Hebrid Adalari - Wikipedia
Hebrid adaları (ing. Hebrides [ˈhɛbrɨˌdiːz], şot.kelt Innse Gall) — Atlantik okeanında Şotlandiyanın qərb sahillərində yerləşən arxipelaqdır. Britaniya adaları qrupuna daxildir. Arxipelaqın iki ada silsiləsi - Daxili və Xarici Hebrid adaları, Litl-Minç və Nort-Minç boğazları, həmçinin daxili Hebrid dənizi ilə ayrılır.
Hebrid adaları | |
---|---|
en/Hebrides/gd/Innse Gall | |
| |
Ümumi məlumatlar | |
Adaların sayı | 500-ə qədər |
Ən böyük adası | Lyuis and Harris |
Ümumi sahəsi | 7200 km² |
Hündür nöqtəsi | 1009 m |
Əhalisi | 44.759 nəfər (2001-ci il) |
Yerləşməsi | |
58° şm. e. 7° q. u.HGYO | |
Ölkə | Britaniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri
redaktəHebrid adaları 500-ə yaxın qayalı, əsasən hündür adalardan ibarət geniş səpələnmiş qrupdur, onlardan 100-ə yaxını məskunlaşıb. Səthinin sahəsi təxminən 7,2 min km²-dir, bunun təxminən 1,6 min km²-ni göllər tutur. Adaların səthinin çox hissəsini qayalı və ya bataqlıq düzənliklər (torf bataqlıqları) təşkil edir. 1009 m-ə qədər alçaq dağlar (Skay adasındakı Kullin-Hils dağı), həmçinin lava sahələri və qədim buzlaşmanın izləri (troqlar, karrlar) var.
Rütubətli dəniz iqlimi, yanvarda orta temperatur 4-6 °C, iyulda 12-14 °C-dir. Çoxlu yağıntı düşür - ildə 2000 mm-ə qədər. Bitki örtüyündən - iri humuslu və torflu torpaqlarda çəmənliklər, boz torpaqlar, nadir hallarda alçaqboylu tozağacı sahələri[1]. Yüksək rütubət ada landşaftlarının formalaşmasına kömək etdi, burada göllər bataqlıq çəmənlikləri və torf bataqlıqları ilə növbələşir və əsrlər boyu küləklər tərəfindən sovrulmuş və okean suları ilə cilalanmış sahil qayaları qəribə forma və konturları ilə seçilir[2].
Daxili Hebrid adaları
redaktəDaxili Hebrid adalarına Skay, Mull, Ayley, Jura, Rum və başqaları daxildir. Şimal adaları Haylend rayonuna, cənub adaları isə Arqayl-and-Byut rayonlarına daxildir.
Xarici Hebrid adaları
redaktəXarici Hebrid adalarına Lyuis-end-Harris adaları (Lyuis və Harris adlı iki tarixi hissədən ibarət olan ada, çox vaxt “adalar” adlanır), Nort-Uist, Benbekyula, Sayt- Uist, Barra və başqaları daxildir. Xarici Hebrid adaları inzibati cəhətdən Na-h-Elanan-Şiar (əvvəllər Uestern-Ayls adlanırdı) rayonunu təşkil edir.
İstinadlar
redaktə- ↑ Hebrid adaları // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- ↑ "Гебридские острова: путешествие в царство волн, ветров и туманов". proboating.ru. 2017-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-21.