Hikmet Elizade - Wikipedia
Hikmət Əlizadə (tam adı: Hikmət Əbdül Əlizadə) pedaqoji elmlər doktoru, professor, Elm və Təhsil Nazirliyi (Azərbaycan) yanında İctimai Şuranın üzvü
Hikmət Əlizadə | |
---|---|
Hikmət Əbdül Əlizadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Əbdül Əlizadə |
Elm sahələri | pedaqogika, Sosial pedaqogikanın demoqrafik problemləri |
Elmi dərəcəsi | pedaqoji elmlər doktoru(1985) |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Həyatı
redaktəHikmət Əlizadə 01 Sentyabr 1956-cı ildə Bakı şəhərində anadan olub, 1963-1973-cü illər orta məktəbdə təhsilini başa vurub 1973-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki N.Tusi adına ADPU) ümumi texniki fənlər fakültəsinə qəbul olub. 1978-ci ildə isə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1978-ci ildə sentyabr ayindan 9 nömrəli internat məktəbində müəllim vəzifəsində çalışıb. 1984-cü ildən BDU-da pedaqogika kafedrasında müəllim, dosent, professor vəzifələrində işləyir. 2006-cı ildən “Sosial elmlər və psixologiya” fakültəsinin dekanıdır. Ailəlidir, iki övladı var.
Fəaliyyəti
redaktə(elmi-pedaqoji)
- 1978-ci ilin sentyabr ayindan 9 saylı internat məktəbində müəllim;
- 1980-1984-cü illərdə pedaqogika ixtisası üzrə aspirant(SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki ADU-i));
- 1984-ci ildən Bakı Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında assistant;
- 1985-ci il, pedaqoji elmlər namizədi(Tbilisi şəhərində N. Qodebaşvili adına Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutu);
- 1987-ci ilin dekabr ayından müsabiqə yolu ilə BDU-nun pedaqogika və psixologiya kafedrasında dosent;
- 1996-cı il, pedaqoji elmlər doktoru, “Tərbiyənin demoqrafik problemləri” mövzusu, Azərbaycan Respublikası ETPEİ
- 1998-ci ilin may ayından BDU-nun “Pedaqogika” kafedrasının professorudur.
2006-cı ildən “Sosial elmlər və psixologiya” fakültəsinin dekanıdır.
Əsərləri
redaktə(seçilmiş əsərləri)
- Pedaqogika tarixində sosial pedaqoji ideyalar. Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası. Bakı, 2006, №3, s.139-147.
- Şaqirdlərin tərbiyəsində asudə vaxtın rolu. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Elmi əsərləri., Bakı 2007, №1, s.166-170.
- Ailədə uşaqın sosial inkişaf şəraiti - ətraf mühitin sosial komponentidir. Bakı Dövlət Universiteti akademik Həsən Əliyevin 100 illiyinə həsr olunmuş “Ekoloqiya: təbiyət və cəmiyyət problemləri”. Beynəlxalq elmi konfrans 8-9 noyabr, Bakı, 2007.
- “Qloballaşma şəraitində müasir pedaqogika elminin aktual problemləri” Beynəlxalq elmi-praktik konfransının materialları, Bakı, 2007, s.595.
- Demokratiya Azərbaycanın seçdiyi və inamla irəlilədiyi yoldur. Ü.Şəfiyevlə birqə. “Azərbaycan” qəzeti, 29 noyabr, 2007, s.3.
- Şaqirdlərin vaxt büdcəsivə ünsiyyət tələbatının təmin edilməsi. Elmi-praktik konfransının materialları. 2007, с.74-76.
- Milli fəlsəfə dərsliyi. Q. Abbasova ilə birqə. “Xalq” qəzet, 8.12.07.
- “Yeni sosiologiya dərsliyi”. Q. Abbasova ilə birqə. «Xalq qəzeti», 4.04.2008, Bakı, 2008, s.3.
- Yazıçı və zaman. «Mir Cəlal Paşayevin sosial pedaqoji baxışları». Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. s.303-305.
- Əsrin meqameylləri psixoloji problemləri. Ə.Əlizadə ilə birqə. I cild. Monoqrafiya. ADPU-nun nəşriyyatı. Bakı, 2008, s.479.
