Heydelberq - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Heydelberq — Almaniyada şəhər.
Heydelberq | |
---|---|
Heidelberg | |
49°24′44″ şm. e. 8°42′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 114 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 6221, 6202 |
Poçt indeksi | 69001 |
Nəqliyyat kodu | HD |
Digər | |
heidelberg.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisinin sayı 147 min nəfərdir. Ştutqart və Frankfurt-Mayn şəhərləri arasında yerləşir. Ərazisi 108.84 km²-dır.
Bir vaxtlar Heydelberq Avropanın elm və mədəniyyət mərkəzlərindən biri olub. Burada dünyanın ən yaxşı universitetlərindən biri sayılan Heydelberq Universiteti yerləşir.
Coğrafiya
redaktəAlmaniya'nın Baden-Vürtemberq əyalətində yerləşir. Reyn və Nekkar çaylarının arasında qalan vadidə yer almışdır (Rhein-Neckar Kreis). Haydelberq, Manhaym'dən təxminən 20 dəqiqə uzaqlıqda yerləşir. Haydelberq ümumi olaraq dağlıq şəhərdir, ən yüksək yeri Königstuhl (568m) və Gaisberg (375m) dir. Şəhərdən Nekkar çayı keçir. Şəhər, Odenwald meşəsinin içində yerləşir. Heydelberq ərazi etibarilə Almaniya'nın mərkəz bölgəsində yer aldığına görə, şəhərdə çox sayda əncir və badam ağacları yetişir.
Tarixi
redaktəŞəhərin tarixi qədim dövr Roma İmperiyası dövrlərinə dayanır. Xüsusi ilə şəhərin bugünkü Neuenheim bölgəsində Romalıların izlərinə rast gəlmək mümkündür. Orta əsrlər dövründə şəhər daha çox ətrafında yerləşən qəsəbə və şəhərlərə bağlı qalmışdır. 1225-ci ildən yenidövr başlanğıcına qədər kraliyyətin məskunlaşma yeri olmuşdur. Bu səbəbdən bu bölgəyə "Kurpfalz" deyilir. Heydelberq universiteti bu zamanlarda yəni 1386-cı ildə qurulmuşdur və Almaniyanın ən qədim universitetidir. 17-ci əsrin ikinci yarısının sonlarına doğru şəhər fransızların hücumuna məruz qalmışdır hətta bəzi yerləri fransızlar tərəfindən ələ keçirilmişdir. O dövrlərdə qədim şərəh (Altstadt) və Saray təxribata uğramışdır. 1840-cı ildə tikilən Mannheim-Heydelberq dəmir yolu Baden bölgəsində ilk dəmir yolu olaraq tarixə keçmişdir.
1930-cu ildə universitenin yeni binasının inşaatına başlanmılmşdır. 1930-cu ildə Nazilərin iqtidara gəlməsi səbəbi ilə Heydelberq univesiteti bir çox yəhudi tələbə və professorlarını itirmişdir. İkinci dünya müharibəsindən sonra, Almaniyanın müharibədən dağılmadan qalmış olan şəhərlərindən biridir. Müharibə sonrasında ABŞ işğalında qalan şəhər, uzun illər Amerikan ordusu tərəfindən hərbi baza olaraq istifadə edilmişdir. Bu gün xüsusi ilə şəhərin, "qədim şəhər" (Altstadt) və Sarayı UNESCO tərəfindən dünya insanlıq mirası siyahısında yer almışdır.
İqtisadiyyat
redaktəŞəhər əsasən bir mədəniyyət şəhəri kimi tanınır və bundan dolayı sənayeləşməmişdir. Bununla belə dünyada məşhur olan çap maşınları istehsal edən "Heidelberger Druckmaschinen AG" bu şəhərdə yerləşir.
Heydelberq çap maşınlarını bütün dünya bir nömrə kimi qəbul edir.
Siyasət
redaktəŞəhər şurası 40 üzvdən ibarətdir. Şəhərdə Şura seçkiləri beş ildən bir keçirilir.
Qardaşlaşmış şəhərlər
redaktəMətbuat
redaktəRhein-Neckar Bölgəsinin gündəlik qəzeti (Rhein-Neckar Zeitung) Heydelberqdə nəşr olunur.
Təhsil
redaktəHeydelberq Universiteti ilə dünyada şöhrəti olan bir şəhərdir. Universitet 2 hissədən ibarətdir şəhəri çayın bölməsi səbəbi ilə universitət də iki hissəyə ayrılmışdır. "Qədim şəhər" tərəfində qalan hissəsində daha çox sosial və sənət fakültələri mövcuddur. Yeni hissəsində isə əsasən Təbiət bilimləri və Tibb fakültəsi mövcuddur. Şəhərdə həmçinin Xərçəng xəstəliyini araşdırma mərkəzi, "Max Plack instutu", və Avropa molekulyar biologiya laboratoriyası mövcuddur.
Mədəniyyət və turizm
redaktəŞəhərin ən önəmli tarixi tikilisi Saraydır. Dövrümüzdə Saray abidəsinin bir çox hissəsi dağılmış vəziyyətdədir. Sarayın içində Alman aptek muzeyi (Deutsches Apotheken-Museum) və qədim, böyük bir çəllək (Das Große Fass) mövcuddur. Nekkar üzərində tapılan və 1248-ci ildə inşa edilən, xalq arasında qədim körpü (Alte Brücke) deyilən körpünün əsl adı "Karl-Theodor-Brücke"dir. Qədim şəhərin mərkəzində yerləşmiş "Heiliggeistkirche", şəhərin ən məşhur kilsəsidir.
Şəhərin baxılması lazım olan yerləri və bəzi muzeylər :
- Qədim universitet binası və tələbə həbsxanası (alte Aula ve Studentenkarzer).
- Universitet kitabxanası.
- Saray.
- Fridrix Ebertin doğulduğu ev.
- Filosoflar yolu (Philosophenweg).
- Sənət muzeyi (Kurpfälzisches Museum).
- Botanika baxçası.
- Carl Bosch Muzeyi
- Haus zum Ritter
Panorama
redaktəŞəkillər
redaktə-
Qış gecələri
-
Rhein-Neckar çayı
-
Heydelberqdə müasir laboratoriya
-
Payız fəsli
-
Heydelberqdən bir görüntü
-
Universitet kitabxanası
-
Ritter oteli
-
Yay gecələri
-
Heydelberq universitetinin ümumi görünüşü
-
Heydelberq universitetinin iclas zalı
-
Mərkəzi hissə
-
Şəhər mərkəzi
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://www.destatis.de/DE/ZahlenFakten/LaenderRegionen/Regionales/Gemeindeverzeichnis/Administrativ/Aktuell/05Staedte.html.
- ↑ Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2018 (4. Quartal). Federal Statistical Office.
- ↑ Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2023 (alm.). DESTATIS, 2024.