Hrazdan Rayonu - Wikipedia
Hrazdan və ya Razdan rayonu[2] (1930–1959-cu illərdə Axta rayonu) — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon. Qərbi Azərbaycanın tarixi Dərəçiçək mahalı ərazisində yerləşirdi.
Rayon | |
Hrazdan rayonu | |
---|---|
İnzibati mərkəz | Hrazdan |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 09.09.1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi | 28 903[1] (1989) nəfər |
Tarixi
redaktə1930-cu il sentybarın 30-da yaradılıb. 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kv.km-dir. Rayon mərkəzi Hrazdan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 km-dir.
Axta rayonu ərazisindən Zəngiçay və onun qolu Böyükçay (dəyişdirilmiş adı Marmarik) axıb gedir. Axta rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Axtadan Şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb. Bu yerlər həmişə İrəvan xanlarının diqqət mərkəzində olub. İrəvan xanlarından Pənah xanın buradakı sarayı XX əsrin 60-cı illərinə kimi saxlanılmışdı.
Dərəçiçək mahalının Şimalından Böyük Qarakilsəyə qədər uzanan Teş dağları Gürcüstan ağzına gedib çıxır. Tədqiqatçılar "teş" sözünün dış sözünün fonetik forması olduğunu və bu kəlimənin Dış Oğuzların sərhəddini göstərdiyini bildirirlər. Maraqlıdır ki, ermənilər də bu sözü dırs kimi "bayır", "çöl" anlamında işlədirlər.
Kitabi Dədə Qorqud boylarında adı çəkilən Altuntaxtın da Dərəçiçəkdə olduğu haqqında da araşdırmalar aparılıb. Doğrudan da Dərəçiçəkdə Misxana kəndindən Şimal Şərqdəki yaylağın adı Altuntaxt yaylağıdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Axta rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Dərəçiçək | Tsaxkadzor | … |
Ərzəkənd | Arzakan | … |
Paşakənd | Marmarik | 03.01.1935 |
Dədəqışlaq | Axundov | 04.05.1939 |
Tayçarıx | Meğradzor | 31.05.1946 |
Babakişi | Haxavanadzor | 15.07.1948 |
Misxana | Ankavan | 01.12.1949 |
Aşağı Axta | Hrazdan | 30.06.1959 |
Axta rayonu | Hrazdan rayonu | 30.06.1956 |
Yuxarı Axta | Lernanist | 25.01.1978 |
Təkəli (Dərəçiçək) | Artavaz | 19. IV.1991 |
Mənbə
redaktə- ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 75
İstinadlar
redaktə- ↑ "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
- ↑ Раздан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 75.
Xarici keçidlər
redaktə- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. [ölü keçid]
- İndiki Ermənistan qədim türk yurdu idi [ölü keçid]
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı [ölü keçid]