- Əsrin meqameylləri psixoloji problemləri. Ə.Əlizadə ilə birqə. II cild. Monoqrafiya. ADPU-nun nəşriyyatı. Bakı, 2008, s.598.
- Əsrin meqameylləri psixoloji problemləri. Ə.Əlizadə ilə birqə. III cild. Monoqrafiya. ADPU-nun nəşriyyatı. Bakı, 2008, s.501.
- Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya qiriş. Ə.Əlizadə ilə birqə. Monoqrafiya. ADPU-nun nəşriyyatı. Bakı, 2008, s.479.
- Təhslin sosial pedaqoji məsələləri. Q.Abbasova R. Mahmudova ilə birqə. Dərs vəsaiti. Turan evi nəşriyyatı. Bakı, 2008, s.202.
- Sosial işin bəzi aktual problemləri. Q.Abbasova R. Mahmudova ilə birqə. Müasir dövrdə sosial-siyasi və iqtisadi problemlər» (Məqalələr toplusu). II buraxılış. Bakı, 2008, s.71-78
- Pedaqoji psixologiya. Proqram. Bakı,BDU,2011,3 ç.v.
- «Pedaqogikanın əsasları» dərs vəsaitinə rəy. Bakı, BDU, 2011, 18 ç.v.
- «Ali məktəb pedaqogikası» dərs vəsaitinin redaktoru. Bakı, BDU, 2011, 15 ç.v.
- Sosial elmlər və psixologiya -20. kitab. Bakı, BDU, 2011, 9,3 ç.v.
- Azərbaycan təhsilində təxəyyül mərhələsi (R.Mahmudova) Məq. V Beyn. Təhsil Forumu, Kipr, XI 2015
- Ali məktəb mühazirəsi və onların tipləri (L.Qasımova) Məq. VII Resp. E. Pr. Konfr. Mat. B. V. 2015, s. 213-215
- Ümumi təhsil kurikulumun əsasları (M.İsmixanov) dərs vəsaiti Elmi redak. B., ADPU, 2015, 12,5 ç.v.
- Pedaqogika (R.Hüseynzadə) dərslik Rəy B., ADPU, 2015, 20 ç.v.
- The role of the “teacher-student” relations in the formation of “residual” knowledge (R.Mahmudova) (İmprapakt-faktorlu jurnal) Məq. Indian Journal of Fundamental and Applied Life Sciences 2015, s. 911-918
- The psychological Analysis of Factors Influencing the Development of Intergenerational Relationships in Family. Məqalə, İmpact Factor jurnal. 2016
- Multicultural Family in the Modern World. Məqalə, “Family in Situation of conflict and danger” adlı beynəlxalq konf. Polşa 2016
- Sürekli eğitim kimliğinin sosyallaşması faktörü (həmmüəllif). Məqalə, VII Uluslararası eğitim yönetimi forumu. Kipr noyabr, 2016
- Fasiləsiz təhsil sistemi və şəxsiyyətin sosiallaşması problemi. Tezis, SEP –25, Resp. e/konf, XII.2016 s. 140-142
- Tələbələrlə fərdi işin aparılmasına dair. Məqalə, Resp. e/k. V, 2016, s. 237-239
- Təhsilin əsasları (M.İsmixanov) dərslik. E/red., B, ADPU, 2016, 13 ç.v
- Ali məktəb pedaqogikası (M.İsmixanov) dərs vəsaiti. B, ADPU, 2016, 15 ç.v
- Ümumtəhsil kurikulumun əsasları, dərslik. E/red., B, ADPU, 2016, 12,5 ç.v
- Yeni təhsil konsepsiyası inkişaf nəzəriyyəsi müstəvisində, Məqalə. // IX resp. e/konf, 4 may 2017, səh. 53-54
- Ənənəvi təlimdən yeni pedaqoji təfəkkürə gedən yol, Məqalə // Resp. e/konf, 6 dekabr 2017. səh. 11-16
100-dən artıq elmi əsərin, o cümlədən 10 kitab, 2 dərs vəsaiti, 5 monoqrafiyanın, 6 proqramın, 4 metodik tövsiyənin müəllifidir.
Xarici keçidlər
redaktə- “Şöhrət” ordenli müəllim, alim[1]
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)[2]
- Hikmət Əlizadə: Keyfiyyətli müəllim uğurlu təhsilin əsasıdır[3]
[[Kateqoriya:Azərbaycan alimləri]