Hil Mescidi - Wikipedia
Hil məscidi — 1912-ci ilə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qusar rayonunun Hil kəndində yerləşir.
Hil məscidi | |
---|---|
41°27′58″ şm. e. 48°20′34″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Hil, Qusar |
Tikilmə tarixi | 1912 |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi adı: İNV № 4680 | |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
redaktəHil kənd məscidinin tikintisinə kənd camaatının ianələri ilə 1908-ci ildə başlanılıb.[1] Bünövrəsində çay daşlarından, qalan hissələrində isə çiy kərpicdən istifadə olunub. İnteryeri müxtəlif ornamentlərlə bəzədilib.[1] Damı dəmir təbəqə ilə örtülüb. Günbəzdən başqa, məscidin künclərində dörd dəmir minarə qoyulub.[2] Onların hər birinin hündürlüyü 4 metrdir.[3] 1912-ci ildə dindarların istifadəsinə verilib.[4] Məscidin daxilində 300 nəfər birlikdə namaz qıla bilər, ikinci mərtəbədə qadınların ibadət etməsi üçün geniş otaq var.[5]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[6] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[7] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[7][8] Hil məscidi də bu dövrdə ibadətə bağlanıb. Məscidin binasından klub və anbar kimi istifadə olunub.[3]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid təkrar dindarların istifadəsinə verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9]
2013-cü ildə məscid qəzalı vəziyyətə düşüb.[3] 2019-cu ildə məsciddə əsaslı bərpa işləri həyata keçirilib.[10] Məscidin çöl divarları suvanıb, qapı və pəncərələri və dam örtüyü yenilənib.[10][11]
Şəkilləri
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Məscid Hill kəndi". irs.gov.az. 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
- ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 128. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
- ↑ 1 2 3 "Qusarda "Tac Mahal": Hil kənd məscidi » Shimal News". Shimal News (az.). 2021-07-28. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
- ↑ Kərimova, Sədaqət. Qusar qusarlılar (ensiklopedik toplu) (PDF) (az.). Bakı: Ziya nəşriyyatı. 2011. 126. ISBN 978-9952-34-579-7. 2021-10-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-12.
- ↑ "Qusarın bir əsrlik tarixi olan "Tac-Mahal" məscidi - VİDEO". Oxu.az (az.). 2022-12-15. 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
- ↑ Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 "Qusarın Hil kəndində ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan məscid təmir edilib". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2019-08-02. İstifadə tarixi: 2024-09-12.
- ↑ Hüseyn, Fərid. "Eşq mülkündən Allah evinə... - REPORTAJ". kaspi.az (az.). 2021-08-21. 2024-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.