Hyue Qetliami - Wikipedia
Hyue qətliamı (vyet. Thảm sát tại Huế Tết Mậu Thân və ya Thảm sát Tết Mậu Thân ở Huế; hərf. "Hyuedə Tet hücumu qətliamı") — 1968-ci ildə Vyetnam müharibəsi zamanı Şimali Vyetnam Ordusu və Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi üzvləri tərəfindən Hyue şəhərinin sakinlərinə qarşı törədilmiş qətliam.
Hyue qətliamı | |
---|---|
Ümumi məlumatlar | |
Yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Qurbanlar arasında kişilər, qadınlar, uşaqlar və körpələr olmuşdur.[1] Ölənlərin sayı 2,800-dən 6,000-ə qədər mülki və hərbi əsir,[2] yəni Hyuenin ümumi əhalisinin 5–10%-ni təşkil edirdi.[3] Vyetnam Respublikası (Cənubi Vyetnam) öldürüldüyü və ya oğurlandığı müəyyən edilən 4,062 qurbanın siyahısını açıqlamışdı.[4][5]
Zəmin
redaktə30–31 yanvar 1968-ci ildə Cənubi Vyetnamda kommunist qüvvələrinin Tet hücumu kimi tanınan ilk genişmiqyaslı hücumu başlamışdılar. Hücum edənlərin ən mühüm məqsədlərindən biri də böyük tarixi və psixoloji əhəmiyyətə malik Hyue şəhəri idi. O zaman şəhərdə Cənubi Vyetnam ordusunun yalnız əhəmiyyətsiz qüvvələri var idi və Amerikanın döyüş hissələri yox idi, bu da onun ələ keçirilməsini asanlaşdırmışdı. Bundan əlavə, cənubi vyetnamlılar Vyetnamın ən vacib milli bayramı olan Tetin ortasına hücum edəcəyini gözləmirdilər. Bu zaman müharibə edən tərəflər ənənəvi olaraq barışıq bağlamışdılar. 1968-ci il Tet bayramında CVMAC həmişə olduğu kimi birtərəfli atəşkəs elan etmiş, lakin 31 yanvarda səhər şəhər artilleriya və minaatan atəşinə məruz qalmışdı. Bundan sonra Şimali Vyetnam ordusunun iki gücləndirilmiş alayı ora daxil olmuşdur.
Tet hücumunun ilk gününün sonunda Hyue, demək olar ki, tamamilə kommunist qüvvələrinin nəzarətinə keçmiş və bu, onlar üçün əhəmiyyətli bir propaqanda qələbəsi idi. Onların nəzarətindən yalnız Cənubi Vyetnamın 1-ci piyada diviziyasının qərargahı və ələ keçirə bilmədikləri Vyetnama Hərbi Yardım Təminatı Komandanlığın bazası qalmışdı. ARV və ABŞ dəniz piyadalarının bölmələri şəhərə gəlməyə başlamışdı. Növbəti iki həftə yarım ərzində Hyue müharibənin ən şiddətli döyüşlərindən birinə səhnə olmuşdu.
Qətliam
redaktəHyue şəhərdə CVMAC-nin müvəqqəti administrasiyasının nəzarəti altına keçdikdən sonra Cənubi Vyetnam rəsmilərinin, din xadimlərinin, polislərin, hərbçilərin və əcnəbilərin həbsləri başlamışdır. Həbslər gizli fəaliyyət göstərən Vyetkonq fəallarının əvvəlcədən tərtib etdikləri siyahılar üzrə həyata keçirilmişdi. Həbs edilənlərdən bəziləri yerindəcə güllələnmiş, digərləri Cənubi Vyetnam hökuməti ilə əməkdaşlıq dərəcəsi aydınlaşana qədər şəhərdən kənara göndərilmişdi. Vəzifələrindən və "Vyetnam xalqı qarşısında günahlarından" asılı olaraq ya edam olunmalı, ya da yenidən təhsil almalı idilər.
CVMAC administrasiyası ABŞ və Cənubi Vyetnam hərbi qüvvələrinin təzyiqi nəticəsində uzunmüddətli planlarını yerinə yetirə bilməmişdi. Onlar döyüşlər zamanı tədricən ev-ev, məhəllə-məhəllə gəzərək şəhərə nəzarəti bərpa etmişdilər. Şimali Vyetnam ordusunun ümidsiz müqavimətinə baxmayaraq, fevralın sonunda Hyuenin yalnız müəyyən ərazilərini əlində tutmağa nail olmuşdu. Martın əvvəlində şəhərin kommunist qüvvələrindən azad edildiyi elan olunmuşdu. Bu vaxta qədər Amerika və Cənubi Vyetnam əsgərləri artıq yerli sakinlərin kütləvi məzarlıqlarını aşkar etmişdilər. Belə qəbirlər Tet hücumundan çox sonra aşkar edilmişdir, çünki onlardan bəziləri şəhərdən kənarda idi. Qəbirlərdəki cəsədlərin bəziləri işgəncə izləri ilə əlaqəli idi. Bəzi insanların diri-diri basdırıldığı bildirilir.
İstinadlar
redaktə- ↑ Jackson, Gerard. Jackson, Gerard; Murton, Charles; Huang, Qan Di; Reider, Martin (redaktorlar ). "Hue: the massacre the Left wants us to forget". The New Australian. Melbourne, Victoria, Australia. 16–22 February 1998. 27 May 1998 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2021.
- ↑ Leebaert, Lee. The Fifty-Year Wound. Little, Brown and Company. 2003. 352.
- ↑ Turner, Robert F. Vietnamese Communism: Its Origins and Development. Hoover Institution Publications. 1975. səh. 251. ISBN 978-0817964313.
- ↑ "List of Civilians Massacred by the Communists During "Tet Mau Than" in Thừa Thiên Province and Huế City" (PDF). RVN. 25 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2014.
- ↑ "List of Civilians Massacred by the Communists During "Tet Mau Than" in Thừa Thiên Province and Huế City" (PDF). RVN. 25 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2014.