Hellouin 3 Ifriteler Movsumu - Wikipedia
Hellouin 3: İfritələr mövsümü (ing. Halloween III: Season of the Witch; tələffüzü: hæləʊ'ɪ:n 'si:zn ɒv ði wɪtʃ) — 1982-ci ildə istehsal olunmuş ABŞ filmidir.[4] "Hellouin" seriyasının üçüncü filmi olan qorxu filmidir. Tommi Li Uolles tərəfindən çəkilən filmin baş rollarını Tom Atkins, Steysi Nelkin ve Den O'Herli vardır.
Hellouin 3: İfritələr mövsümü | |
---|---|
ing. Halloween III: Season of the Witch | |
Janr | Qorxu filmi |
Əsas mövzu | fövqəltəbiilik |
Rejissorlar |
Tommi Li Uolles Naycel Kinel |
Prodüserlər |
Con Karpenter Debra Hill Mustafa Akkad Debra Hill Yozef Vulf İrvin Yablans Dino De Laurentis (titrdə göstərilməyib) |
İcraçı prodüser | Mustafa Akkad |
Ssenari müəllifi | Tommi Li Uolles |
Baş rollarda |
Tom Atkins Steysi Nelkin Cadin Barbor Ralf Streyt Maykl Karri Den O'Harli Bred Şakter Nensi Kiz Harn Stivens Conatan Terri El Barri Uenddi Uessberq Esseks Smit Meydi Norman Con MakBrayd |
Operator | Din Kandi |
Bəstəkarlar |
Con Karpenter Alan Hovart |
Rəssamlar |
Piter Ceymison Linda Sfiris |
İstehsalçı | Universal Pictures |
Distribütor | Universal Pictures, Netflix |
İlk baxış tarixi |
22 oktyabr 1982 9 mart 1983 noyabr 1986 6 yanvar 1984 10 yanvar 1986 27 iyun 1983 6 yanvar 1986 15 mart 1984 11 yanvar 1984 16 iyun 1983 16 mart 1985 |
Filmin növü | Sleşer filmi |
Müddət | 99 dəq. |
Büdcə | $ 2.500.000[1][2] |
Gəlir | $14 400 000 milyon[3] |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1982 |
Əvvəlki film | Hellouin 2 |
Sonrakı film | Hellouin 4 |
Rəng | Rəngli |
Çəkiliş yeri | Kaliforniya |
IMDb | ID0085636 |
Film Nigel Knilenin orijinal ssenariyası əsasında götürülmüş və Hellouin Bayramı gecəsində ABŞ-lı uşaqların kəllələrini balqabaqa döndərən fabrika sahibi Konal Koxrendən mövzu alır. Filmin mövzusu Maykl Mayers ve Lri Stroyd ətrafında keçməyən seriyanın yeganə filmidir.[5] Ayrıca filmdə Maykl Mayers olmadığı üçün orijinal film olan 1978-ci il tarixli Hellouin filminin əsas janrı sleyşer janrından fərqlənir. Digər tərəfdən xarakterlərin ölümlərini göstərən səhnələrin şiddətli qalmasına baxmayaraq, qrafik baxımından şiddətin sıxlığı, seriyanın 1981-ci il tarixli ikinci filmi olan "Hellouin 2" filminə görə daha azdır.
Film 2.5 milyon büdcəsi ilə "Universal Pictures" studiyası tərəfindən istehsal edilmişdir. ABŞ-nin film satışında yalnız 14.4 milyon qazanaraq seriyaların ən az qazanclı filmi olmuşdur.[6] Bu film çox filmlərlə baştan başa qarışdırılmışdır. Filmin istehsal edilməsindən iyirmi il sonra tənqidçilərdən belə söyləmişdir: "Hellouin" film seriyasının bu epizodu çəkilməsəydi, bu film seriyalarının 1980-ci illərdə Qorxu filmi janrında çəkilən filmlərin sırasına daxil edilməzdi. Mədəniyyət ve film tarixçələri filmin ssenarisini böyük Şirkətlər ve Amerika studiyaları tərəfindən tənqid etmişdir. Bütün bunlara baxmayaraq film onu digər "Hellouin" filmlərindən ayıran izləyici kütləsinə də malikdir.
Filmin mövzusu əvvəlki seriyalardan fərqlənir. Dəlisov oyuncaqlar konstruktoru Hellouin bayramında milyon uşaqlardan hər birini qurbanına çevirmək istəyir. Bunun üçün "Balqabaq" adlanan maska partiyası düzəldir. Bu plan isə yalnız "Bütün müqəddəslərin günü"ndə baş verir.
Seçilmiş sitatlar
redaktə- Ovsun kompüter erasına daxil olur və başqa terror başlayır. (ing. Witchcraft enters the computer age, and a different terror begins.)
- Gecə vaxtı heç kəs evə gəlmir. (ing. The night no one comes home.)
- Hellouin qorxusu davam edir. (ing. The Halloween horror continues.)
- Çellis: Onu söndürün! Bəsdir! Bəsdir! (ing. Challis: Turn it off! Stop it! Stop it!)
Məzmun
redaktə23 oktyabr, şənbə günü. Axşam vaxtı, bir dükan sahibi olan Harri Qrimbric (Al Berri), naməlum qrup tərəfindən təqib edilir. Bir müddətdən sonra Harri yanacaqdoldurma məntəqəsinə sığınır və əlinə bir balqabaq maskası götürür. Yanacaq doldurma məntəqəsinin sahibi (Esseks Smit) onu xəstəxanaya aparır. Harri Qrimbric xəstəxanada "Bizi öldürəcəklər… Hamımızı" ifadəsini işlədir. Xəstəxanada Harri Qrimbric ilə həkim Den Çellis maraqlanır. Bir müddət sonra Harrinin otağına naməlum şəxs gəlir və onu öldürür. Bu müddətdə isə Den Çellisi otağında yuxu aparır. Cinayəti görən tibb bacısı Aqnes (Meydi Norman) çığırır və Çellis oyanıb həmin naməlum şəxsin arxasınca qaçmağa başlayır. Naməlum şəxs avtomobilində olan zaman üzərinə benzin tökərək özünü yandırır. Çellis naməlum şəxsin öldüyünü görür.
