Hveryon - Wikipedia
Hveryon (kor. 회령시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimal-şərqində yerləşən Hamqyon-Pukto vilayətində şəhər. Şəhər, Tümen çayının sahilində yerləşir, çayın digər sahilində isə Çin Xalq Respublikasının Cirin vilayəti yerləşir. Sanhe (çin. 三合鎮) qəsəbəsi Çində yerləşən ən yaxın yaşayış məntəqəsidir. Hveryon, Kim İr Senin ilk həyat yoldaşı və Kim Çen İrin anası Kim Çen Sukun doğum yeri olaraq qəbul edilir. Şəhər Yaponiya hakimiyyəti altında "Kayney" olaraq bilinirdi.
Şəhər | |
Hveryon | |
---|---|
회령시 | |
42°26′22″ şm. e. 129°45′00″ ş. u.HGYO | |
Ölkə | Şimali Koreya |
Vilayət | Hamqyon-Pukto |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+8:30 |
Əhalisi | |
Əhalisi | 153,532[1] nəfər (2008) |
Rəsmi dili | Koreya dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +850 49хххххх |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərdən 20 km uzaqlıqda 22 saylı Konsentrasiya Mərkəzi (Hveryon Konsentrasiya Mərkəzi) yerləşir.[2][3].
Tarixi
redaktəHveryon, öz xalqını Yalu çayının şimalında yaşayan düşmən köçəri xalq olan Çurçenlərdən qorumaq üçün Coson kralı Böyük Seconun (1418—1450) əmri ilə yaradılmış altı qarnizon məntəqələrindən (Hanqıl: 육진, Hansa: 六鎭) biri idi.
2007-ci ilin may ayının əvvəlində yeni təyin olunmuş KXDR baş naziri özüylə birlikdə Cənubi Koreyada hazırlanan 1 vaqonluq ekipaj və 3 vaqonluq sement gətirmişdir. Məhsulları Hveryon Xalq Komitəsinə göndərdikdən sonra komitə, Hveryon şəhərini Kim Çen Sukun doğulduğu yer olduğundan bəzəmək əmri vermişdir.
Həmin ay, Şimali Koreyanın yaxın tarixində ilk dəfə olaraq ictimai etiraz baş vermişdir. Konsentrasiya mərkəzinin bir gözətçisi, məhbuslardan birinə yemək verdiyinə görə, ailəsinin təhlükəsizliyi üçün Hveryon konsentrasiya mərkəzindən ayrılmağa məcbur edilmişdi.[4]
İnzibati bölgü
redaktəHveryon şəhəri 19 tonqa (qonşuluq) və 28 riyə (kənd) bölünmüşdür:
|
|
İqtisadiyyat
redaktəHveryonun əsas sənaye filialları mədən maşınları və kağız dəyirmanıdır. Bundan başqa, ərazidə çoxlu sayda mədən mövcuddur. KİV məlumatlarına görə, 2017-ci ildə Hveryonun adi sakinləri gündə 3-4 saat elektrik alırlar.[5]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Pxenyan: KXDR Mərkəzi Statistika İdarəsi, 2008 Əhalinin siyahıya alınması Arxivləşdirilib 2010-03-31 at the Wayback Machine.
- ↑ Hauk, Deyvid. "The Hidden Gulag" (PDF) (ingilis). U.S. Committee for Human Rights in North Korea. 2003. 2022-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-09.
- ↑ "North Korea: Political Prison Camps" (PDF) (ingilis). Amnesty.org. 2012-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-10.
- ↑ "Arxivlənmiş surət". 2009-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- ↑ Şim, Elizabet. "North Korea supplies high-voltage electricity to border fence". UPI. 12 iyul 2017. 2017-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
Ordinary North Koreans in Hoeryong, North Hamgyong Province, on the other hand, are supplied with electricity for about 3 to 4 hours a day, the North Korean source said.
Ədəbiyyat
redaktə- Dormels, Reyner. North Korea's Cities: Industrial facilities, internal structures and typification. (azərb. Şimali Koreyanın Şəhərləri: Sənaye obyektləri, daxili strukturlar və tipləşdirmə) Cimondan, 2014. ISBN 978-89-6297-167-5
Xarici keçidlər
redaktə- Naenara-da Hveryon şəhəri şəkil albomu Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- 4 qalanın və 6 qarnizon məntəqəsinin mövqeyi Arxivləşdirilib 2007-06-14 at the Wayback Machine
- Hveryon şəhərinin profili[ölü keçid]