Hyue Doyusu - Wikipedia
Hyue döyüşü — Vyetnam müharibəsi zamanı, 1968-ci ildə bir tərəfdən ABŞ və Cənubi Vyetnam qüvvələri ilə digər tərəfdən Şimali Vyetnam və Vyetkonq qüvvələri arasında Hyue şəhəri uğrunda aparılmış döyüş. Bu, Vyetnam müharibəsinin ən uzun və ən qanlı döyüşlərindən biridir. Hyue döyüşü dinc əhali arasında böyük dağıntı və itkilərlə müşayiət olunan şiddətli küçə döyüşləri ilə səciyyələnirdi.
Hyue döyüşü | |
---|---|
Tarix | 2 mart 1968 |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İtkilər
redaktəDöyüşün son günlərində Amerika və Cənubi Vyetnam əsgərləri Hyue şəhərində yerli sakinlərin kütləvi məzarlarını tapmağa başlamışdılar. Meyitlərin üzərindəki izlər bu insanların döyüş əməliyyatları nəticəsində ölmədiyini göstərirdi. Çoxlarının əlləri arxadan bağlanmışdı. Məlum olmuşdu ki, şəhərin işğalı zamanı Şimali Vyetnam ordusu Cənubi Vyetnam hökuməti ilə əməkdaşlıq etdiyi aşkarlanan şəhərin bütün vətəndaşlarını (məmurlar, polislər və s.) güllələmişdi. Ümumilikdə 3,000-ə qədər insanın həlak olduğu təxmin edilir. Bu fakt müasir Vyetnam hakimiyyət orqanları tərəfindən şərh edilmir. Vyetnam müharibəsinin bəzi tənqidçiləri belə fərz edirdilər ki, öldürülənlərin əksəriyyəti əslində Amerikanın atəşinin qurbanı olmuş və onların ölümlərinə görə məsuliyyəti kommunist qüvvələrin üzərinə atmaq sadəcə təbliğat hiyləsi idi. Bununla belə, hətta bu tənqidçilər də edam faktını etiraf edir, yalnız qurbanların həqiqi sayını sorğulayırlar.[1]
Nəticəsi
redaktəHyue döyüşü Vyetnam müharibəsinin ən məşhur döyüşlərindən biridir və eyni zamanda Tet hücumunun ən böyük epizodudur. Müharibənin ən qanlı döyüşlərindən biri hesab olunur. Amerika və Cənubi Vyetnamın hesablamalarına görə, döyüşlərdə 5,000-ə qədər düşmən əsgəri məhv edilmişdir. Hyuedə Şimali Vyetnam bölmələrinin praktiki olaraq hamısı ən ağır itkilərə məruz qalmışdı. Şəhərdəki binaların 80%-i dağılmışdı.
Hyue uğrunda döyüşlərdə ABŞ dəniz piyadalarının 3 batalyonu və Cənubi Vyetnam ordusunun 11 batalyonu iştirak etmişdi. Bu, ABŞ dəniz piyadaları korpusunun tarixində ən yaddaqalan və görkəmli səhifələrdən biri hesab olunur. Hərbi birləşmə bu döyüşdə müəyyən dərslər öyrənmişdi. İraq müharibəsi zamanı Fəllucəyə ikinci hücumu bəzi analitiklər Hyue uğrunda döyüş ilə müqayisə etmişdilər. Eyni zamanda şəhəri qərbdən mühasirəyə alan ABŞ Ordusunun bölmələrinin və xüsusilə Cənubi Vyetnam qüvvələrinin döyüşdəki rolu çox vaxt gözardı edilir. Amerika hissələrinin itkiləri (şəhər xaricindəki ordu hissələri də daxil olmaqla) 200 nəfəri ötmüşdü, Cənubi Vyetnam qoşunlarının itkiləri isə ən azı 400 nəfəri olmuşdu.
Mədəniyyətdə
redaktə- Stenli Kubrikin "Tammetal gödəkçə" in "Vyetnam" hissəsi Hyue döyüşünü təsvir edir.
- Hyue döyüşü "Men of Valor", "Conflict: Vietnam", "Battlefield Vietnam" və "Call of Duty: Black Ops" də daxil olmaqla bir sıra videooyunlarda təsvir edilmişdir. "Vietcong 2" oyununun bütün süjeti döyüş ətrafında cərəyan edir.
"Rising Storm 2: Vietnam" videooyununda bu şəhərin xəritəsi də var.
İstinadlar
redaktə- ↑ "Gareth Porter, «The 1968 Hue Massacre», Part One". 2000-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-04-19.
Xarici keçidlər
redaktə- Дж. Тэйлор. Хюэ: Анализ 1989 года (исследование для Командно-штабного колледжа Корпуса морской пехоты США) (ing.)
- Сообщение Би-би-си о завершении боёв в Хюэ (24 февраля 1968) (ing.))
- д/ф «Вопреки всему» (Against the Odds) , Discovery World, 2014