Sabahısı gün, bazar günü. Səhər vaxtlarında Harri Qrimbricin qızı Elli xəstəxanaya gəlir və atasının cəsədini görür. Çellis bir müddət öncə arvadı və uşaqları ilə birlikdə olacağına söz vermişdir. Lakin bu hadisələrdən sonra xəstəxanada qalmağa qərar verir və sonrakı şənbə günü ailəsi ilə birlikdə olacağına söz verir. Çərşənbə günü (27 oktyabr) Çellis, iş yoldaşı Teddidən (Vendi Uessberq) özünü yandıran adamın cəsədini araşdırmasını istəyir. Cümə günü (29 oktyabr) Çellis barlın birində tək başına olur. Bara Çellisin xəstəxanada qarşılaşdığı Elli gəlir və burada tanış olurlar. Çellis Elli ilə birlikdə onun atasının dükanına gedir. Elli dükanda atasının qeydlərini araşdırmağa başlayır. Buradakı qeydlərə görə Harri Qrimbric, 18 oktyabr günü yığıncağına, 19 oktyabr günü futbol matçına və 20 oktyabr günü maska almaq üçün Kaliforniyaya aid Santa Miradakı Gümüş Yonca Fabrikasına getmişdir. Çellis Elli ilə cinayəti araşdırmaq üçün Santa Miraya getməyə qərar verir. Çellis həyat yoldaşına söz verdiyi şənbə günü görüşməsini ləğv edir və Elli ilə birlikdə Santa Miraya yola düşürlər.
Santa Mira 1887-ci ildə bir cütçü birliyi tərəfindən qurulmuşdur. İkinci dünya müharibəsindən sonra İrlandiyalı Konal Koçran "Gümüş Yonca Fabrikası"nı quraraq buranı oyuncaq fabrikinə çevirmişdir. Elli və Çellis, Santa Miraya çatdıqları zaman buradakı bir hoteldə qalmağa qərar verirlər. Elli qalacaqları otaqda motel müdiri Cənab Rafferti (Maykl Küri) ilə danışarkən Çellis motel qeydlərinə baxır və hoteldə əvvəllər Harri Qrimbricin qaldığını görür. Hotelə 40 dollar ödəyir. Burada digər motel müştərilərindən San Fransiskoda dükan işlədən Marcin Quttman (Qarn Stivens) və Kupfer ailəsindən Baddi (Ralf Stret), Betti (Cadin Barbor) və oğulları "Kiçik" Baddi (Bredli Şekter) ilə tanış olurlar. Onlar bu qəsəbəyə "Gümüş Yonca" fabrikindən maska almağa gəlmişdir.
Axşam Elli və Çellis birlikdə olurlar. Saat 18:00 olan zaman Santa Mirada küçəyə çıxma qadağan olunur. Çellis qəsəbədəki bir marketə içki almağa gedir. Dükanı axtararkən küçələrin birində bir naməlum adamla qarşılaşır. Çellis soruşduğunda adam Koçranı sevmədiyini dilə gətirir. Çellis uzaqlaşdıqdan sonra həmin adam naməlum bir qrup kostyumlu adamlar tərəfindən başı qopardırılaraq öldürülür. Bu sırada Elli, Marcin Quttman ilə danışır. Ardından Elli motel otağına girir və duş alır. Çellis isə telefonla Teddi ilə danışır. Çellis öyrənir ki, cərrrahiyyə əməliyyatında edilən yarılma nəticəsində cəsəddən yalnız plastik və metal parçalar çıxmışdır. Çellis motel otağına geri dönür. Yenidən Elli ilə birlikdə olur. Marcin Quttman isə otağında maskalardan olan metal etiketlərin birini yoxlayırdı. Etiketdən çıxan şüa nəticəsində Marcin Quttman yaralanır. Elli və Çellis çölə çıxırlar. Çellis həkim olduğu üçün ona kömək etmək istəyir. Lakin "Gümüş Yonca Fabriki"ndən gələn həkimlər buna icazə vermirlər.
Sabahısı gün, 30 oktyabr şənbə günü, səhər saatlarında Çellis Teddini axtarır. Teddi külləri araşdırmağı yeni bitirmişdir və bir insana aid heç bir şey tapa bilməmişdir. Elli və Çellis, "Gümüş Yonca Fabrikası"na gedirlər. Özlərini Kişi və Qadın Smit kimi tanıdaraq Kupfer Ailəsi və Konal Koçran ilə fabriki gəzirlər. Zavod çıxışında Elli fabrikin yaxınlığındakı bir qarajda atasının avtomobilini görür. Elli avtomobilin yanına doğru gedir. Lakin burada naməlum bir qrup kostyumlu adam tərəfindən dayandırılır. Elli və Çellis motel otağına dönürlər. Elli əşyalarını yığışdırmağa başlayır və Çellis polisi axtarmaq üçün motel müdiriyyətinə gedir. Lakin buradakı telefon ilə danışa bilmir. Motel otağına döndüyü zaman Ellinin otaqda olmadığını görür. Çöldə naməlum bir qrup kostyumlu adam vardır və motel otağına doğru gəlirlər. Adamlardan biri otağının qapısını qırır. Çellis otağın arxa pəncərəsindən çölə çıxır və qaçmağa başlayır. Zavod yaxınlğındakı bir qaraja bir avtomobilin girdiyini görür. Bir qrup kostyumlu adam avtomobilin içindən Ellini çıxarırlar və qarajın qapısı bağlanır. Çellis bir telefon daxmasına gedir. Lakin burada da danışa bilmir. Ardından Çellis açıq bir pəncərədən fabrikin içinə girir. Fabrikin içində gəzərkən bir otaqda yaşlı bir qadın görür. Ondan Çellis Ellinin harada olduğunu soruşur və qadını sarsıdır. Qadının başı qopur. Qadın əslində bir robottur. Ardından Çellisin üzərinə kostyumlu adamlardan biri hücum edir. Çellis ilə həmin maskalı adamla döyüşərkən, onun qarnına çoxlu zərbələr vurmağa başlayır. Bu zaman adamın qarnı dəlinir. Qarnının içindən kabel çıxir və adam ölür. Otağa Konal Koçran ilə bərabər iki adam girir və Çellisi tuturlar. Çellis bu adamların android olduqlarını başa düşür.
