Iii Tiqran - Wikipedia
III Tiqran (erm. Տիգրան Գ; e. ə. I əsr – e. ə. I əsr) — E.ə. 20–8-ci illər arasında Böyük Ermənistanın kralı olub II Artavazdın oğludur. Miladdan əvvəl 34-cü ildə Roma triumviri Mark Antoni cani hesab etdiyi II Artavazdı oğulları və arvadları ilə birlikdə əsir tutub Misirə göndərmiş və eramızdan əvvəl 31-ci ildə onun başını kəsərək öldürtdürmüşdür. Elə həmin ildədə Mark Antoni və VII Kleopatranın özlərinin də öldürülməsindən sonra Tiqran, qardaşı Artaşes və ailənin digər üzvləri ilk Roma imperatoru Oktavian Augustus tərəfindən idarə olundular. Tiqran, eramızdan əvvəl 20-ci ilə qədər təhsil aldığı Romada yaşamışdır. Eramızdan əvvəl 20-ci ildə Tiqranın böyük qardaşı Böyük Ermənistanın kralı II Artaşes öldürüldü. İmperator Augustus Tigranı Böyük Ermənistanın kralı təyin etdi. Hökmdarlığının ilk yarısında o, Romalıların vassalı kimi hökm sürmüş, lakin daha sonra erməni krallarının Romaya qarşı ənənəvi siyasətinə qayıtmış və yenidən Romanın rəqibinə çevrilmişdir. Bu, hökmranlığının sonunda şərq hökmdarlarından nümunə götürərək saqqal buraxmasından da aydın görünürdü. Tiqran taxtı atası kimi Roma imperiyası əleyhinə siyasət xəttini davam etdirən oğlu IV Tiqrana buraxmışdır.
III Tiqran | |
---|---|
erm. Տիգրան Գ | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. I əsr |
Vəfat tarixi | e. ə. I əsr |
Fəaliyyəti | suveren[d] |
Atası | II Artavazd (Erməni kralı) |
Uşaqları | |
Ailəsi | Artaşes sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |