Heyder Eliyev Adina Stadion - Wikipedia
Heyder Eliyev Adina Stadion - Wikipedia - Haqqında Məlumat
Heydər Əliyev adına stadion və ya Heydər Əliyev adına İmişli şəhər stadionu — Azərbaycanın İmişli şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 8.500 nəfər[2] olan stadionunun açılışı Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində stadionda yenidənqurma işləri aparılması nəticəsində 2006-cı ilin mart ayının 23-də Prezident İlham Əliyev tərəfindən İmişliyə səfəri zamanı baş tutmuşdur.[3] "İmişli" futbol klubu ev oyunlarını bu stadionda keçirir. 2006-cı il aprelin 26-da UEFA tərəfindən lisenziya alan bu stadionda 2006-2007 mövsümündə «MKT-Araz» komandası Moldovanın «Tiraspol» komandası ilə İntertoto kubokunun ev oyununu keçirib.[4]
Heydər Əliyev adına stadion | |
---|---|
Tam adı | Heydər Əliyev adına İmişli şəhər stadionu |
Yeri | İmişli şəhəri, Abbasqulu bəy Şadlinski, AZ3000[1] |
Açılış tarixi | 2006-cı il, 23 mart |
Tamaşaçı tutumu | 8.500 |
Ev sahibi komanda | İmişli FK |
İmişli şəhər stadionu Azərbaycanın Ulu Öndəri, Heydər Əliyevin adını daşıyır.
İstinadlar
redaktə- ↑ "Heydər Əliyev adına şəhər stadionu". https://kataloq.gomap.az. Archived from the original on 2022-12-05.
- ↑ World Stadiums - Stadiums in Azerbaijan (Dünya Stadionları - Azərbaycanda Stadionlar)[https://web.archive.org/web/20200216070604/http://www.worldstadiums.com/middle_east/countries/azerbaijan.shtml Arxivləşdirilib 2020-02-16 at the Wayback Machine (ing.)
- ↑ Səməd HÜSEYNOĞLU. "İMİŞLİ: qədim Mil-Muğan düzünün abad diyarı" (az.). http://www.anl.az. Archived from the original on 2022-12-05.
- ↑ "ARAŞDIRMA: "AZƏRBAYCANDAKI 100-DƏK FUTBOL ARENASININ ƏKSƏRİYYƏTİ YENİDƏN QURULMALIDIR"". 2019-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.
Xarici keçidlər
redaktə- "İmişli şəhər stadionundan - FOTOREPORTAJ" (az.). https://futbolpress.az/. 05.12.2022 tarixində arxivləşdirilib.
- Emil Nəsirov. "Bakıdan Ağdama qədər: Azərbaycanın futbol arenaları – VİDEO" (az.). https://1news.az. 06.12.2022 tarixində arxivləşdirilib.