31 oktyabr, bazar günü. Hellouin bayramında, səhər saatlarında Koxran, android adamları ilə Çellisi fabrikdə gəzdirir. Bu adamların içinin android olub, xaricdən isə maska olaraq hazırlanmışlar. Elli və Xanım Quttman da bir otağa bağlanılmışdır. Ayrıca Kupfer Ailəsi də bir test otağına yerləşdirilmişdir. Burada Kiçik Baddi "Gümüş Yonca" maskasını taxmış və "Gümüş Yonca" reklamını izlərkən başı əriyir. Başından böcək və ilan kimi canlılar çıxmağa başlayır. Bu ilanlar Betti və Baddi Kupferi öldürür. Bu müddətdə Çellis baş verən hadisələri kamera vasitəçiliyi ilə televiziyadan izləyir. Çellis də bir otağa bağlanılır. Digər tərəfdən Teddi xəstəxanada bir android tərəfindən öldürülmüşdür. Koxran, Çellisin başına "Gümüş Yonca" maskası taxır və televiziyanı açır. Koxran ona köhnə Kelt adətlərindən bəhs edir. Koxranın otaqdan çıxmasının ardından, Çellis ayaqları ilə televiziyanın şüşəsini qırır. Əllərinin bağını kəsir və başındakı maskanı kameraya atır. Maska bütünlüklə kameranın üstünü örtür. Çellis ventilyasiya boşluğundan qaçır və fabrikdəki telefon ilə həyat yoldaşına maskalardan xilas olmalarını söyləyir. Çellis fabrikin içində Ellinin bağlı olduğu otağı tapır və onu xilas edir. Onlar birlikdə maskaların çıxarıldığı yerə gedirlər. Çellis maskalardakı öldürücü marka etiketlərinin olduğu qutunu götürür. Maskaların çıxarıldığı yerin üstünə çıxaraq, etiketləri aşağıya atmağa başlayır. Bu zaman fabrikda partlayış baş verir və Koxranın da daxil olduğu bütün android qrupu ölür. Çellis və Elli partlayışdan qaçmağı bacarırlar. Onlar dərhal avtomobillərinə minərək qəsəbədən uzaqlaşırlar.
Çellis, Ellinin normal olduğunu düşünür. Halbuki, Konal Koxran, Ellini qaçırınca, onu da androidə döndərmişdi. Elli Çellisə hücum edir və Çellis əlacsız qalaraq Ellinin başını kəsərək onu öldürür. Çellisin etməsi lazım olan son vəzifə kanallarda nəşr olunan reklamı dayandırmasıdır. Çünkü ölkədəki bir çox az yaşlı uşaqlar bu maskalardan almışdır. Əgər başlarına maskalarını taxaraq reklamı izlərlərsə, axırları Kiçik Baddi kimi olacaqdır. Çellis Elli ilə döyüşərkən əraziyə düşmüşdür. Buna görə yaxında olan Harri Qrimbricin sığındığı yanacaqdoldurma məntəqəsinə gedir. Bu məntəqədə olan telefondan zəng edərək kanallardakı reklamları dayandırmalarını istəyir. Bir neçə kanal reklamı saxlatmışdır. Lakin 3 televiziya kanalı hələ də reklamı yayımlayır. Çellis isə telefonda "Onu söndürün! Bəsdir! Bəsdir!" ifadələri deyir.
Rollarda
redaktəAktyor/aktrisa | Rol | Qeydlər |
---|---|---|
Tom Atkins[7] | Həkim Daniel Çellis[8] | |
Steysi Nelkin | Elli Qrimbric[9] | |
Cadin Barbor | Betti Kalfer | |
Ralf Streyt | Baddi Kapfer | |
Maykl Karri | Rafferti | |
Den O'Harley | Konal Koxren[10] | fabrika sahibi |
Bred Şakter | Baddi Kapfer-kiçik | |
Nensi Kiz | Linda Çelliz | |
Harn Stivens | Marc Qattman | |
Conatan Terri | Starker | |
El Barri | Harri Qrimbric | |
Uenddi Uessberq | Teddi | |
Esseks Smit | Uolter Cons | |
Meydi Norman | Aqnes | tibb bacısı |
Con MakBrayd | Şerif | |
Tommi Li Uolles | Silver Şemrok Kommersiya Diktoru | titrdə göstərilməyib |
Maraqlı faktlar
redaktə- Con Karpenter öyrənəndə ki, Tommi Li Uolles neçə qanlı səhnələr əlavə edəcək, bu zaman xahiş edir ki, onun adını titrdə (film başlığında və sonluğunda yazılmış, özündə film heyətləri və rolları ifa edənlərin yazıldığı kadrlar) qeyd etməsinlər.
- Con Karpenter istəyirdi ki, hər il "Hellouin" seriyasının yeni süjetli bir filmi çıxsın. Lakin film çəkildikdən sonra gəliri əvvəlki seriyalarına görə nisbətən aşağı olur. Bu səbəbdən Con Karpenter "Hellouin 2" filmindəki Maykl Mayersi yenidən filmin dördüncü seriyasına geri qaytarır.
- İlk filmin mövzusu ilə əlaqəli bu filmdə heç nə yoxdur. Hətta, filmdə Maykl Mayers və Lori Stroud personajları da yoxdur.
