Holland Parki London - Wikipedia
Holland parkı — İngiltərədə, London şəhərinin qərbində, Kensinqton və Çelsi borosunda yerləşən bölgə və ictimai park.
Holland parkı | |
---|---|
51°30′13″ şm. e. 0°12′15″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | 22 ha |
Vikianbarda əlaqəli mediafayllar |
Holland Park gözəl və geniş parkdır. Viktoriya dövründən qalma qəsəbə evləri, yüksək səviyyəli restoranları və alış-veriş mərkəzləri ilə məşhurdur. Holland Park ətrafında Kensinqton küçəsi, Nottinq təpəsi, Holland Park küçəsi, Vestborn, Klarendon qovşağı və Ledbərn kimi yerlər yerləşir.
Rəsmi sərhədləri olmasa da Kensinqton küçəsinin cənubunda, Hollan küçəsinin qərbində, Hollan Park küçəsinin şimalında və Kensinqton Kilsəsi küçəsinin qərbindədir. Holland Park küçəsində 4 yaşayış məntəqəsi yerləşir: Norland, Holland, Pembric və Kampden.
Tarixçə
redaktəXIX əsrə qədər boş ərazi idi. Ərazinin çoxu I Yakov dövründə Holland evi adlı iqamətgaha aid torpaq parçasının bir hissəsi olmuşdur.
Əsrin son onilliyində bir neçə dəfə sahibi dəyişən ərazini əhatə edən sahələr satılmış və həmin bölgə də öz adını bu evin adından almışdır. Parkda hal-hazırda da bu iqamətgahın bir hissəsi qorunmaqdadır.
Holland parkı indi 10 milyon funt-sterlinq qiymətə sahib evləri ilə Londonun ən bahalı iqamət yerlərindən biridir. Bəzi ölkələrin səfirlikləri burada yerləşir.
Haqqında
redaktəHolland parkının sahəsi təxminən 22 hektardır və Qərbi Londonun ən romantik və gözəl parkıdır.
Parkın şimal yarısı yabanı ağaclarla, mərkəzindəki Holland evi ətrafında isə bir neçə bağça və ən cənubunda ziyarətçilərin istifadə edib dincəldikləri bölgə yerləşir.
Holland evi İkinci dünya müharibəsi zamanı, 1940-cı illərdə bombardmana məruz qalmışdır, ancaq 1952-ci ildə evin qalıqları London Qraflıq Şurası tərəfindən özəl mülkiyyətin sonuncu sahibi VI İlçester qrafı Jil Foks-Strencueydən satın alınmışdır. Parkda istixana, nəhəng şahmat meydanı, bir kriket meydançası, tennis kortları, bir yapon bağçası, bir gənclər yataqxanası, Londonun ən yaxşı dizayn edilmiş uşaq meydançası yerləşir. Parkda sincablar və tovuzquşularını görmək mümkündür
2010-cu ildə parkın bir hissəsini gicitkən kimi bitkilərdən təmizləmək üçün donuzlara ayırmışdılar. 12 aydan sonra yeni bitki və çiçək örtüyü gətirilmişdir. İndi Holland evinin qalıqları Holland parkı Operasına xidmət edən açıq hava altındakı Holland parkı teatrı üçün istifadə olunur.
Yaşıl damlı Birlik İnstitutu parkın cənubundadır.
Qalereya
redaktə-
Qışda hovuz və ağac.
-
Yay mövsümü
-
Kioto bağı
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Holland Parkın xəritəsi Arxivləşdirilib 2015-01-20 at the Wayback Machine
- The local council's page on the park
- Friends of Holland Park Arxivləşdirilib 2013-06-06 at the Wayback Machine
- Opera Holland Park Arxivləşdirilib 2009-07-19 at the Wayback Machine