı Harvard ənənəsi yaradılıb. "House" sözü həm "ev, kollec", həm də "dini qardaşlıq" kimi başa düşülür. Harvardın istənilən kolleci 4 il ərzində, sözün əsl mənasında, burada təhsil alanların doğma evinə çevrilir.
- Ümumiyyətlə, Amerika kampusları başqa ölkələrin ali məktəblərindən fərqlidir. Burada yerli (şəhər) və şəhərkənarı kampuslar mövcuddur, tələbələrin çoxu şəhərkənarı kampuslarda cəmləşib. Tipik amerikalı tələbə üçün universitet təkcə auditoriya, laboratoriya, kitabxana deyil. Burada o, idmanla məşğul olur, əylənir, mədəni səviyyəsini artırır, ictimai həyatda fəal iştirak edir (tələbə təşkilatları, "prezident" seçkiləri və s.).
- Bununla yanaşı, kampus böyük bir əmək bazarıdır. Tələbələr boş vaxtlarında kafe və restoranlarda, mağazalarda, yanacaqdoldurma məntəqələrində və başqa kiçik biznes müəssisələrində işləyərək pul qazanırlar. Hətta ən varlı amerikalı ailələr belə övladlarının yalnız təhsil haqqını ödəyir. Valideynlər hesab edirlər ki, bu, ictimai adaptasiya üçün ən yaxşı məktəbdir.
- Harvard Universitetinə qəbul qaydaları çox sərtdir, sənədlərini təqdim edənlərin yalnız 20%-ə qədəri Harvard tələbəsi adına yiyələnmək şansı qazanır. Qəbul imtahanları 2 mərhələdə aparılır: test və müsahibə.
- Prezident Ceyms Brayant Konantın (1933–1953) universitetə rəhbərlik etdiyi dövrdən başlayaraq burada əlavə ümumi təhsil proqramı qəbul olunub: hər bir məzun əsas ixtisas fənlərindən başqa, fakültativ fənlərdən də imtahan verməlidir. Məsələn, gələcək fizik "XX əsr poeziyasında metafor", "Okeaniyanın mədəniyyəti", "Dini müharibələrin tarixi" və s. kimi fənlərdən yüksək nəticələr əldə etməlidir. Hesab olunur ki, Harvardın məzunu, eyni zamanda bir neçə karyera qurmaq və hər yerdə özünü yüksək ixtisaslı mütəxəssis kimi təqdim etmək imkanına malikdir.
Məşhur məzunları
redaktəHarvard Universitetini çox sayda dünya şöhrətli şəxslər bitirib: ABŞ-nin 7 prezidenti
- Con Adams
- Con Kinsi Adams,
- Teodor Ruzvelt
- Franklin Delano Ruzvelt,
- Ruterford Heys,
- Con Fitsjerald Kennedi
- kiçik Corc Buş
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri xanım Qro Harlem Brutland, Avropa Komissiyasının keçmiş sədri və İtaliyanın keçmiş baş naziri Romano Prodi; Meksikanın hazırkı prezidenti Vinsent Foks və eks-prezidenti Karlos Salinas. Bu universitetin məzunlarından biri də Microsoft şirkətinin yaradıcısı Bill Qeytsdir. O, Harvardın diplomunu universiteti 2 il oxuyub yarımçıq qoyduqdan düz 32 il sonra — 7 iyun 2007-ci ildə alıb. Bill Qeyts Harvard Universitetinə 1973-cü ildə daxil olub və 1975-ci ildə öz uşaqlıq dostu Pol Allenlə Microsoft şirkətini yaratmaq üçün təhsilini yarımçıq dayandırmalı olub.
Titulları
redaktə- "U. S. News and World Report" jurnalının hər il apardığı araşdırmalara əsasən, 2008-ci ildə 12 illik fasilədən sonra ABŞ-nin ən qədim, prestijli və zəngin Harvard Universiteti özünün "Amerikanın ən yaxşı ali məktəbi" titulunu geri qaytarıb. Harvard əsas rəqibi olan, 8 il dalbadal birinci pillədə qalmağı bacaran Prinston Universitetini qabaqlayıb.
- Qeyd etmək lazımdır ki, "ABŞ-nin ən yaxşı universiteti" titulunu qazanmaq dünyanın ən yaxşı universiteti olmaq deməkdir. Dünya universitetlərinin reytinqlərində ABŞ ali məktəbləri həmişə ən yüksək mövqeləri tutub.
Harvard Universiteti Sarmaşıq Liqasına — Amerikanın elit universitetləri qrupuna daxildir.
Reytinqi
redaktə2003[3] | 2004[4] | 2005[5] | 2006[6] | 2007[7] | 2008[8] | 2009[9] | 2010[10] | 2011[11] | 2012[12] | 2013[13] | 2014[14] | 2015[15] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 |
2015/16[16] | 2014/15[17] | 2013/14[18] | 2012/13[19] | 2011/12[20] | 2010/11[21] |
---|---|---|---|---|---|
2 | 4 | 2 | 3 | 2 | 2 |
2015/16[22] | 2014/15[23] | 2013/14[24] | 2012/13[25] | 2011/12[26] | 2010/11[27] |
---|---|---|---|---|---|
6 | 2 | 2 | 4 | 2 | 1 |
Məşhur müəllimləri
redaktə- Qeyts, Henri Luis (1950) — bədii tənqidçi, tarixçi və yazıçı.
- Doc, Norton (1927) — ABŞ iqtisadçısı.
- Sımbalist,Endryu — idmanın iqtisadiyyatı üzrə mütəxəssis.
Maraqlı fakt
redaktə- Universitetin ləqəbləri: Tünd Qırmızı, Böyük Qırmızı, Həyət, Çarlzda Kreml
Həmçinin bax
redaktəMənbə
redaktə- Harvard Universiteti Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 Global Research Identifier Database (ing.). 2015.
- ↑ "ARWU – Harvard University". Shanghai Ranking Consultancy. 2014. 2016-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2011)". 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "THE World University Rankings (2015–2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2014–2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013–2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012–2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011–2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010–2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
redaktə- harvard.edu — Rəsmi saytı
- Amerikana: Harvard — Milyarderlər Universiteti. amerikaninsesi.org, 15.11.2014 (az.)