- Filmin sonuncu epizodların birində görünür ki, televiziyada 1978-ci ildə çəkilmiş orijinal "Hellouin" filmi gedir.
- Filmin cəmi 12 saundtreki var idi. Sonralar ayrıca saundtrek satışa çıxdıqdan sonra daha 13 saundtrek əlavə edilmişdir.[11]
- Orijinal nağılın yazıçısı Naycel Nildir. Lakin film çəkildikdən sonra film heyətlərini məhkəməyə verərək, adını filmdən götürməyi tələb edirdi. Ona görə ki, Naycel fikirləşir ki, onun nağılı çox qəddarcasına çəkilmişdir.[12]
- Süd zavodundan "Gümüş Yonca" fabrikasının düzəldilməsi üçün istifadə edilmişdir.
- Filmdəki Marc Qutman personajı ölümündən əvvəl moteldə yazıçı Karlos Kastanedanın "Qartal vergisi" əsərini oxuyur.
- İrlandiyalı Konal Koxren rolunu ifa edən Den O'Harley həqiqətən də irlandiyadandır.
Hazırlanma
redaktəOrijinal filmin yazıçıları Con Karpenter və Debra Hill, yeni və üçüncü bir Hellouin filmi çəkməyi istəksizcə qarşılamışdır. "Fangoria" jurnalına görə Karpenter və Hill çəkiləcək filmdə Maykl Mayers olmayacaq və "Hellouin 2" filminin birbaşa davamı olmayacaqdır. Orijinal filmin prodüserləri İrvin Yablans və Mustafa Akkad, film üçün 2,5 milyon dollarlıq bir büdcə ayırmışdırlar.
Şəxsi efekt mütəxəssisi Don Post, film üçün rezin maskalar olan qara ağ kəllə maskası, yaşıl cadugər maskası və narıncı balqabaq maskasını hazırlamışdır. Debra Hill, Aljean Harmetze belə demişdir:
"Səhnə vəsaiti üçün çox çox pulumuz yox idi, onun üçün Studiya rəhbərindən soruşduq ki, yəqin ki, biz yeni film üçün təzə maska düzəldəcəkdir.[13]
Kəllə və cadugər maskası Studiyaya aid olub, balqabaq maskası Hellouin 3 filmi üçün xüsusi olaraq istehsal edilmişdir.[14] Aşağıdakı sitat filmdəki maskaların gerçək dünyadakı bənzərləriylə olan əlaqəsini açıqlamaqdadır:
Tarix boyunca var olmuş hər birlik, onun ruh halını əks etdirən maskalara sahib olmuşdur. İnsanlar içlərindəki qorxu, kədər, sevinc və yaşlılıq kimi duyğuları xaricə vurmaq istəyirlər. Bu günün Amerikası üçün kədərləndirici bir fakt varsa, o da qorxu maskalarının satış rekordları qırmasıdır.[15]
Filmin böyük bir qisimi Kaliforniyanın Humboldt əyalətində bağlı sahil qəsəbəsi Loletada çəkilmişdir. "Gümüş Yonca Fabriki" üçün Loreta qəsəbəsindəki süd hazırlama fabriki "Familiar Foods" fabrikindən istifadə edilmişdir. Lakin xüsusi efektler, tüstü və partlamalar Studiya tərəfinən hazırlanmışdır.
Ssenari
redaktəFilmi hazırlayanlar filmin ssenariyasını fantastika yazıçısı Nigel Knilinin yazmasını istəmişdir. Çünki, Karpenter, Knilinin "Quatermass" adlı filmi çox bəyənmişdir. Knil, hadisənin "qorxu üçün qorxunu" ehtiva etmədiyini söyləmişdir. Knil danışmasını belə davam etdirmişdir:
"Ana əhvalat, fiziki şoklardan çox aldadılma və psixoloji şoklarla əlaqədar idi."
Knil, filmin paylama haqqlarını əlində tutan kino şirkəti Dino De Laurentiisin filmdə daha çox vəhşilik və qan ünsürü istifadə istədiyini ifadə edir. Ssenariyanın böyük bir qismi eyni qalsa da, edilən dəyişiklikləri qəbul etməyən Knil, adının filmdə əməyi keçənlər siyahısından qaldırılmasını istəmişdir. Bunun üzərinə rejissor Tommi Li Ualles filmi tamamlamaq üzrə işə başlamışdır.[16][17][18]
Uolles, "Fangoriya" jurnalına[19] etdiyi şərhdə, filmin adının filmdə istifadə edilən üç maska və seriyanın digər filmləri göz önünə alınaraq qoyulduğunu söyləmişdir. Ualles, Karpenter və Hillin "Hellouin" seriyalarının ardıcıllığını "Gecə Qalereyası" və "Alacaqaranlıq Region" bənzəri bir seçkilər çevirmək istədiyini açıqlamışdır. Hər il "Hellouin" bayramının dövrünün fərqli bir istiqaməti vurğulanacaqdı. Debra Hill, Fangoriyayla etdiyi açıqlamada, filmin çox sərt səhnələr ehtiva etmədiyini söyləmişdir. Ualles başqa bir yüngül film olan "Bədən Oğruları İşğalında" filmindən ilhamlanmışdır. Santa Mira, bu filmin quruluşunu meydana gətirməkdə idi. Eyni xarakter, "Hellouin 3" filmində də istifadə edilməkdədir. İki film, ssenariya baxımından bir-birinə çox bənzərdir. Film sonlarındakı pessimist hava da diqqət çəkicidir. "Hellouin 3" filminin alt başlığı Corc A. Romeronun ikinci filmi "Hellouin" filmindən gəlməkdədir. Ancaq filmin ssenariyası, Romeronun filmində cadugərlər komandasına qatılan bir ev xanımını izah edən hadisəyə heç bənzəmir.
