Hikmet Nezerli - Wikipedia
Hikmət Nəzərli (7 mart 1966, Bakı – 26 fevral 1992, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.[1]
Hikmət Nəzərli | |
---|---|
Hikmət Baba oğlu Nəzərli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 mart 1966 |
Doğum yeri | |
Vəfat tarixi | 26 fevral 1992 (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Naməlum |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktə7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur.
Döyüşlərdə iştirakı
redaktəAğdam rayonunda Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral Ermənistan Silahlı Qüvvələrinin Xocalıda vəhşilikər törətdikləri zaman[2] Hikmət idarə etdiyi maşınla ermənilərə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradırdı.
Bu döyüşdə xeyli erməni əsgərini öldürən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir sonrakı taleyi barədə heç bir məlumat yoxdur.
Ailəsi
redaktəAiləli idi, bir övladı var.
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, general Baba Nəzərlinin oğludur.[3][4]
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 230.
İstinadlar
redaktə- ↑ "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2018.
- ↑ de Waal, Thomas. Black garden: Armenia and Azerbaijan through peace and war. ABC-CLIO. 2004. 172–173. ISBN 0-8147-1945-7. 3 iyun 2016 tarixində arxivləşdirilib.
- ↑ "Nazir müavininin itkin düşən oğlu". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
- ↑ "MTN-dən sirli qaçışın hekayəti". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.