Heyder Eliyev Adina Bag Tbilisi - Wikipedia
Heydər Əliyev adına bağ (gürc. ჰეიდარ ალიევის სახელობის სკვერი) — Tbilisi şəhərində yerləşən skver tipli park. 15 iyun 2004-cü ildə açılmışdı. Bağ Tbilisinin tarixi rayonlarından birində, Abanotubanidə yerləşir.
Heydər Əliyev adına bağ | |
---|---|
gürc. ჰეიდარ ალიევის სახელობის სკვერი | |
| |
Məlumatlar | |
Parkın tipi | skver |
Ölkə | |
Yerləşməsi | Tbilisi, Abanotubani |
Koordinatları | 41°41′20″ şm. e. 44°48′40″ q. u.HGYO |
Sahəsi | 1 ha |
Yaradılıb | 14 iyun 2004 il |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılmışdır. Abidə Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq Əliyev tərəfindən hazırlanmış və postamentin hündürlüyü dörd metrdir.[1]
Tarixi
redaktəBağın salınması
redaktə2004-cü il iyunun 14-də Gürcüstan və Azərbaycan prezidentləri Mixail Saakaşvili və İlham Əliyev ilk ağacları əkməklə. gürcü paytaxtının tarixi mərkəzində bağın əsasını qoydular.[2]
Tbilisi meriyasının məlumatına görə, Heydər Əliyev adına bağın abadlaşdırılması üçün, şəhər büdcəsindən 75000 lari (təxminən, 45 min ABŞ dolları) ayırılıb.
Bağın və Heydər Əliyevin büstünün açılışı
redaktə12 may 2007-ci ildə "Caspian Service" şirkəti tərəfindən yenidən qurulmuş parkın və Azərbaycanın üçüncü Prezidentinin büstünün rəsmi açılış mərasimi olmuşdur. Layihənin memarı F. Axundov, heykəltəraşı isə Azərbaycanın xalq rəssamı Natiq Əliyevdi.[3] Açılış mərasimində Gürcüstan və Azərbaycan prezidentləri Mixail Saakaşvili və İlham Əliyev, hər iki ölkənin Hökumət və Parlament üzvləri, həmçinin diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Büstün postamentlə birlikdə hündürlüyü dörd metr təşkil edir.[4]
İnfrastruktur
redaktəBağın ümumi sahəsi 1,0 ha təşkil edir. Onun ərazisi çoxlu skamyalarla, əkilmiş tinglərlə, ağaclarla və gül kölları ilə boldur. Həmçinin bağın qulluğunu Azərbaycan Dövlət neft şirkətinin Gürcüstandaki nümayəndəliyi çəkir.[5]
İstinadlar
redaktə- ↑ "Tbilisidə Heydər Əliyevin büstü açılıb" (az.). http://anl.az. Archived from the original on 2022-10-19. İstifadə tarixi: 26 dekabr 2023.
- ↑ TBİLİSİDƏ HEYDƏR ƏLİYEV ADINA PARKIN AÇILIŞ MƏRASİMİ Arxivləşdirilib 2014-08-25 at the Wayback Machine
- ↑ ""Caspian Service"-in layihələri". 2013-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
- ↑ В Тбилиси состоялось открытие бюста Гейдара Алиева[ölü keçid]
- ↑ Heydar Aliyev Park, Tbilisi Arxivləşdirilib 2013-11-02 at the Wayback Machine (ing.)
Xarici keçidlər
redaktə- "Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Tbilisidəki nəbatət bağında xatirə nar bağı salınıb" (az.). https://realnews.ge. 11.05.2023. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2023.
- "Heydər Əliyev: Gürcüstanda yaşayan azərbaycanlılar aborigen xalqdır" (az.). https://xalqqazeti.az. 29.10.2023. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2023.