Tarixçi Nikolas Rocers, "Hellouin 3" filminin ardıcıllığının qurbanlıq anlayışına möhkəm şəkildə toxunan tək filmi olduğuna diqqət çəkir. Film tənqidçisi Cim Harper isə Uallesin ssenariyasını "çox əskik" olaraq xarakterizə etməkdədir. Harper belə bir ifadə söyləmişdir:
"Stounehencdən bir parça oğurlayıb Atlantiki gizlicə keçmək ola biləcək şey deyildir. ABŞ-də dörd fərqli zaman hissəsi var və qərb lənətli təqdimatı alması üçün dörd saatı var. Bu çox yaxşı bir plan deyil."
Harper, tənqidlərinə tək deyildi. Çikaqo Sun-Timesdə Rocer Ebert bunları söyləmişdir:
"Koçranın Planı nə? Uşaqları öldürmək və onları robotlarla yer dəyişdirmək? Niyə?"[20]
Kadr
redaktə"Hellouin 3" filminin heyəti, müxtəlif televiziya seriallarında kiçik rol alan aktyorlara əsaslanır. Tom Atkins və əməkdar aktyor Dan O'Herlininn filmdə iştirak etməsi bu vəziyyətin istisnasıdır.
Filmdəki bir həkim olan Daniel Dün Çellisin rolunu canlandıran Tom Atkins, daha əvvəl bir neçə dəfə Con Karpenter filmində rol almışdır. Atkins, 1980-ci il tarixli "Səs" filmində Nik Kastl rolunu, 1981-ci il tarixli elm fantastika filmi "Nyu Yorkdan qaçış" filmində rəhmçi rolunu canlandırmışdır. Tom Atkins televiziya seriallarında qonaq oyunçu olaraq rol almışdır. Atkins, "Fanqoriya" jurnalına verdiyi açıqlamada filmin qəhrəmanını oynamaqdan xoşlandığını söyləmişdir. Qorxu filmlərinin dəyişməz oyunçusu olaraq:
"Yalnız qorxu filmlərindən karyeramda istifadə etməkdə heç bir qorxu görmürəm." deyə əlavə etmişdir.
"Hellouin 3" filmindən sonra Atkins, film və televiziya seriallarında qonaq oyunçu olaraq rol almağa davam etmişdir. Steysi Nelkin, filmdə atası Koçran tərəfindən öldürülən gənc bir qadın olan Elli Grimbric rolunu canlandırır. Filmdə çalışan makiyajçı ona səs imtahanlarında bəhs etdikdən sonra rolu qazanmışdır. Bir açıqlamada, Nelkin xarakteri üzərinə bu şərhi etmişdir:
"Elli, çox cəsarətli və əzmli qız idi. Hər nə qədər özümün bu xüsusiyyətlərə sahib olduğunu düşünməkdən xoşlansamda da, ssenariya da bu şəkildə yazılmışdı."
Nelkin, Ceymi Li Körtisin varisini oynamağı bir qürur olaraq görməkdə idi. Film tənqidçisi Rocer Ebertə görə Nelkinin bu şərhi çox gözəl səslənir. Ebert belə demişdir:
"O, zəngin prodüserlərə daha yaxşı bir rol istədiyini söyləyə bilərdi … Başının yox olmadığı son səhnədə də pis oynayır".
Qrimbric rolundan əvvəl Nelkin, bir sıra televiziya seriallarında oynamışdır. "Hellouin 3" filmindən sonra Nelkin, yenə televiziyalarda işə davam etmişdir.
Əməkdar İrlandiyalı aktyor Den O'Harleyi, filmin adında bəhs edilən cadugər olan "Gümüş Yonca Fabrikası"nın sahibi Konal Coçranın rolunu ifa edir. (Knilinin orijinal ssenariyasında 300 yaşında bir şeytan). O'Harley, məşhur olmadan əvvəl 150-yə yaxın filmdə rol almışdır və 1954-cü ildə "Robinson Kruzun Macəraları" filmindəki performansı ilə Akademiya Mükafatına namizəd göstərilmişdir. 2005-ci ildə ölümündən əvvəl iyirmi film və televiziya serialında oynamışdır. O'Harley, "Starloq" jurnalına verdiyi müsahibədə filmin tamamlanmış halından çox məmnun qalmadığını qəbul etmişdir. O'Harley bir qorxu filmində iştirak etməsi ilə əlaqədar düşüncələri isə belədir:
"Cənubi İrlandiya aksentindən istifadə etməkdən xoşlanıram. "Hellouin 3" filmində bunu etdim və rolumu zövq alaraq oynadım."
Köməkçi oyunçuların iki nəfər, "Hellouin" filminin ardıcıllığında iştirak etmişlər. Nensi Kayes, Çellisin köhnə arvadı Linda rolunu oynamışdır. O, orijinal film olan "Hellouin" filmində Lori Strodun yoldaşı Enni Brekett rolunda oynamışdır. Dublyor Dik Varlok, "Hellouin 2" filmində Maykl Mayersin rolunda oynamışdır. Bu filmdə Çellis tərəfindən məğlub edilən bir qatil Android rolunu canlandırmışdır.
Çəkiliş
redaktəFilm, Tommi Li Uollesin rejissorluq etdiyi ilk filmdir. Ancaq Ualles, "Hellouin" filminin ardıcıllığına tək daxil deyildi. Uolles, Con Karpenterin bu filmində sənət rejissoru və dizayner olaraq çalışmış və 1981-ci ildə özünə təklif edilən "Hellouin 2" filmi üçün rejissorluq təklifini geri çevirmişdi. Ualles, "Hellouin 3" filmindən sonra "Qorxu gecəsi 2" (1988), "Vampirlər 2: Ölülər günü (2002)" və Stiven Kinqin eyni adlı romanından uyğunlaşdırılan "O" (1990) filmi kimi qorxu filmlərinə də rejissorluq etdi.
Film iştirakçıları Uollesin ssenariya yazıçısı Nigel Knil ilə yaşadığı anlaşılmazlıqlara qarşı uyğun bir rejissor olduğunu düşünürdülər. Steysi Nelkin bir reportajda belə danışmışdır:
"Çəkiliş tamamilə əyləncəli idi. Tommi Li Uolles iştirakçılara yanaşmasında içdən davranırdı."
