Hulusi Kilic - Wikipedia
Hulusi Kılıç (türk. Hulusi Kılıç; 1 yanvar 1956) — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2008–2012[1]), Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri (2022 — indiyə kimi)[2]
Hulusi Kılıç | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1956 (68 yaş) |
Təhsili | |
Fəaliyyəti | diplomat |
|
|
Təltifləri |
Həyatı
redaktəAiləsi
redaktəEvlidir və iki övladı var.[3]
Təhsili
redaktəRəşadiyyə liseyini bitirdikdən sonra Hacettepe Universitetində Fransız dili və Ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. Bakalavr təhsilini bitirdikdən sonra həmin ixtisas üzrə də magistr pilləsindən məzun olmuşdur. Daha sonra isə Strasburq Universiteti Siyasi Elmlər fakültəsinində Beynəlxalq münasibətlər ixtisasını bitirmişdir. Okan Universiteti fəxri elmi üzvüdür.
Karyerası
redaktəTəhsilini bitirdikdən sonra Türkiyəyə geri dönmüş, 1977-ci ildə Türkiyə Xarici İşlər Nazirliyi İnsan Resursları idarəsində namizəd idarəçi məmur olaraq çalışmışdır. 1978-ci ildə Strasburq konsulluğuna dəftərxana məmuru, Çox Tərəfli Münasibətlər Müdirliyində məmur, 1985-ci ildə Əlcəzair səfirliyində III katib, 1988-ci ildən Bolqarıstan səfirliyində II katib kimi vəzifələrdə çalışmışdır.[3] Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2000–2005-ci illərdə, Türkiyə Respublikasının Hələbdəki baş konsulu təyin olunmuşdur.[3] 2005-ci ildə Protokol Müdir İdarəsində səfir kimi sədr köməkçisi kimi çalışmışdır və mart, 2008-ci ildən, 2012-ci il, sentyabr ayına kimi. Türkiyə Respublikasının Azərbaycandakı səfiri olmuşdur. 2012-ci ildən isə Xarici İşlər Nazirliyində Afrika üzrə İkili Siyasi İşlər Müdirliyi vəzifəsində çalışmaqda idi, lakin 2015-ci ilin fevral ayında, TBMM-ə seçkilərdə iştirak etmək üçün vəzifəsindən istefa verdi, yalnız seçilə bilmədikdən sonra yenidən əvvəlki vəzifəsinə geri döndü.[3] 2012–2016-cı illərdə Türkiyə Xarici İşlər Nazirliyində Afrika Məsələləri Ümumi Müdiri kimi çalışmışdır. 2016–2018-ci illərdə Moldovada Türkiyənin səfiri olmuşdur.[4] Bundan başqa müstəqil üzv kimi Petkim idarə heyətində çalışmışdır.[5] Hal-hazırda Türkiyənin Moldovadakı səfiridir.[3]
Əsərləri
redaktə- Türkiyə ilə Yunanıstan arasında Respublika dövründə imzalanan müqavilələr, mühüm sənədlər və bəyannamələr (türkcə, 1990)
- Türkiyə ilə Yunanıstan arasında Respublika dövründə imzalanan müqavilələr, mühüm sənədlər və bəyannamələr (ingiliscə, fransızca, 2000)
Mükafatları
redaktə- 13.09.2012 — "Dostluq" ordeni[6].
- 2018-ci ilin fevral ayının 2-də Moldova respublikasının prezidenti tərəfindən Şərəf Ordeni ilə mükafatlandırılmışdır.
- Qaqauziya başqanı İrina Vlax, 2018-ci ilin fevral ayının 23-də Qaqauziya Muxtar Bölgəsinin ən yüksək ordenini vermişdir.
İstinadlar
redaktə- ↑ İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir Arxivləşdirilib 2017-02-04 at the Wayback Machine. president.az, 13.09.2012 (az.)
- ↑ "Arxivlənmiş surət". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- ↑ 1 2 3 4 5 6 "Hulusi Kılıç". 2012-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-14.
- ↑ "Azərbaycan sevdalı türk diplomat". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-16.
- ↑ Kılıç, Hulusi. "Hulusi Kılıç". 2015-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-14.
- ↑ "Hulusi Kılıçın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2012-ci il tarixli, 2433 nömrəli Sərəncamı Arxivləşdirilib 2018-09-30 at the Wayback Machine. e-qanun.az (az.)