Uolles, "Hellouin" seriyasının digər filmlərindən qopan bu üçüncü filmi müxtəlif forma və ya silsiləyə qazandırmaq istəyirdi. Film, "Hellouin" və "Hellouin 2" filmlərinə bənzər şəkildə rəqəmsal olaraq canlandırılmışdır. Uallesin "jack-O'-lantern" maskaları etkinleştiren Silver Şamrokun reklamlarındaki studiya idi. Xüsusi filmə edilən forma göndərmələri Həkim Şellisin bir maskanı təhlükəsizlik kamerası qarşısında atdığı səhnə idi. Bu, gənc Maykl Mayersin qız qardaşını bir kloun maskası geyərkən öldürməsini təsdiqləyirdi. Filmdə Hellouin bayramının yaxınlaşan bayram əvvəlində viziona girəcəyinə dair bir reklamdan da söz edilməkdədir.
Uollesin bu filmdəki qan ünsürü istifadəsi "Hellouin 2" filmindən fərqli idi. Tom Atkins, bu filmdəki effektlerin qanlı olmadığını, əksinə bu cür bir istifadənin ən yaxşı nəticə verdiyini düşünməkdədir. Şəxsi efekt və makiyaj mütəxəssisi Tom Burma isə bu filmin insanların mədəsini bulandırmaq məqsədiylə çəkilmədiyindən və filmin içində bir çox qorxu səhnəsi saxlayan bir komediya olduğunu ifadə etmişdir.[21][22] İstifadə edilən xüsusi effektlerin çoxu əhvalata dad qatan praktik zarafat ünsürünü vurğulayır. "New York Times" film tənqidçisi Vinsent Kanbinin filmin bir çox diqqətlə tətbiq qorxuducu effekt sahibi olduğunu söyləmişdir. Kanbi, Uallesin rejissorluğunu bu sözləri ilə tərifləmişdir:
"Uolles səhnəyə qoyduğu ünsürlər mövzusunda xüsusi bir qabiliyyətə sahib və o, bu işi yaxşı edir."
Ayrıca filmdə; 1974 BMW 2002, 1971 Cadillac Fleetwood 75, 1976 Chevrolet Chevelle Malibu, 1976 Chevrolet Monza, 1981 Oldsmobile Cutlass Supreme, Peterbilt 352, 1952 Porsche 356 Coupe, Ağ-Freightliner WFT 7564 və 1975 Winnebago Indian marka vasitələrindən istifadə edilmişdir.[23][24][25][26]
Musiqi
redaktəMusiqi, filmin atmosferi baxımından əhəmiyyətini qorumuşdur.[27] Filmdə, sseriyanın digər filmlərində olduğu kimi bir sinfoniya olur və musiqi, tamaşaçıların "saxta qorxularını" təhrik edici xüsusiyyətdədir. Film musiqiləri ilk filmində də vəzifə almış olan Con Karpenter və Alan Hovart tərəfindən bəstələnmişdir. "Hellouin 3" filmindəki musiqilərin mövzusu xüsusi mövzudan qəti olaraq ayrılır. Karpenter, qulağa xoş gələn piano melodisinin yerinə elektron cihazlarla çıxarılan və fərqli tonlara sahib bir parça qoymuşdur. Alan Hovart filmin musiqilərini birlikdə etdiyi Karpenterlə olan dostluğunu aşağıdakı kimi izah edir:
Musiqini qəbul etmə biçimlərimiz musiqiləri ifa edə-edə formalaşdı. Bunun səbəbi, filmin bütün musiqilərini elektron birləşdirici köməyiylə hazırlanması idi. Biz filmi izləyərkən filmin kadrlarına uyğun musiqiləri hazırlayırdıq. Bu əməliyyat çox sürətlə gedirdi.[28]
Film musiqilərinin unutulmazlarından biri də Silver Şamrok Hellouin maskası reklamındakı zəng səsi idi. "London körpüsü düşür" musiqisinə bənzər bir tona sahib olan reklam, Hellouin bayramına yalnız səkkiz gün qaldığını ifadə edir və Tommi Li Uallesinn səsindən bütün uşaqlara bir Silver Şamrok[29] maskası almalarını nəsihət edirdi:
|
Saundtrek
redaktə- Orijinal Saundtrek
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Main Title" | 2:55 |
2. | "Chariots Of Pumpkins" | 3:24 |
3. | "Drive To Santa Mira" | 1:53 |
4. | "First Chase" | 3:09 |
5. | "Robots At The Factory" | 2:00 |
6. | "Halloween Montage (announcer: Tommy Lee Wallace)" | 1:38 |
7. | "Hello Grandma" | 4:53 |
8. | "The Rock" | 3:25 |
9. | "Starker And Marge" | 1:53 |
10. | "Challis Escape" | 3:30 |
11. | "South Corridor" | 2:58 |
12. | "Goodbye Ellie" | 4:09 |
- Yeni Saundtrek
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Main Title" | 2:55 |
2. | "Chariots Of Pumpkins" | 3:24 |
3. | "Drive To Santa Mira" | 1:53 |
4. | "First Chase" | 3:09 |
5. | "Robots At The Factory" | 2:00 |
6. | "Halloween Montage (announcer: Tommy Lee Wallace)" | 1:38 |
7. | "Hello Grandma" | 4:53 |
8. | "The Rock" | 3:25 |
9. | "Starker And Marge" | 1:53 |
10. | "Challis Escape" | 3:30 |
11. | "South Corridor" | 2:58 |
12. | "Goodbye Ellie" | 4:09 |
13. | "Hey Boom" | 3:34 |
14. | "Mask Test Tone" | 1:46 |
15. | "I Really Love This" | 1:28 |
16. | "Local Boy, No Way" | 1:28 |
17. | "The Factory" | 0:45 |
18. | "I Think It’s Time" | 1:43 |
19. | "The Man Who Killed" | 2:01 |
20. | "A Pleasure Doing Business" | 3:37 |
21. | "Where Is She?" | 3:30 |
22. | "Halloween III Close / Open" | 2:41 |
23. | "It Will Be Morning Soon" | 2:43 |
24. | "Stonehenge" | 3:28 |
25. | "I Do Love A Good Joke" | 3:28 |
Ölkələrdə çıxış tarixi
redaktəÖlkə | İl |
ABŞ | 22 oktyabr 1982 |
Fransa | 9 mart 1983 |
Almaniya | noyabr 1986 |
Finlandiya | 6 yanvar 1984 |
Portuqaliya | 10 yanvar 1986 |
İsveç | 27 iyun 1983 |
Niderland | 15 mart 1984 |
Norveç | 11 yanvar 1984 |
Avstraliya | 16 iyun 1983 |
Filippin | 16 mart 1985 |
Digər dillərdə
redaktəÖlkə | Adı |
Azərbaycan | Hellouin 3: İfritələrin vaxtı |
ABŞ | Halloween III: Season of the Witch |
Fransa | Halloween III, le sang du sorcier |
Almaniya | Halloween III |
Finlandiya | Halloween III — pahuuden yö |
Portuqaliya | Regresso Alucinante |
İsveç | Alla helgons blodiga natt 3 |
Niderland | Heksenjacht |
İspaniya | Halloween III: El día de la bruja |
Polşa | Halloween III: Sezon czarownic |
Braziliya | Halloween III: A Noite das Bruxas |
Yunanıstan | I nyhta me tis maskes No 3 |
Kanada | Le sang du sorcier |
İtaliya | Halloween III: Il signore della notte |
Meksika | Halloween III — El Imperio de las Brujas |
Argentina | Halloween III — Noche de brujas |
Türkiyə | Cadılar Bayramı III: Cadının Mevsimi |
Mükafatlar
redaktəİl | Mükafat | Layiq görülüb | Kateqoriya | Nəticə |
1983 | Saturn mükafatı[31] | Hellouin 3: İfritələrin vaxtı | Ən yaxşı afişa | Namizəd |
Yayımlanma
redaktə"Hellouin 3" 22 oktyabr tarixində ABŞ-də 1297 film göstərmədə yer almışdır. İlk həftədə 6.333.259 ABŞ dolları həcmində gəliri olmuşdur. Ümumi gəliri isə 14.400.000 6.333.259 ABŞ dolları olmuşdur.[32][33] Filmin gəliri digər film seriyalarından fərqlənir. Çünki, onun gəliri əvvəlkilərinə nisbətən az olmuşdur. Buna baxmayaraq film böyük uğur qazanmışdır.[34][35]
Film ayrıca olaraq Avstraliya, Böyük Britaniya, Almaniya, İsveç, Kanada, Sinqapur, Fransa, İspaniya, Norveç və bu kimi ölkələrin kinozallarında göstərilmişdir. Film müxtəlif mükafatlara və nomisiyalara layiq görülmüşdür.[36][37]
Filmin seriyaları
redaktəİl | Filmlər | Rejissor | Büdcə | Gəlir |
---|---|---|---|---|
1978 | Hellouin | Con Karpenter | $325,000 | $70,000,000 |
1981 | Hellouin 2 | Rik Rozental | $2.5 000,000 | $25,533,81 |
1982 | Hellouin 3: İfritələrin vaxtı | Tommi Li Uolles | $2.5 000,000 | $14,400,000 |
1988 | Hellouin 4: Maykl Mayersin qayıdışı | Duayt H. Littl | $5,000,000 | $17,768,757 |
1989 | Hellouin 5: Maykl Mayersin qisası | Dominik Otenin-Jirard | $3,000,000 | $11,642,254 |
1995 | Hellouin 6: Maykl Mayersin lənəti | Coe Çappelle | $5,000,000 | $15,116,634 |
1998 | Hellouin: 20 ildən sonra | Stiv Miner | $17,000,000 | $73,000,000 |
2002 | Hellouin: Dirilmə | Rik Rozental | $13,000,000 | $37,664,855 |
2007 | Hellouin | Rob Zombi | $15,000,000 | $78 469 884 |
2009 | Hellouin 2 | Rob Zombi | $15,000,000 | $39,421,467 |
Ədəbiyyat
redaktə- Tony Williams, Hearths of Darkness: The Family in the American Horror Film (Madison, N. J.: Fairleigh Dickinson University Press, 1996), p. 219, ISBN 0-8386-3564-4.
- Nicholas Rogers, Halloween: From Pagan Ritual to Party Night (Oxford: Oxford University Press, 2002), p. 111, ISBN 0-19-516896-8.
- Badley, Linda. Film, Horror, and the Body Fantastic. Westport, Conn.: Greenwood Press, 1995. ISBN 0-313-27523-8.
- Baird, Robert. "The Startle Effect: Implications for Spectator Cognition and Media Theory." Film Quarterly 53 (No. 3, Spring 2000): pp. 12 – 24.
- Carroll, Noël. "The Nature of Horror." Journal of Aesthetics and Art Criticism 46 (No. 1, Autumn 1987): pp. 51 – 59.
- Cumbow, Robert C. Order in the Universe: The Films of John Carpenter. 2nd ed., Lanham, Md.: Scarcrow Press, 2000. ISBN 0-8108-3719-6.
- Johnson, Kenneth. "The Point of View of the Wandering Camera." Cinema Journal 32 (No. 2, Winter 1993): pp. 49 – 56.
- King, Stephen. Danse Macabre. New York: Berkley Books, 1981. ISBN 0-425-10433-8.
- Prince, Stephen, ed. The Horror Film. New Brunswick, N. J.: Rutgers University Press, 2004. ISBN 0-8135-3363-5.
- Schneider, Steven Jay, ed. Horror Film and Psychoanalysis: Freud's Worst Nightmare. Cambridge: Cambridge University Press, 2004. ISBN 0-521-82521-0.
- Williams, Tony. Hearths of Darkness: The Family in the American Horror Film. Rutherford, N. J.: Fairleigh Dickinson University Press, 1996. ISBN 0-8386-3564-4.
- Clover, Carol. Men, Women, and Chainsaws: Gender in the Modern Horror Film. Princeton, Princeton University Press, 1993.
- Ian Conrich. "Killing Time and Time Again: The Popular Appeal of Carpenters Horror’s and the Impact of the Thing and Halloween." In The Cinema of John Carpenter: The Technique of Terror, edited by Ian Conrich, and David Woods, 91–106. Wallflower Press, 2005.
İstinadlar
redaktə- ↑ "Halloween Moviesat the Box Office". Box Office Mojo. 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-17.
- ↑ "Filmin büdcəsi və gəliri". [ölü keçid] Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Dino de Laurenstis kompaniyası Arxivləşdirilib 2017-03-14 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ "Filmin mükafatları və Nominasiyaları". [ölü keçid] Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Jim Harper, Legacy of Blood: A Comprehensive Guide to Slasher Movies (Manchester, Eng.: Critical Vision, 2004), p. 103, ISBN 1-900486-39-3.
- ↑ "1982 Domestic Grosses, at BoxOfficeMojo.com Arxivləşdirilib 2015-11-04 at the Wayback Machine. Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Tom Atkins interview, quoted at HalloweenMovies.com Arxivləşdirilib 2012-09-06 at Archive.today Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Tom Atkins Arxivləşdirilib 2015-11-05 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Steysi Helkin Arxivləşdirilib 2015-11-05 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Den O'Harley Arxivləşdirilib 2015-05-27 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Filmin orijinal saundtreki Arxivləşdirilib 2006-09-26 at Archive-It Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Film haqqında maraqlı faktlar İngiliscə Arxivləşdirilib 2022-08-20 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Hellouin 3: İfritələrin vaxtı filmi Con Karpenter Arxivləşdirilib 2009-01-29 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ "Hellouin 3: İfritələrin vaxtı". 2012-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-28.
- ↑ Hellouin 3: İfritələrin vaxtı filminin arxivi Arxivləşdirilib 2012-09-06 at Archive.today Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ "Tommi Li Uolles filmin ssenariyası haqqında". 2007-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-29.
- ↑ Film haqqında Filmedge.net saytında Arxivləşdirilib 2014-10-08 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Film mövzusu Boxofficemojo.com saytında Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Tommi Li Uollesin film haqqında şərhi Arxivləşdirilib 2015-01-23 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Film haqqında Rocer Ebertin şərhi Arxivləşdirilib 2012-10-03 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Tom Burmanın film haqqında şərhi Arxivləşdirilib 2007-03-12 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Film haqqında Rogerobert.com saytında Arxivləşdirilib 2012-10-03 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Filmdə istifadə edilən markalar Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Filmin reytinqi Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Film heyətləri haqqında Arxivləşdirilib 2021-04-14 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Hellouin 3 filmi Movies.nytimes.com saytında Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ "Soundtrack" of Halloween III at HalloweenMovies.com Arxivləşdirilib 2006-09-26 at Archive-It Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Alan Howarth, quoted at TheOfficialJohnCarpenter.com Arxivləşdirilib 2015-05-02 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ "plot" of Halloween III at HalloweenMovies.com Arxivləşdirilib 2012-12-08 at Archive.today Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Filmin arxivi Arxivləşdirilib 2012-12-08 at Archive.today Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ 1983-cü ilin Saturn mükafatçıları Arxivləşdirilib 2011-12-04 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Filmin gəliri haqqında Arxivləşdirilib 2015-11-04 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Filmin mükafatları Arxivləşdirilib 2009-05-30 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Filmin sitatları Arxivləşdirilib 2021-02-05 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Filmin afişaları Arxivləşdirilib 2009-06-07 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Filmin ölkələrdə çıxış tarixi Arxivləşdirilib 2017-02-02 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
- ↑ Filmin mükafatları haqqında Arxivləşdirilib 2016-03-26 at the Wayback Machine Yoxlanılıb: 26 sentyabr 2014
Xarici keçidlər
redaktə- Müxtəlif
- Hellouin seriyasının Rəsmi Saytı
- Con Karpenterin Rəsmi Saytı
- Hellouin 3: İfritələrin vaxtı RottenTomatoes.com saytında
- Hellouin 3: İfritələrin vaxtı Boxofficemojo.com saytında
- Hellouin seriyasının Alman Rəsmi Saytı Arxivləşdirilib 2012-05-08 at the Wayback Machine
- Hellouin filmi Almanca
- Hellouin filmi Fearnet.com saytında
- Hellouin filmi Allmovie.com saytında
- Hellouin 3 filminin müxtəlif afişaları Arxivləşdirilib 2011-11-21 at the Wayback Machine
- Rəsmi
- Hellouin
- Hellouin MySpace profili
- Hellouin cizgi romanları rəsmlər MySpace profili Arxivləşdirilib 2009-10-28 at the Wayback Machine
- Hellouin cizgi romanlarının rəsmi veb saytı
- Hellouin Arxivləşdirilib 2006-01-02 at the Wayback Machine
- Database
- Hellouin filmlərin seriyaları Arxivləşdirilib 2006-05-09 at the Wayback Machine
- Hellouin filmlər
- Hellouin
- Hellouin seriyaları
- Halloween Trancas International Films
- Hellouin müsahibə Arxivləşdirilib 2013-10-08 at the Wayback Machine
- Hellouin Arxivləşdirilib 2008-11-09 at the Wayback Machine
- Maykl Mayers Arxivləşdirilib 2011-07-13 at the Wayback Machine
- Rəsmlər
- Hellouin Arxivləşdirilib 2012-05-01 at the Wayback Machine
- Rəsm və saundtrek